Məhkəmə qərarları › İş №e-2(006)-4378/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4378/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4378/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçı "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin cavabdeh Məmmədova Nazı̇ lə Fı̇ krət qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ cavabdeh Məmmədova Nazı̇ lə Fı̇ krət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən 521C nömrəli mənzil üzrə cavabdehin 1479.93 AZNborcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 34.8 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 1514.73 AZN (bin min beş yüz on dörd manat 73 qəpik) məbləğin Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK Cavabdeh arasında ünvan 1 ünvanındakı “X4” yaşayış kompleksində yerləşən “Tower C” Binasının 5-ci mərtəbəsində yerləşən 521C saylı mənzilin alqı-satqısına dair xx.xx.2010-cu il tarixli, PBR 087 saylı müqavilə və mənzilə xidmətlərin göstərilməsinə dair xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi imzalamışdır. xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin 1 saylı Əlavəsində MTK tərəfindən sakinə göstərilən xidmətlərin siyahısı göstərilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən həmin müqavilənin Əlavə 1-də göstərilən xidmətlər mənzilin hər kvadrat metri üçün hər ay 2 AZN olmaqla, ümumilikdə 180.7 kv.m. üçün aylıq 361.4 AZN Xidmət haqqı ödəyəcək. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdehin 521C saylı mənzil üzrə xidmət haqqı və kommunal xidmətlər üzrə qoşmada əlavə oluan borc cədvəlində göstərildiyi kimi xx.xx.2025-xx.xx.2025-ci il tarixədək ödənişləri icra olunmadığı üçün mənzil üçün xidmət haqqı və kommunal borclar ümumilikdə 1479.93 AZN (1445.6 AZN xidmət haqqı və 34.33 AZN kommunal borclar) təşkil edir. Borcun yaranma mənbəyinə gəldikdə, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin 3.1-ci bəndinə əsasən cavabdeh sakin Cavabdeh 180.7 kv.m. mənzilin hər kvadrat metri üçün aylıq 2 AZN xidmət haqqı (180.7 kv.m. x 2=361.4 AZN) olmaqla mənzil üzrə aylıq 361.4 AZN xidmət haqqı ödəməli idi. Həmçinin, borclunun 4 aydır ki, xx.xx.2025-xx.xx.2025-ci il dövr aralığında ödənişlərini icra etmədiyini nəzərə alaraq, mənzil üzrə xidmət haqqı borcu ümumilikdə 1445.6 AZN təşkil edir (361.4x4=1445.6 AZN). Əlavə olaraq, xx.xx.2025-xx.xx.2025-ci il dövr üçün aylar üzrə ödənilməyən kommunal borcların ümumi məbləği 34.33 AZN olduğundan, mənzil üzrə xidmət haqqı və kommunal borclar üzrə cavabdehin ümumi borc məbləği 1479.93 AZN təşkil edir. Əlavə olaraq, cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı irəliləyiş olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, göründüyü kimi İddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır. Daha sonra iddiaçı "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 828 AZN əsas borc, 34.8 AZN dövlət rüsumu və 120 AZN vəkil haqqı olmaqla, ümumilikdə 982.8 AZN məbləğin Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə Məmmədova Nazı̇ lə Fı̇ krət qızı arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, icraçı bu Müqavilənin qüvvədə olduğu dövr ərzində Sifarişçi üçün Əlavə l-də sadalanan xidmətləri (bundan sonra "Xidmət" adlandırılacaq) Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən "X4"də (bundan sonra "Bina" adlandırılacaq) göstərəcəkdir, Sifarişçi isə görülmuş Xidmətlərin müqabilində İcraçıya xidmət haqqı ödəyəcəkdir. Sifarişçi Əlavə 1-də göstərilən Xidmətlərin müqabilində İcraçıya "X4"də çox mənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 180.7 kv/m (mənzilin perimetr üzrə divarların daxili tərəfi ilə ölçülən sahəsi 156.3 kv/m, eyvanın sahəsi 24.4 kv/m) olan 521C saylı mənzilin hər kvadrat metri üçün 2 (iki) manat məbləğində hər ay Xidmət Haqqı ödəməlidir. Bu Müqaviləyə əsasən Sifarişçi İcraçıya aylıq olaraq ƏDV daxil olmaqla 361.40 AZN Xidmət Haqqı ödəməlidir. - Əlavə 2-dən görünür ki, 521C saylı mənzil “Tower C” binasının 5-ci mərtəbəsində yerləşir. Əmlakın ümumi sahəsi təxminən 180 kv.m olacaq və aşağıdakıları əhatə edəcək: Perimetr üzrə divarların daxili tərəfi ilə ölçülən əmlakın ümumi sahəsinə bərabər olan təxminən 156 kv.m. Əmlakın ümumi daxili sahəsi (eyvan istisna olmaqla). Təxminən 24 kv.m olan eyvan. - Əlavə 4-dən görünür ki, şirkətin investora göstərilməsini təmin edəcəyi xidmətlər sadalanmış (bənd 1), investorun həmin xidmətlərin müqabilində şirkətə əmlakın hər kvadratmetri üçün hər ay 2 (iki) manat məbləğində xidmət haqqı ödəyəcəyi qeyd edilmişdir (bənd 5). Avtomobil dayanacağının icarəsi tərəflər arasında razılaşdırıldıqda, investor şirkətə hər sahəyə görə hər ay 300 (üç yüz) manat məbləğində avtomobil dayanacağı haqqı ödəyəcək və yaxud bu Müqaviləyə uyğun olaraq İnvestor avtomobil dayanacağı sahəsini(lərini) satın almış olduqda, avtomobil dayanacağı haqqı hər sahəyə görə hər ay 10 (on) manat təşkil edəcək (bənd 6). İnvestor bu müqavilədə istinad olunan xidmət haqlarını və digər haqları aylıq olaraq müvafiq hesab-fakturası təqdim edildikdən sonra 5 iş günü ərzində şirkətə ödəməlidir. - İddiaçı MTK tərəfindən Məmmədova Nazı̇ lə Fı̇ krət qızına ünvanlanmış xx.xx.2025ci il tarixli pretenziya məktubundan görünür ki, o, xidmət haqqına görə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -İddiaçı MTK-nın 1118 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, "X4" binasında yerləşən 521C (Çıxarışa əsasən ünvan ünvan 4m Cavabdeh (şəxsiyyət vəsiqəsi AZE********) məxsusdur və 521C nömrəli mənzil üzrə mənzil sahibi tərəfindən xidmət haqqı və kommunal haqqı üzrə borclar xx.xx.2025-ci il tarixədək Cavabdeh tərəfindən tam ödənilmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçı MTK tərəfindən “Mirzəyev və partyonları” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülmüşdür. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh Məmmədova Nazı̇ lə Fı̇ krət qızı arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli müqaviləyə və ona əlavələrə əsasən, iddiaçının göstərilməsini təmin edəcəyi bir sıra xidmətlərə (mühafizə, kommunal və s.) görə cavabdehin mənzilin hər kvadratmetri üçün hər ay 2 manat məbləğində xidmət haqqı və 10 manat məbləğində avtomobil dayanacağı haqqı ödəməsi barədə razılığa gəlmişlər. Lakin hazırda mənzil cavabdehin mülkiyyətində olmasına və iddiaçı tərəfindən göstərilən xidmətlərdən yararlanmasına baxmayaraq, o, 10 müqavilədə nəzərdə tutulmuş haqları ödəməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə pretenziya ilə müraciət edərək, yaranmış borcun ödənilməsini cavabdehdən tələb etsə də, o, yenə də borcunu ödəməmişdir. Buna görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 777.1-777.2-ci maddələrinin tələblərinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin yaranmasının əsası tərəflər arasında bağlanmış tapşırıq müqaviləsidir. Belə ki, müqaviləyə və ona əlavələrə əsasən, cavabdeh iddiaçının ona xidmətlər göstərməsinə razılıq vermiş və buna görə hər ay müvafiq məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Mülki qanunvericiliyin öhdəliklər və tapşırıq müqaviləsi barədə olan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə tapşırıqları yerinə yetirdiyindən, cavabdehin göstərilmiş xidmətlərin əvəzində müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəmək öhdəliyi yaranmışdır. Lakin göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edənədək cavabdeh öz öhdəliyini lazımınca icra etməmişdir. İş materialları və məhkəmə iclasında araşdırılmış sübutlar göstərir ki, məhkəmə baxışı zamanı cavabdeh iddiaçı qarşısında olan bütün borclarını tam şəkildə ödəmək barədə tədbir görmüşdür. Bu hal İddiaçı MTK-nın xx.xx.2025-ci il tarixli 1118 saylı arayışı ilə təsdiq olunur. Həmin arayışdan aydın olur ki, Cavabdeh məxsus 521C nömrəli mənzil üzrə xidmət və kommunal ödənişlərlə bağlı borclar göstərilən tarixədək tam ödənilmişdir. Beləliklə, əsas borcun ödənilməsi nəticəsində iddianın bu hissəsinin təmin edilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, borcun məhz məhkəmə baxışı mərhələsində ödənilməsi cavabdehi proses xərclərinin ödənilməsindən azad etmir. Çünki borcun yaranması və iddiaçının məhkəməyə müraciət etməsinə səbəb cavabdehin müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməməsi olmuşdur. Məhkəməyə müraciət edilməsi nəticəsində iddiaçı dövlət rüsumu ödəmiş, həmçinin hüquqi yardım üçün əlavə xərc çəkmişdir. Bu xərclərin meydana çıxması cavabdehin davranışı ilə birbaşa bağlı olduğundan və onların çəkilməsi məişət zərurətindən deyil, cavabdehin öhdəlik pozuntusundan irəli gəldiyindən, həmin xərclərin iddiaçıya kompensasiya edilməsi ədalətli və əsaslı sayılır. Bu baxımdan, dövlət rüsumu üzrə 34.8 manat və hüquqi yardım üzrə 120 manat məbləğində xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələb məhkəmə tərəfindən əsaslı hesab edilir və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin cavabdeh Məmmədova Nazı̇ lə Fı̇ krət qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Məmmədova Nazı̇ lə Fı̇ krət qızından 120 (yüz iyirmi) manat hüquqi xidmət xərci və 34.8 (otuz dörd manat, səksən qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 154.8 (yüz əlli dörd manat, səksən qəpik) manat pul alınaraq İddiaçı MTK-ya verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar