Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4344/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı A.S.A. oğlunun cavabdeh “***” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı A.S.A. oğlu cavabdeh “***” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “***” ASC tərəfindən hesablanmış 36074,34 manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək iddiaçı “***” Kooperativinin abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən sənəd iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhəkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. İddiaçı həmin normaya əsaslanmış və dövlət rüsumunu ödəmədən məhkəməyə müraciət etmişdir. Lakin nəzərə alınmalıdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. Yəni, qeyd olunan qanun şəxsi tələbatını ödəmək məqsədi ilə subyektlər arasında yaranan münasibətlərin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir. Hazırkı iddia ərizəsində göstərilən mübahisə isə iddiaçı A.S.A. oğlunun şəxsi elektrik enerji istehlakı ilə bağlı yaranmadığından, bu mübahisə istehlak münasibətlərindən əmələ gələn mübahisə hesab edilmir. Ona görə məhkəmə hesab edir ki, sözügedən mübahisə ilə bağlı məhkəməyə müraciət edən zaman qanunvericiliklə müəyyənləşdirilmiş qaydada dövlət rüsumu ödənilməlidir. Bununla yanaşı məhkəmə bildirir ki, iddia ərizəsində iddiaçı olaraq A.S.A. oğlu qeyd olunsa da, ərizənin nəticə hissəsində iddiaçı kimi “***” Kooperativinin xeyrinə tələb irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi və ya dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 151.1, 152.1.5 və 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı A.S.A. oğlunun cavabdeh “***” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(006)-4344/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4344/2023
21.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver