Məhkəmə qərarları › İş №e-2(006)-4219/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4219/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4219/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı «****» MMC-nin cavabdeh A.S.A. oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» MMC cavabdeh A.S.A. oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh A.S.A. oğlu «****» MMC ilə xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********33780 olan Samsung Galaxy A41 markalı telefon, Hoco TWS Borofone qulaqlıq, İMEİ kodu **********66573 olan Samsung galaxy A01 markalı telefon almış və nəticədə 766,1 (yeddi yüz altmış altı manat on qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 855 (səkkiz yüz əlli beş) manat (18 ay x 47,5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********33780 olan Samsung Galaxy A41 markalı telefon, Hoco TWS Borofone qulaqlıq üçün ümumilikdə 585 (beş yüz səksən beş) manat olmaqla ondan 532 (beş yüz otuz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53 (əlli üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352 (üç yüz əlli iki) manat (12 ay x 24 manat + 64 manat ilkin ödəniş) İMEİ kodu **********66573 olan Samsung galaxy A01 markalı telefon üçün ümumilikdə 181,1 (yüz səksən bir manat on qəpik) manat olmaqla ondan 165,1 (yüz altmış beş manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 509,9 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********33780 olan Samsung Galaxy A41 markalı telefon, Hoco TWS Borofone qulaqlıq üçün 532 (beş yüz otuz iki) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********66573 olan Samsung galaxy A01 markalı telefon üçün 165,1 (yüz altmış beş manat on qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, ümumilikdə 766,1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh A.S.A. oğlundan alınaraq «****» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «****» MMC ilə A.S.A. oğlu arasında bağlanmış xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrindən görünür ki, «****» MMC İMEİ kodu **********33780 olan Samsung Galaxy A41 markalı telefonu, Hoco TWS Borofone qulaqlığı, İMEİ kodu **********66573 olan Samsung galaxy A01 markalı telefonu cavabdeh A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, kodu **********33780 olan Samsung Galaxy A41 markalı telefon, Hoco TWS Borofone qulaqlıq, İMEİ kodu **********66573 olan Samsung galaxy A01 markalı telefon A.S.A. oğlu tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «****» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh A.S.A. oğlunun «****» MMC-yə xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 697,1 manat ödənilməmiş əsas borc, 69 manat cərimə borcu olmaqla, cəmi 766,1 manat borcu vardır. «****» MMC tərəfindən A.S.A. oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «****» MMC ilə A.S.A. oğlu arasında bağlanmış xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «****» MMC **********33780 olan Samsung Galaxy A41 markalı telefonu, Hoco TWS Borofone qulaqlığı, İMEİ kodu **********66573 olan Samsung galaxy A01 markalı telefonu cavabdeh A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «****» MMC-yə xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə «****» MMC **********33780 olan Samsung Galaxy A41 markalı telefon, Hoco TWS Borofone qulaqlıq, İMEİ kodu **********66573 olan Samsung galaxy A01 markalı telefon üçün 697,1 manat ödənilməmiş əsas borc, 69 manat cərimə borcu olmaqla, cəmi 766,1 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə cəmi 69 manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. oğlundan xx.xx.2020-ci il tarixli müqavilə üzrə 532 (beş yüz otuz iki) manat əsas, 53 (əlli üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 165,1 (yüz altmış beş manat on qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə olmaqla, cəmi 766,1 (yeddi yüz altmış altı manat on qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 796,1 (yeddi yüz doxsan altı manat on qəpik) manat məbləğində pul alınaraq «****» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. oğlundan xx.xx.2020-ci il tarixli müqavilə üzrə 532 (beş yüz otuz iki) manat əsas, 53 (əlli üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 165,1 (yüz altmış beş manat on qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə olmaqla, cəmi 766,1 (yeddi yüz altmış altı manat on qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 796,1 (yeddi yüz doxsan altı manat on qəpik) manat məbləğində pul alınaraq «****» MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar