Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-427/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi X6, İlk iddia üzrə iddiaçının vəkili X3, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 11 saylı evin yaşayış sahəsi 52 m2 olan 2 saylı mənzilinin mülkiyyətçisi kimi onun hesabına Cavabdeh iki azyaşlı övladı X13 və X14 ilə birlikdə 20.000 manat məbləğində kompensasiya ödənilməklə onların mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 11 saylı evin 2 saylı mənzilinin üzərində uşaqların da mənafeyi nəzərə alınmaqla 2/3 hissədə onun mülkiyyət hüququnun, 1/3 hissədə isə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olsa da, faktiki olaraq 13 yanvar 2007-ci il tarixdə toyları olmuş və həmin gündən el adəti ilə faktiki olaraq ailə qurmuşlar. Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Mərdanov Kənan və xx.xx.2012-ci il təvəllüdlü Mərdanov Sənan adlı 2 öladları var. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3241/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 26 mart 2005-ci il tarixdə bağlanmış və Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 245 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Onlar ailə həyatı qurandan Cavabdeh ilə öz valideynlərinə məxsus Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 11-də yerləşən 2 saylı mənzildə yaşamağa başlamışlar. Həmin mənzil X4, yəni anasının bibisi X1 adına olsa da, həmin ünvanda bibisi onlarla birlikdə yaşamışlar. O, ailə qurandan sonra həmin evə cavabdehi gətirmişdir. Bibisi ölənə qədər öz evində yaşamış, həmin ünvandan son mənzilə yola salınmış, həmin ünvanda yas mərasimi keçirilmişdir. Bibisi ölməmişdən əvvəl evi onun adına rəsmiləşdirmişdir, yəni bu ev bibisinin öz arzusu ilə ona verilmişdi. Hal-hazırda evin mülkiyyətçisi olsa da, lakin cavabdehə heç bir aidiyyəti yoxdur. Hal-hazırda cavabdeh onu öz mənzilindən istifadəsinə maneçilik törədir, ona məxsus olan bütün əşyaları tullamışdır və onun evə daxil olmasına maneələr törədir, cavabdehlə bir evdə yaşamaq mümkün deyil, yaranmış vəziyyətin nəticəsi olaraq, onun ürəyində açıq əməliyyat keçirilmişdir. Beləliklə, onun evində pasport qeydiyyatında olan Cavabdeh kompensasiya verilməklə evdən çıxarılmalıdır. Cavabdehin ona məxsus mülkdən yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamının deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə qalmaq şəraitini yaradır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə 26 mart 2005-ci ildə nikaha daxil olmuşdur. Birgə nikah dövründə xx.xx.2005-ci il tarixdə 19 saylı dövlət notariat kontorunda bağlanmış 4ə/840 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci ildə Bakı şəhəri Azadlıq prospekti 11 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. Nikahları 07 sentyabr 2005-ci ildə pozulmuşdur. Birgə nikahlarından 2 uşaqları var. Uşaqlar onun himayəsinə verilmişdir. Həmin əmlak birgə nikah dövründə əldə edildiyindən onun həmin əmlak üzərində 1/2 hissədə payı vardır. İddiaçı uşaqları ilə görüşmür. İddiaçı 300-400 manat maaş alırdı. O, özü X12 İmtahan rəhbəridir, həmçinin Pişəvəri adına gimnaziyada müəllimə işləyir. İddiaçı heç vaxt ailəsinin qeydinə qalmamışdır. İddiaçının ər və ata kimi fəaliyyəti yoxdur. İddiaçı həmişə xəstə olmuşdur. Evin təmir işlərini o və bacıları etmişdir. Evin bütün kommunal xərclərini həmişə özü ödəmişdir. Hesab edir ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Azadlıq prospekti 11 saylı evin 2 saylı mənzilinin üzərində uşaqların da mənafeyi nəzərə alınmaqla 2/3 hissədə onun mülkiyyət hüququ, 1/3 hissədə isə İddiaçı mülkiyyət hüququ tanınmalıdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi X15 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçının vəkili X5 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianı qəbul etmədi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 3241/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 245 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları Cavabdeh yanında qalmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 5904/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli e-2(006)-1792/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə ödənilmiş kredit borcu üzərində payların müəyyən edilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli 105CLM33507128AA saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən ödənilmiş 3.146,40 manat hissəsinə münasibətdə cavabdeh İddiaçı 195 manat pulun alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 5904/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli e-2(006)-1792/2022 saylı qətnaməsi cavabdeh İddiaçı 195 manat tutulması hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı 1.573 manat 20 qəpiyin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahdan iki övladının olması, sonradan nikahlarının pozulması və tərəflər arasında nikah pozulduqdan sonra uşaqların analarının yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 6 saylı Mediasiya Təşkilatının 11 oktyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 22 noyabr 2021-ci il tarixli, 30 dekabr 2022ci il tarixli və 05 yanvar 2023-cü il tarixli məktublarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 11 saylı evin 2 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDK və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 27 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 11 saylı evin 2 saylı mənzili 24 dekabr 1991-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən mənzil Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4ə/840 reyestr saylı alğı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Təqdim edilmiş sübutlardan göründüyü kimi, mübahisə predmeti olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 11 saylı evin 2 saylı mənzili tərəflərin birgə nikahda əldə etdikləri daşınmaz əmlak olmaqla, onların ümumi birgə mülkiyyəti hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan əmlak birgə nikah dövründə əldə olunmuşdur. Lakin, həmin əmlakın tərəflər arasında payları qeyri-bərabər bölünməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, qarşılıqlı iddia qismən təmin edilməlidir. İlk iddia isə əsassız olduğundan, rədd edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 50 manat, mediasiya xərcinə görə 50 manat, qarşılıqlı iddia ərizəsi təqdim olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair ilk iddiası rədd edilməli; Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli; birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 11 saylı evin 2 saylı mənzilinin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmalı; qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 11 saylı evin 2 saylı mənzilinin 1/2 hissəsinə Cavabdeh, 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınsın. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İlk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-427/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-427/2023
17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver