Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4335/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Asus Zenbook markalı kompüter üçün 2120,4 manat ödənilməmiş hissə, 212,04 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 SLİM oyun konsolu, üçün 1376,56 manat ödənilməmiş hissə, 137,66 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********22740 Poco M6 markalı telefon üçün 313,12 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 31,31 (otuz bir manat, 31 qəpik) manat cərimə ümumilikdə 4214,69 manat borc, 62,15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-ə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Asus Zenbook markalı kompüter, PLAYSTATİON 5 SLİM oyun konsolu, İmei kodu **********22740 Poco M6 markalı telefon almış və nəticədə 4214,69 manat borc yaranmışdı. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2463,9 manat olan ASUS ZENBOOK markalı kompüter üçün ümumilikdə, 2332,44 manat olmaqla ondan, 2120,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 212,04 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1679,88 manat olan PLAYSTATİON 5 SLİM oyun konsolu, üçün ümumilikdə, 1514,22 manat olmaqla ondan, 1376,56 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 137,66 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 430,56 manat olan İmei kodu **********22740 Poco M6 markalı telefon üçün ümumilikdə, 368,03 manat olmaqla ondan, 313,12 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 31,31 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 764,26 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 2463,98 manat dəyərində ASUS ZENBOOK markalı notbuk əldə etmiş, 343.5 manat ilkin ödəniş etdikdən sonra, əldə etdiyi əşyanın dəyərini 24 ay müddətində aylıq 88.35 manat olmaqla, hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 1679,94 manat dəyərində PLAYSTATİON 5 SLİM əldə etmiş, 120 manat ilkin ödəniş etdikdən sonra, əldə etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 86.66 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 430,51 manat dəyərində İmei kodu **********22740 Poco M6 markalı telefon əldə etmiş, 0 manat ilkin ödəniş etdikdən sonra, əldə etdiyi əşyanın dəyərini 12 ay müddətində aylıq 35.88 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Hər müqavilənin müvafiq bəndlərinə görə müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. xx.xx.2025-ci il tarixli arayışına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alğısatqı müqaviləsi əsasında İmei kodu **********22740 Poco M6 markalı telefonun açılıbbağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə Cavabdeh "xxxx" MMC qarşısında xx.xx.2025-cü il tarixli, müqavilə üzrə 2120.4 manat əsas, 212.04 manat cərimə, cəmi 2332.44 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 1376.56 manat əsas, 137.66 manat cərimə olmaqla cəmi 1514.22 manat, xx.xx.2024cü il tarixli, müqavilə üzrə isə 313.12 manat əsas, 31.31 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum olmaqla, cəmi 368.03 manat icra edilməmiş öhdəliyi müəyyən edilir. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" MMC (satıcı) müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirib, avadanlığı Cavabdeh (alıcıya) təhvil vermiş olsa da, alıcı müqavilə şərtlərinə əməl etməyib ödənişini tam şəkildə yerinə yetirməmişdir. Maliyyə arayışına görə Cavabdehnun şirkət qarşısında hər üç müqavilə üzrə ümumilikdə 4214.69 manat icra edilməmiş öhdəliyi müəyyən edilir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 62.15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-cü il tarixli, müqavilə üzrə 2120.4 manat əsas, 50 manat cərimə, cəmi 2170.4 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 1376.56 manat əsas, 40 manat cərimə olmaqla cəmi 1416.56 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 313.12 manat əsas, 20 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, cəmi 356.72 manat olmaqla, üç müqavilə üzrə ümumilikdə 3943.68 manat borc və ödənilmiş 62.15 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2025-cü il tarixli, müqavilə üzrə 50 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 40 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğlərdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2025-cü il tarixli, müqavilə üzrə 2120.4 manat əsas, 50 manat cərimə, cəmi 2170.4 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 1376.56 manat əsas, 40 manat cərimə olmaqla cəmi 1416.56 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 313.12 manat əsas, 20 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, cəmi 356.72 manat olmaqla ümumilikdə 3943.68 manat borc və ödənilmiş 62.15 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4335/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4335/2025
22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver