Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4237/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nı və Bakı şəhəri 29 saylı notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 95 nömrəli fərdi yaşayış evinin «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu»nun mərhum anası «X8»na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X8 04 mart 2006-cı il tarixdə vəfat etmişdir. O, anası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 95 nömrəli fərdi yaşayış evini idarə etməklə faktiki olaraq mirası qəbul etmişdir. Həmin miras əmlakı öz adına rəsmiləşdirmək üçün aidiyyəti orqana Bakı şəhəri 29 nömrəli notariat ofisi vasitəsilə 17 may 2023-cü il tarixli 908 nömrəli məktubla müraciət etsə də, xahişi təmin olunmamış və ona şifahi şəkildə bildirilmişdir ki, yuxarıda qeyd olunmuş fərdi yaşayış evinin texniki pasportunda mülkiyyətçinin adı ilə digər hüquqmüəyyənedici sənədlərdəki adında hərf fərqi olduğu üçün miras əmlakı öz adına rəsmiləşdirə bilmər. Ona görə də, məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə əlavə etdiyi Nərimanov rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-1 № 178959 nömrəli «Ölüm haqqında şəhadətnamə»də mərhumun adı «X8» kimi qeyd edilmişdir. Ərizəyə əlavə etdiyi 14 aprel 1952-ci il tarixli, İE seriyalı 148236 nömrəli «Evlənmə haqqında şəhadətnamə»də mərhumun adı «X9» kimi qeyd edilmişdir. Ərizəyə əlavə etdiyi 14 aprel 1952-ci il tarixli, İE seriyalı 817647 nömrəli «doğum haqqında şəhadətnamə»də mərhumun adı «X9» kimi qeyd edilmişdir. Eləcə də, ərizəyə əlavə etdiyi pensiyaçının 9834 nömrəli vəsiqəsində də mərhum anasının adı «X9» kimi qeyd edilmişdir. Yalnız «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport»da mərhum anasının adı texniki səhv olaraq «X10» kimi göstərilmişdir. Ərizəyə əlavə etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli 3-48-TA/2-B-00447/2023 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri» fondunun sənədlərində Bakı şəhəri 1919-1920-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında (Əliyeva) X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Beləliklə, mərhum anasının doğum tarixinə aid sənədləri əldə etmək mümkün olmadığından hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 10 iyul 2023-cü il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri» fondunun sənədlərində Bakı şəhəri 1919-1920-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında (Əliyeva) X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. - xx.xx.1952-ci il tarixli İE seriyalı 148236 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, Vəliyev Bayram X1 arasında nikah Bakı şəhərində 14 aprel 1952-ci il tarixdə 305 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Vəliyeva soyadı verilmişdir. - Ərizəçinin adına verilmiş 14 aprel 1952-ci il tarixli İE seriyalı 817647 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 14 aprel 1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X19 Bünyatoviç, anası X6r. - Leytenant Şmidt küçəsi 95 saylı evə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ev sahibinin soyadı, adı, atasının adı X15 (X18 kızı) kimi qeyd olunmuşdur. Eləcə də, həmin texniki pasportun tərkib hissəsi olan kartoçkada da, ev sahibinə dair məlumatlar qeyd olunan hissədə X2 göstərilmişdir. - 9834 saylı Pensiya vəsiqəsindən görünür ki, vəsiqə sahibinin soyadı, adı, atasının adı Vəliyeva (qızlıq soyadı Əliyeva) Zuba Məmmədqulu qızıdır. - xx.xx.2006-cı il tarixdə verilmiş AZ-1 seriyalı 178959 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 04 mart 2006-cı il tarixdə Bakı şəhərində kəskin beyin qan dövranı pozğunluğundan vəfat etmişdir. Bu barədə Nərimanov rayon VVADQ şöbəsi tərəfindən 28 mart 2006-cı il tarixdə 239 saylı akt qeydi aparılmışdır. - Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 908 saylı məktubundan görünür ki, notarius İ.N.Mirzəzadə ƏMDX DƏDK və Reyestri PHŞ-nin Bakı şəhər Ərazi İdarəsinə və «ASAN xidmət» mərkəzlərinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ ilə bağlı müraciətlə əlaqədar olaraq X4 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 95 nömrəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd çıxarış verilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə ilə müraciət olunması üçün ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, sovet dönəminə, bu dönəmin süqutuna və süqutundan sonrakı bir müddət ərzində azərbaycan vətəndaşlarına məxsus sənədlərdə bu qəbildən olan səhvlər, uyğunsuzluqlar həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, təəssüf ki, qeydiyyat aparan şəxslərin bir çoxunun doğma dilini yaxşı bilməməsi, bir çox hallarda isə azərbaycandilli şəxs olmaması, həmçinin azərbaycanlıların ad, soyad, atalarının adlarının məqsədyönlü şəkildə səhv, yaxud təhrif olunmuş şəkildə göstərilməsi ilə bağlıdır. Yuxarıda qeyd olunan səbəblərdən, vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçinin ərizəsində qeyd etdiyi hal da istisna deyil. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanda yerləşən 95 nömrəli fərdi yaşayış evinin «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu» hazırkı iş üzrə Ərizəçi mərhum anası X7 (X5) məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanda yerləşən 95 nömrəli fərdi yaşayış evinin «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu» hazırkı iş üzrə Ərizəçi mərhum anası X7 (X5) məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanda yerləşən 95 nömrəli fərdi yaşayış evinin «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu» hazırkı iş üzrə Ərizəçi mərhum anası X7 (X5) məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4237/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4237/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver