Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4338/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli, xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın icbari siğortası” şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən X3 məxsus olan mənzilə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2025-ci il tarixində ünvan 2 ünvanında yerləşən mənzilin yerləşdiyi binanın yuxarı mərtəbəsindən, yəni cavabdeh X1 məxsus olan 25 nömrəli mənzildən, siğortalı mənzilə su axıdılmışdır. Subasma hadisəsi ilə bağlı “Nəsimi 24” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən 29 may 2025-ci il tarixli akt tərtib edilmişdir, həmin aktdan sığortalanmış ünvan 2 ünvanında yerləşən mənzilə məhz cavabdehə məxsus olan 25 nömrəli mənzildən su axması öz təsdiqini tapır. "xxxx" ASC tərəfindən siğortalanmış mənzilə dəymiş zərərə görə 738.81 manat məbləğində siğorta ödənişi edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 738.81 manat məbləğində siğorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 768.81 manat məbləğində pulun tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 0057/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sığorta aktından göründüyü kimi, xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə nəticəsində ünvan 1 ünvanına subasma nəticəsində 738.81 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmişdir. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsidən görünür ki, ünvan 1 "xxxx" ASC-də xx.xx.2025-ci illdən xx.xx.2026-ci ilə qədər sığortalanmışdır. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, 2719 №-li rəydən görünür ki, ünvan 2 ünvanına 990 (doqquz yüz doxsan) manat məbləğində maddi ziyan dəymişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən ünvan 1 X2 mülkiyyətindədədir. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli dəymiş zərər məbləğinin razılaşdırılması barədə sazişə əsasən sığortalı X4 və sığortaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində subasma nəticəsində daşınmaz əmlaka 990 manat məbləğində zərərin dəyməsi təsdiqlənmişdir. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli subasma hadisəsinə dair arayışa əsasən ünvan 3 ünvanına 25 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh məsuliyyətsizliyi nəticəsində su axıdılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" ASC-də «Daşınmaz əmlakın icbari siğortası» növü ilə sığortalanmış X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə xx.xx.2025-ci il tarixində mənzilin yerləşdiyi binanın yuxarı mərtəbəsindən, yəni cavabdeh X1 məxsus olan 25 nömrəli mənzildən su axıdılması nəticəsində 990 manat məbləğində zərər dəymişdir. Baş vermiş su basma hadisəsi nəticəsində ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş maddi zərərə görə 738.81 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Hazırda iddiaçı, hadisə Cavabdeh təqsiri ucbatından baş verdiyindən mənzilə dəymiş ziyanın əvəzi kimi 738.81 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətiribçıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasının əsas qaydaları”nın: 5.2.3-cü bəndinə əsasən “Digər risklər” tərəflərin əlavə razılığına əsasən sığorta müqaviləsinə daxil edilmiş aşağıdakı risklər nəticəsində əmlakın zədələnməsi, məhv edilməsi nəticəsində dəymiş zərərə təminat verilir: - su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər. Qeyd-şərt 5-ə əsasən su borularından olan suyun, buxarın və mayelərin vurduğu zərərə qarşı əmlak sığortasının əlavə şərtləri (şərtlərin 5.2.3.1-cü maddəsinə) 1. Əmlakın yanğından və digər risklərdən sığortası qaydalarına əsasən bağlanmış sığorta müqaviləsi və bu əlavə şərtlər üzrə sığortaçı su, kanalizasiya şəbəkələrindən və isitmə sistemlərindən, su çənlərindən, kranlardan suyun, buxarın, digər mayelərin sızması və həmçinin gözlənilməz və zəruri olmayan hallarda yanğınsöndürmə sistemlərinin (sprinkler sistemlərinin) işə düşməsi nəticəsində əmlakın zədələnməsinə qarşı təminat verir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış mənzilə cavabdehə məxsus mənzildən ziyan vurulduğundan və iddiaçı tərəfindən dəymiş ziyan olaraq 738.81 manat məbləğində sığorta ödənişi ödənildiyindən, həmçinin həmin hadisə cavabdehin təqsiri ucbatından baş verdiyindən iddiaçı subroqasiya qaydasında mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş ziyanın əvəzi olaraq subroqasiya qaydasında 738.81 (yeddi yüz otuz səkkiz manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş ziyanın əvəzi olaraq subroqasiya qaydasında 738.81 (yeddi yüz otuz səkkiz manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4338/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4338/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver