Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4359/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 23 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********73526 İPHONE 14 PRO MAX markalı telefon, HUAWEİ MATEBOOK D 15 kompüter üçün 4843.72 (dörd min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 1188.28 (min yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********16427 İPHONE 14 PRO markalı telefon, APPLE 20W USBC ADAPTER üçün 1616.04 (min altı yüz on altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 484.96 (dörd yüz səskən dörd manat doxsan altı qəpik) manat dəbbə borcu, ümumilikdə 8133 manat borc, 101.33 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********73526 İPHONE 14 PRO MAX markalı telefon, HUAWEİ MATEBOOK D 15 kompüter, İMEİ KODU **********16427 İPHONE 14 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER almış və nəticədə 8133 (səkkiz min yüz otuz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5284.92 (beş min iki yüz səksən dörd maat doxsan iki qəpik) manat (12 ay x 440.41 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********73526 İPHONE 14 PRO MAX markalı telefon, HUAWEİ MATEBOOK D 15 kompüter üçün ümumilikdə, 6032 (altı min otuz iki) manat olmaqla ondan, 4843.72 (dörd min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 1188.28 (min yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3232.92 (üç min iki yüz otuz iki manat doxsan iki qəpik) manat (6 ay x 538.82 manat+0 manat ilkin ödəniş) olan İMEİ KODU **********16427 İPHONE 14 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün ümumilikdə, 2101 (İki min yüz bir) manat olmaqla ondan, 1616.04 (min altı yüz on altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 484.96 (dörd yüz səskən dörd manat doxsan altı qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2058.08 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 avqust 2023-cü il tarixli, 18552533 saylı müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh İMEİ KODU **********16427 İPHONE 14 PRO markalı telefon, APPLE 20W USBC ADAPTER 06 ay müddətinə, aylıq 538,82 manat hissə-hissə ödəmək şərti ilə satılmışdır. İş materiallarına əlavə olunmuş 21 oktyabr 2023-cü il tarixli, 02765765 saylı müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh İMEİ KODU **********73526 İPHONE 14 PRO MAX markalı telefon, HUAWEİ MATEBOOK D 15 kompüter 12 ay müddətinə, aylıq 440,41 manat hissə-hissə ödəmək şərti ilə satılmışdır. 23 avqust 2023-cü il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İMEİ KODU **********16427 olan İPHONE 14 PRO markalı telefon, APPLE 20W USBC Adapter tam qüsursuz halda təhvil verilmişdir. 21 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İMEİ KODU **********73526 olan İPHONE 14 PRO MAX markalı telefon və HUAWEİ MATEBOOK D 15 kompüter tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə İMEİ KODU **********16427 olan İPHONE 14 PRO markalı telefon, APPLE 20W USBC Adapterə görə 1616,04 (bir min altı yüz on altı manat dörd qəpik) manat ödənilməmiş borc məbləği, 484,96 (dörd yüz səksən dörd manat doxsan altı qəpik) manat dəbbə pulu və İMEİ KODU **********73526 İPHONE 14 PRO MAX markalı telefon, HUAWEİ MATEBOOK D 15 kompüterə görə 4843,72 (dörd min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) manat ödənilməmiş borc məbləği, 1188,28 (bir min bir yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat dəbbə pulu borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə alqı-satqı müqavilələri üzrə ödənişlərin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 101,33 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 23 avqust 2023-cü il və 21 oktyabr 2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh İPHONE 14 PRO markalı telefon, APPLE 20W USBC Adapter, İPHONE 14 PRO MAX markalı telefon, HUAWEİ MATEBOOK D 15 kompüter hissə-hissə ödəmək şərti ilə satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə İPHONE 14 PRO markalı telefon, APPLE 20W USBC Adapterə görə 1616,04 (bir min altı yüz on altı manat dörd qəpik) manat ödənilməmiş borc məbləği, 484,96 (dörd yüz səksən dörd manat doxsan altı qəpik) manat dəbbə pulu, İPHONE 14 PRO MAX markalı telefon, HUAWEİ MATEBOOK D 15 kompüterə görə 4843,72 (dörd min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) manat ödənilməmiş borc məbləği, 1188 (bir min bir yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda cavabdehə həmin alqı-satqı müqavilələri üzrə ödənişlərin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi “Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İMEİ KODU **********16427 olan İPHONE 14 PRO markalı telefon və APPLE 20W USBC Adapterə görə 1616,04 (bir min altı yüz on altı manat dörd qəpik) manat əsas borc, İMEİ KODU **********73526 olan İPHONE 14 PRO MAX markalı telefon, HUAWEİ MATEBOOK D 15 kompüterə görə 4843,72 (dörd min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) manat əsas borc və 101,33 manat dövlət rüsumu tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən qeyd edilən məbləğlərdə dəbbə pulunun tutulması” hissəsində qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını və cavabdehin maddi vəziyyətini nəzərə alaraq, hər iki müqavilə üzrə ayrı-ayrılıqda yüksək dəbbə pulunun məbləğinin azaldılaraq 500 (beş yüz) manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin olunmalı, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İMEİ KODU **********16427 olan İPHONE 14 PRO markalı telefon və APPLE 20W USB C Adapterə görə 1616,04 (bir min altı yüz on altı manat dörd qəpik) manat əsas borc, 100 (bir yüz) manat dəbbə pulu, İMEİ KODU **********73526 olan İPHONE 14 PRO MAX markalı telefon və HUAWEİ MATEBOOK D 15 kompüterə görə 4843,72 (dörd min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) manat əsas borc, 400 (dörd yüz) manat dəbbə pulu, cəmi 6959,76 (altı min doqquz yüz əlli doqquz manat, yetmiş altı qəpik) manat borc, həmçinin 101,33 (bir yüz bir manat otuz üç qəpik) manat dövlət rüsumu vəsaiti tutulmalı, iddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İMEİ KODU **********16427 olan İPHONE 14 PRO markalı telefon və APPLE 20W USBC Adapterə görə 1616,04 (bir min altı yüz on altı manat dörd qəpik) manat əsas borc, 100 (bir yüz) manat dəbbə pulu, İMEİ KODU **********73526 olan İPHONE 14 PRO MAX markalı telefon və HUAWEİ MATEBOOK D 15 kompüterə görə 4843,72 (dörd min səkkiz yüz qırx üç manat yetmiş iki qəpik) manat əsas borc, 400 (dörd yüz) manat dəbbə pulu, cəmi 6959,76 (altı min doqquz yüz əlli doqquz manat, yetmiş altı qəpik) manat borc, həmçinin 101,33 (bir yüz bir manat otuz üç qəpik) manat dövlət rüsumu vəsaiti tutulsun. İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4359/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4359/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver