Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4268/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Bakı-Quba yolunun H.Z.Tağəyev qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Mercedes Benz” markalı, 99BA947 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı 1770 (bir min yeddi yüz yetmiş) manat zərər məbləği və ödənilmiş 38( otuz səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 1808 ( bir min səkkiz yüz səkkiz) manat pulun cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı-Quba yolunun H.Z.Tağəyev qəsəbəsi ərazisində “Kia Sorento” markalı, 77LK750 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozaraq, mülkiyyətində olan “Mercedes Benz” markalı, 99BA947 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sumqayıt DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və inzibati məsuliyyətə cəlb edilmişəm. Daha sonra qeyd olunan qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-289/2024 saylı qərarı ilə Sumqayıt DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbehvermə haqqında” qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Aparılan yeni araşdırma nəticəsində 77LK750 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edim ki, hadisə baş verdikdən dərhal sonra mülkiyyətində olan “Mercedes Benz” markalı, 99BA947 dövlət qeydiyyat nişanlı avtomobili icbari qaydada sığortalamış AR Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra mətndə ismin müvafiq hallarına uyğun – “Cavabdeh”) zəng edərək, hadisə barədə məlumatlandırmışdı. Lakin, cavabdehin əməkdaşları hadisə yerinə yaxınlaşmamışdılar. İnzibati xəta haqqında icraat uzun müddət çəkdiyi üçün mülkiyyətində olan nəqliyyat vasitəsinin şəxsi vəsaiti hesabına təmir etdirmişdi. Lakin, təmiri tam yekunlaşdırmağa maddi gücü yetmədiyi üçün, yalnız avtomobilin hərəkətinə mane olacaq zədələri aradan qaldırmışdı, digər zədələr isə təmir edilmədən qalmışdı. Prosesin uzanacağını bildiyi üçün şəxsi vəsaiti hesabına "xxxx" MMC-yə qiymətləndirmə aktı tərtib etmişdi. Dəymiş zərərlə bağlı sığorta ödənişinin verilməsi ilə cavabdehə müraciət etdi. Cavabdehin əməkdaşları avtomobilə baxış keçirərək dəymiş zərərin miqdarını 250 (iki yüz əlli) manat məbləğində müəyyən etdilər. Qeyd olunan zərər məbləği ilə razı olmadığını, təmir etdirdiyi detalların da nəzərə alınmalı olduğunu bildirmişdi. Bununla əlaqədar müstəqil ekspert tərəfindən yenidən qiymətləndirmə həyata keçirilmişdi. Qiymətləndirmə yenidən səthi qaydada keçirilərək 300 (üç yüz) manat məbləğində zərər müəyyən edilmişdi. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə ödənilməli olan sığorta ödənişindən əsassız olaraq yayınır və real zərərdən xeyli aşağı məbləğ təklif edir. Zərər məbləği hadisədən dərhal sonra "xxxx" MMC tərəfindən müəyyən edildiyindən mötəbər sübut kimi qeyd olunan qiymətləndirmə aktı nəzərə alınmalıdır. Cavabdeh hadisə zamanı məsuliyyətsizlik edərək hadisəni tam və ətraflı araşdırmamışdır. Həmçinin qeyd edilməlidir ki, zərərvuran şəxsin idarə etdiyi “Kia Sorento” markalı, 77LK750 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari qaydada sığortalanmışdır. Daha sonra zərərçəkən şəxsin sığortaçısı ödədiyi sığorta ödənişini zərərvuranın sığortaçısından tələb edir. Hazırki işdə də qeyd olunan şərtlər daxilində hadisə baş verdiyindən cavabdeh şirkətə sığorta ödənişinin verilməsi üçün müraciət etmişdi. Yəni, cavabdeh heç bir maliyyə itkisinə məruz qalmayacaq və ödədiyi məbləği "xxxx" ASC-dən tələb edəcək. Buna baxmayaraq cavabdeh real zərər məbləğini ödəməkdən imtina edir. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbi qismən- 300 manat məbləğində təmin edilməsi, qalan hissədə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus olan “Mercedes Benz” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə yaranmış sığorta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (bundan sonra - Şirkət) zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı X1 tərəfindən idarə olunan “Kia Sorento” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsus olan “Mercedes Benz” minik markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində iddiaçı hadisənin baş vermsində təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra iddiaçının şikayəti əsasında hadisə yenidən araşdırılmış və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Bundan sonra iddiaçı Şirkətə müraciət edərək sığorta ödənişinin verilməsini tələb etmişdir. Şirkət tərəfindən “Mercedes Benz" minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir, iddiaçı qeyd olunan məbləğlə razılaşmamış və tərəflərin razılığı ilə müstəqil ekspert tərəfindən yenidən qiymətləndirmə həyata keçirilmiş və dəymiş zərərin məbləği 300 (üç yüz) manat müəyyən edilmişdir. İddiaçı qeyd olunan məbləğlə razılaşmayaraq "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən ümumi 1770 (min yeddi yüz yetmiş) manat məbləğində müəyyən edilmiş zərər məbləğini Şirkətdən tələb etmişdir. "xxxx" MMC AR Mərkəzi Bankının müvafiq reyestrindən qeydiyyatdan keçmiş, sığorta sahəsində səlahiyyətli qiymətləndirici deyildir, iddiaçı avtomobili təmir etdirdiyini qeyd etsə də bununla bağlı təsdiqedici heç bir sənəd təqdim etməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Mercedes Benz” markalı, 99BA947 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində iddiaçı hadisənin baş vermsində təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra iddiaçının şikayəti əsasında hadisə yenidən araşdırılmış və barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Bundan sonra iddiaçı Şirkətə müraciət edərək sığorta ödənişinin verilməsini tələb etmişdir. Şirkət tərəfindən “Mercedes Benz" minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir, iddiaçı qeyd olunan məbləğlə razılaşmadığı üçün müstəqil ekspert tərəfindən yenidən qiymətləndirmə həyata keçirilmiş və dəymiş zərərin məbləği 300 (üç yüz) manat müəyyən edilmişdir. İddiaçı qeyd olunan məbləğlə razılaşmayaraq "xxxx" MMC-yə müraciət etmiş və xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən zərərin məbləği ümumi 1770 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 1770 manat məbləğində sığorta ödənişinin, həmçinin 38 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Cavabeh isə iddianı qismən təmin edərək, 500 manat məbləğində təmin edilməsini, qalan hissədə isə rədd edilməsini xahiş etmişdir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Sumqayıt Şəhər DYPŞ bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 16:15 dəqiqədə Bakı –Quba yolunun 41-ci km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən “Mercedes Benz” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumi 1770 (min yeddi yüz yetmiş) manat məbləğində zərər müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-289/2024 saylı qərarı ilə İddiaçı şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Dövlət X3 xx.xx.2024cü il tarixli, TP6239353 nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. “Azər Sığorta” tərəfindən tərtib edilmiş “dəymiş zərərin hesablanmasına” dair xx.xx.2024cü il tarixli aktdan görünür ki, “Mercedes Benz” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 250 manat məbləğində zərər dəymişdir. “Azər Sığorta” tərəfindən tərtib edilmiş “dəymiş zərərin hesablanmasına” dair xx.xx.2024cü il tarixli aktdan görünür ki, “Mercedes Benz” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 300 manat məbləğində zərər dəymişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığorta haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə qeyd edir ki, “Mercedes Benz" minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir, iddiaçı qeyd olunan məbləğlə razılaşmamış və tərəflərin razılığı ilə müstəqil ekspert tərəfindən yenidən qiymətləndirmə həyata keçirilmiş və dəymiş zərərin məbləği 300 (üç yüz) manat müəyyən edilmişdir. İddiaçı qeyd olunan məbləğlə razılaşmayaraq "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən ümumi 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində müəyyən edilmiş zərər məbləğini LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətdən tələb etmişdir. Lakin məhkəmə qeyd edir ki, "xxxx" MMC AR Mərkəzi Bankının müvafiq reyestrindən qeydiyyatdan keçmiş, sığorta sahəsində səlahiyyətli qiymətləndirici deyildir, həmçinin, iddiaçı avtomobili təmir etdirdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı tərəf daha böyük məbləği məhkəmədə sübut edə bilmədiyindən, cavabdeh tərəf isə bunun əksinə “Azər Sığorta” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar təqdim etdiyindən, həmçinin məhkəmə iclası zamanı iddianı qismən, yəni 500 manat məbləğində təmin edilməsi ilə razılaşdığından, iddia qismən təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 500 manat (beş yüz manat) məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 500 manat (iddia tələbinin 28.2%) məbləğində təmin edildiyindən, həmçinin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut (ödəniş qəbzi) məhkəməyə təqdim edildiyindən, dövlət rüsumunun əvəzi kimi 38 AZN manatın 10.7 AZN-ni cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməli, 27.3 AZN-ni isə İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 500 manat (beş yüz manat) məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 AZN-nin (otuz səkkiz) manatın 10.7 AZN-ni (on manat, yetmiş qəpik) cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin, 27.3 AZN-ni isə İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4268/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4268/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver