Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-434/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə Cavabdeh6 Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Ağdaş rayon Notariat Ofisinə qarşı mirasdan imtinanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Notariat Kontoru tərəfindən tərtib edilmiş və reyestrdə 2V-1-04 nömrəsi ilə qeydə alınmış, 16 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı "Bakı şəhəri 38 saylı Notariat Kontoru tərəfindən tərtib edilmiş və reyestrdə 2V- 1-04 nömrəsi ilə qeydə alınmış 16 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh6, Cavabdeh7, Ağdaş rayonu, Dövlət Notariat Kontoru və Ağdaş rayonunun notariusu X2 cavabdeh qismində cəlb edilmələri, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 ilə digər cavabdeh X13 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış, 4 Ə-76 nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh6 adına xx.xx.2014-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** nömrəli mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması, Cavabdeh6 adına verilmiş, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi ilə mübahiəsli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin birləşdirilərək vahid əmlak kimi qeydə alınmasını təsdiq edən, xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv olunması, cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 4 Ə-874 və 4Ə-875 nömrəli bağışlanma müqavilələrinin etibarsız hesab olunması, Ağdaş şəhəri, Üç-qovaq küçəsi, 0,1595 ha torpaq sahəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi üzərində Cavabdeh7 mülkiyyət hüquqlarının qeydə alınmasını təsdiq edən, xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv olunması, ünvan 2 ünvanında yerləşən, 0,12954 ha torpaq sahəsində olan 1 mərtəbəli fərdi yaşayış evinə (3 otaqlı, 91,43 kv.m yaşayış sahəsi, 131,0 kv.m köməkçi sahəsi, 222,43 kv.m ümumi sahədən ibarət) 1/6 hissədə mülkiyyət hüquqlarının tanınması və iddia ərizəsində qeyd olunan digər iddia tələblərinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əliyeva X11 Rəhman Yusif oğluna, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Ağdaş rayon Notariat Ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X3 məxsus bütün mirasdan imtina edilməsi barədə Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu X6 tərəfindən 15 yanvar 2013-cü ildə təsdiq edilmiş ərizənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan X8 iradəsini 19 oktyabr 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh6 vəsiyyət etmişdir. Lakin yeznəsi X15 və oğlu Cavabdeh4 Cavabdeh6 2-ci qrup əlilliyi ilə əlaqədar hərəkət məhdudluğunun olmasından və hüquqi savadsızlığından istifadə edərək miras açılan vaxtdan miras əmlakı öz adlarına keçirmək üçün Cavabdeh6 bir neçə il təzyiqlər edib ona hədə-qorxu gəlmişlər. Təzyiqlər nəticəsində razılığa gəlmişlər ki, atası evi ona qalsın, digər əmlaklar isə Yusif Quliyevin övladlarına verilsin. Buna baxmayaraq Yusif Quliyev sonradan Cavabdeh6 atası evini də, satıb pulun onlara verməsini tələb etmişdir. Hazırkı iş üzrə iş materialları ilə tanış olduqda isə məlum olmuşdur ki, Cavabdeh6 ilə X9 arasında atası evinin Cavabdeh6 qalması barədə razılığın əldə edilməsinə baxmayaraq, onu aldadaraq 15 yanvar 2013-cü il tarixdə ünvan 2 ünvanında yerləşən atası evinin adına rəsmiləşdirilməsi adı ilə Ağdaş rayon dövlət notariat kontoruna apararaq iradə ifdəsinə zidd olaraq bütün mirasdan imtina edilinəsi barədə ərizəyə imza etdirməyə nail olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 anası X3 məxsus bütün mirasdan imtina barədə ərizəsi Ağdaş rayon dövlət notariat kontorunda təsdiq edilərkən o, ünvan 2 ünvanında yerləşən atası evinin adına rəsmiləşdirilməsi adı ilə aldadıldığından iradə ifadəsinin həqiqi mənasını əks etdirməmişdir. Sözügedən imtina ərizəsinin mövcudluğundan isə ona qarşı məhkəmədə iddia qaldlırıldıqdan sonra məlumatı olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, notariat kontorunda bütün mirasdan imtina edilməsi barədə ərizə təsdiq edilərkən Cavabdeh6 aldadılması nəticəsində iradəsinin ifadə olunmaması ilə yanaşı, eyni zamanda mirasın qəbulundan imtina üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət də ötürülmüşdür. Belə ki, miras qoyan X8 11 sentyabr 2011-ci il tarixdə vəfat etmiş, ona məxsus bütün mirasdan imtina barədə ərizə isə Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu M.Ə.Əliyev tərəfindən 15 yanvar 2013cü ildə, yəni vərəsə Cavabdeh6 vərəsəliyə çağırıldığını bildiyi gündən 1 il 4 ay 5 gün sonra qanunsuz olaraq təsdiq edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qeyd olunan maddi hüquq normasının tələbindən görünür ki, Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu M.Ə.Əliyev tərəfindən mirasdan imtina barədə ərizə təsdiq edilərkən mülki qanunvericiliklə müəyyən edilmiş imperativ şərtlər kobud surətdə pozulmuşdur. Göründüyü kimi, Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu M.Ə.Əliyev tərəfindən Cavabdeh6 mirasdan imtina edilməsi barədə ərizəsinin təsdiq edilməsi qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin kobud surətdə pozulması ilə nəticələnmişdir ki, bu da özlüyündə mübahisəli imtina ərizəsinin məhkəmə tətəfindən etibarsız hesab edilməli olmasını şərtləndirir. Qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsinin surəti tərəfindən 31 yanvar 2024-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə edilməklə bağlı təqdim edilmiş ərizə əsasında 01 fevral 2024-cü il tarixdə şəxsi kabinetdən çıxarış edilməklə əldə edilmiş, bununla da, qarşılıqlı iddianın verilməsi üçün müəyyən edilmiş 20 günlük müddət ötürülməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etməsini nəzərə alaraq müvafiq qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Cavabdeh6, Cavabdeh7, Ağdaş rayon Dövlət notariat Kontoruna və Ağdaş rayonunun notariusu X4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sairə tələbinə dair ilk, Cavabdeh6 Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Ağdaş rayon Notariat Ofisinə qarşı mirasdan imtinanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə mülki iş üzrə icraata İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Cavabdeh6, Cavabdeh7, Ağdaş rayon Dövlət notariat Kontoruna və Ağdaş rayonunun notariusu X4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sairə tələbinə dair ilk iddia hissəsinə xitam verilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında işə mahiyyəti üzrə baxılıb qurtarılmış, məhkəmə çıxışlarından sonra məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına getməklə qətnamənin nəticə hissəsinin elan edilməsinin 3 gün müddətinə təxirə salındırğını elan etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil4 qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Həmin iclasda Cavabdeh5, onun nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlərdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Ağdaş rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Ağdaş rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan X1 Ağdaş rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli vəsiyyətnaməsinin surətindən görünür ki, X7 ölən günədək ona məxsus olan ünvan 5-də yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Cavabdeh6 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə tənəffüs çatmazlığı səbəbindən Ağdaş şəhərində ölmüşdür. İş materiallarında olan Cavabdeh6 tərəfindən Bakı şəhəri 38 saylı Notariat Kontoruna xx.xx.2013-cü il tarixdə ünvanlanmış ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, anası X5 məxsus bütün mirasdan imtina etmişdir. İş materiallarında olan bağışlayan Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 bağışlanan Cavabdeh6 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış fərdi yaşayış evinin bağışlama müqaviləsinin surətindən görünür ki, bağışlayan ünvan 5 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.1295 ha torpaq sahəsini və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 222.43 kv.m yaşayış sahəsi 91.43 kv.m, yardımçı sahəsi 131 kv.m olan fərdi yaşayış evini bağışlananın mülkiyyətinə verməsi haqqında bağlanmışdır. İş materiallarında olan RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən xüsusi mülkiyyət Cavabdeh6 məxsusdur. İş materiallarında olan hədiyyə verən Cavabdeh6 ilə hədiyyə alan X12 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, həmin müqavilə hədiyyə verənin ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin hədiyyə alana bağışlaması haqqında bağlanmışdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Xüsusilə vurğulanmalıdır ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh6 qarşılıqlı iddiasının əsasında onun öz imtinasını aldadılma nəticəsində etməsi durmuşdur. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə ilk olaraq miras kütləsinin həcminə və vərəsələrin dairəsinə diqqət yetirməyi uyğun hesab edir. Bu məsələlər barədə qüvvəyə minmiş məhkəmə qərarına və hazırki icraat üzrə iş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, mülkiyyətçi sağlığında ünvan 5 ünvanda və Bakı şəhəri 28 may küçəsində olan əmlakları həmin anda və hazırda da sağ olan qızı Cavabdeh6 vəsiyyət etmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin iradə ifadəsi əsas götürülərək miras açıldığı anda sağ olan digər vərəsələr mirasda məcburi pay almaq hüququna malik olmuş olurlar. Qanunvericilik bu cür tələbin vərəsəlik üzrə keçməsinin nəzərdə tutur (Mülki Məcəllənin 1194 m.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2014-cü il tarixli qərarına əsasən “bu cür tələb vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, cavabdehlərin məcburi payı tələb etmək hüququ vərəsəliklə keçməmişdir, onların məcburi vərəsə hesab edilən valideyni (anaları) miras açılması anından əvvəl vəfat etmişdir. Göründüyü kimi, vəsiyyətnamə mülkiyyətçinin bütün əmlakını əhatə etdiyindən və vəsiyyət edilmiş şəxs sağ olduğundan miras əmlak vəsiyyət üzrə vərəsə tərəfindən əmlakın bir hissəsinə sahiblik və idarə etməyə başladığı andan miras qəbul edilmiş sayılmalıdır (Mülki Məcəllənin 1243.2 m.). Bununla da aydın olur ki, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (Mülki Məcəllənin 1269 m.). Bundan sonra isə mirasdan imtinanın hüquqi nəticələrinin baş verməsi vaxtına diqqət yetirmək zəruri hesab edilir. Belə ki, Mülki Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti isə Mülki Məcəllənin 1272-ci maddəsində göstərildiyi kimi, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ onun mirsadan imtinasının qanuvericiliyin tələbinə əsasən əhəmiyyətsiz və iradə ifadəsinin zədələnməsinə görə mübahisələndirilən olmaqla etibarsız hesab edilməsi tələbidir. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçı miras əmlakdan 3 ay müddət keçdikdən sonra notarial qaydada imtinanın kimin xeyrinə edilməsini göstərmədən imtina edilmə anında əmlakın bir hissəsini artıq faktiki olaraq qəbul etmiş vəziyyətində olmuşdur. Belə ki, imtina barədə ərizəni tərtib edərkən iddiaçı öz ünvanını vəsiyyətnamə ilə ona verilmiş miras əmlaklardan birinin ünvanını, yəni ünvan 8eçdikdən sonra, yəni 15 yanvar 2013-cü il tarixdə imtina edilməsindən dərhal sonra qanun üzrə vərəsə hesab edilən şəxslərin dairəsindən yalnız Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 adına 16 yanvar 2013-cü il tarixdə Şəhadətnamə verilmişdir. Qeyd edilənlərlə tərəflərin miras əmlaka dair münasibətləri yekunlaşmamışdır. İddiaçı Ağdaş şəhəri Üçqovaq küçəsi 5 ünvandakı əmlakı cavabdehlərin ona bağışlamasını qəbul etmiş, həmin əmlaka dair öz adına hüquq müəyyənedici sənəd əldə etmiş, bu əmlakı artıraraq öz oğluna bağışlamış və bağışlanılan şəxsin adına da hüquq müəyyənedici sənəd rəsmiləşdirilmişdir. Beləliklə, tərəflərin hərəkətləri onlar arasında miras əmlak kütləsinin razılıqla bölüşdürülməsi təsəvvürünü yaradır. Bundan əlavə, miras əmlakdan imtina edilməsindən sonra qanun üzrə vərəsəliyə keçid halında iddiaçı və cavabdehlərin digər vərəsələrin tam dairəsini (iddiaçı üçün qardaşı uşaqları və qardaşı nəvəsi, cavabdehlər üçün dayı uşaqları və dayı nəvəsi) qizlətmələri halı belə təsəvvürün inandırıcı və ağlabatan olmasını artırır. Qeyd olunmalıdır ki, digər vərəsələrin də nənələrinin vəfat etməsindən və miras əmlakın müqəddəratından məlumatlı olmamaları da inandırıcı görünmür. İş materialllarında olan notariat işindən, imtina ərizəsindən əvvəl cavabdehlərin qanun üzrə vərəsəlik hüququnun tanınması barədə ərizələrindən (xx.xx.2011, xx.xx.2012, xx.xx.2012, xx.xx.2013), verilmiş şəhadətnamədən belə nəticəyə gəlmək olar ki, iddiaçı mirasın açılması, vərəsə kimi çağırılmalı olmalı anının ona bəlli olması gününü göstərməyərək miras qoyanın vəfatından iki ilə yaxın müddət keçdikdən sonra könüllü olaraq notariusa imtina barədə ərizə verməklə sərbəst iradə ifadəsini bildirmişdir. İmtinanın hədə-qorxu, təzyiq və sairə təsir nəticəsində edilməsini təsdiq edən mötəbər sübutlar isə təqdim edə bilməmişdir. Göründüyü kimi, işin mübahisələndirilən halları tərəflərin etdiyi faktiki hərəkətləri ilə ziddiyyət təşkil etməsi ilə iddiaçının tələbi hüquqdan sui-istifadə edilməsi halına uyğun gəlir. Belə ki, miras kütləyə daxil olan əmlaklar üzərində iddiaçı və cavabdehlər tərəfindən əmlakların müqqəddəratını həll edən sərəncamlar verdiklərindən və notariat hərəkətlərinin edilməsindən 10-12 il müddət keçdikdən sonra imtina barədə ərizənin əhəmiyyətsiz hesab edilməsi və ya mübahisələndirilməsi əmlaklar üzərində qəbul edilmiş qərar və sərəncamların ləğv edilməsinə səbəb olacağı ilə yanaşı, əmlaklarla bağlı yaranmış sonrakı mülki münasibətlərdə iştirakçıları vicdanlı olan şəxslərin hüquq və mənafelərinə də tənasübsüz və əhəmiyyətli dərəcədə toxunmuş olacaqdır. Beləliklə də, məhkəmə belə qənaətə qəlir ki, hazırda iddiaçı tərəfindən irəli sürülən tələbin hüquqi əsasını imtinanın qanunvericilkdə göstərilən müddət keçməsindən sonra edilməsi, o cümlədən hədə-qorxu və təzyiq nəticəsində edilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir və iddia tələbi təmin edilməməlidir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə edilməsi hesab olunur. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh6 Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Ağdaş rayon Notariat Ofisinə qarşı mirasdan imtinanın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-434/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-434/2024
15.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver