Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4393/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3rşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3rşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 127 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 (keçmiş "xxxx" ASC) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, iddiaçıya məxsus **********270 nömrəli abonent kodu üzrə 543 manat məbləğində borc yazılmışdır. Elektron Hökumət portalından əldə edilmiş son məlumata əsasən, hazırki borc məbləği 578 (beş yüz yetmiş səkkiz) manat təşkil edir. Qeyd olunan borc məbləğinin hansı əsasla hesablanmasından iddiaçının məlumatı yoxdur. Halbuki, iddiaçı su sərfiyyatına görə ödənişləri vaxtı-vaxtında etmişdir. Ona görə də İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 İddiaçı məxsus **********270 nömrəli abonent kodu üzrə su sərfiyyatına görə tələb etdiyi 578 (beş yüz yetmiş səkkiz) manat borcun silinməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən 127 saylı ev onun bacısı İddiaçı mülkiyyətindədir. Lakin həmin evdə hazırda onun qızı yaşayır. O, bütün kommunal ödənişləri vaxtlı-vaxtında edir. Mübahisəli borca qədər onların cavabdeh idarəyə heç bir bocu olmamışdır. Hazırda mübahisələndirdiyi pul isə 10 gün ərzində yazılıb. Buna nəyin səbəb olmasına gəlincə isə bildirir ki, təxminən 4 il bundan öncə cavabdeh idarənin əməkdaşları köhnə su xətlərini dəyişərək, yeniləri ilə əvəz etdilər və evin xaricində su sayğacı quraşdırdılar. Bu zaman yeni xətlərlə birlikdə sayğaca daxil olan köhnə xətt ləğv olunmadı. İddia ərizəsində qeyd edilən borcun müəyyən olunmasından 10 gün öncə hamamda təmir işləri aparmaq üçün usta çağırdılar. Usta işini bitirib getdikdən bir qısa bir müddət sonra qızı ona zəng vuraraq bildirdi ki, evdə sudan istifadə olunmadığı halda su sayğacının hesablayıcısı dayanmır. Daha sonra onlara məlum oldu ki, cavabdehin əməkdaşları təmir işləri apararkən köhnə su xətlərini bağlamamış, nəticədə su köhnə su xətlərinə axmışdır. Bunda onların heç bir təqsiri olmamışdır. O, bununla bağlı cavabdehə müraciət etdi. Cavabdehin əməkdaşları evin zirzəmisinə baxış keçirdilər və bu faktı özləri də məyyən etdilər. Lakin buna baxmayaraq oradan ona bildirildi ki, borc artıq sistemə düşdüyündən onun silinməsi mümkün deyildir. O da məcbur qalıb məhkəməyə müraciət etdi. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, sudan istifadə ilə bağlı qanunvericilikdə balans mənsubiyyət xətti deyilən anlayışdan istifadə olunur ki, həmin anlayışa əsasən sayğaca qədər olan xətdən sonrakı hissəyə münasibətdə bütün cavabdehliyi istifadəçi daşıyır. Həmçinin, onların on minlərlə istifadəçisi vardır ki, onlar onların mənzilində olan xətlərdə olan nasazlığı yoxlamaq vəzifəsi daşımırlar. Hazırki iddia tələbində silinməsi tələb oluna pul, sərfiyyat borcudur və iddiaçı tərəfindən ödənilməlidir. Həmin suyun həqiqətən iddiaçı tərəfindən istifadə olunub-olunmaması və ya boşuna axıdılması artıq mübahisə predmeti ola bilməz. Odur qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 6.Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, CDdiskə baxış keçirərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzildə abonent kodu **********270 olan hesaba əsassız olaraq borc yazılmışdır. Hazırda iddiaçı həmin borcun yaranmasını cavabdehin təqsiri ucbatından baş verdiyini iddia edərək, 578 manat məbləğində borcun silinməsini tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən MH seriyalı, 182676 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, S.Vurğun küçəsindəki 85 nömrəli yaşayış evinin 127 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və bu barədə 06 nömrəli reyestr kitabında səhifə 883-də qeydə alınmışdır. 9.Mülki işin materiallarında olan "xxxx" ASC X5 Kalibrləmə Laboratoriyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 80329/0344506 nömrəli Rəydən görünür ki, S.Cın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı normadadır. S.C-ın buraxıla bilən nisbi xəta faizi-Qnom=(-) 11.59% norma çərçivəsindən kənardır. Belə ki, sayğac verilən sərfiyyatı işlənmiş sayğaclar normativinə uyğun olaraq Qnom=(-) 7.59% az qeydə alır. Qmin=(-) 42.03% norma çərçivəsindən kənardır. S.C təmirə və istismara yararsızdır. 10.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən İddiaçı dair abonent kartından görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus (abonent kodu: **********270 olan) hesaba 535 manat məbləğində borc yazılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 12.Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 13.Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 14.Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı funksiyaları həyata keçirirlər: a) nizamnamələrində nəzərdə tutulmuş qaydada və vəzifələrə uyğun olaraq xidmətlər göstərirlər; b) müəssisənin istifadəsinə verilmiş su ehtiyatlarını, su təchizatı və kanalizasiya qurğularını idarə edirlər; c) müvafiq icra hakimiyyəti orqanının su təchizatı və kanalizasiya müəssisələrinin vəzifələrinə aid qərarlarını həyata keçirirlər. 15.Həmin Qanunun 12-ci maddəsinə əsasən hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. 16.Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 262 saylı 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın 2.1-ci maddəsinin tələblərinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq və s. STKM-in vəzifələri sırasında göstərilmişdir. 17.Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 18.Həmin Qaydaların 6.10-cu maddəsinə əsasən zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. 19.Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya məxsus mənzildə yerləşən və abonent kodu: **********270 olan sayğaca 535 manat məbləğində əsassız borc yazılmışdır. Belə ki, iddiaçı tərəfin izahatından, eyni zamanda məhkəməyə sübut olaraq təqdim edilən DVD-R diskinə baxış keçirərkən də müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə cavabdehin əməkdaşları tərəfindən təmir işləri aparılarkən köhnə su xətlərinin dəyişdirilərək yenisi ilə əvəz edilməsi zamanı onların təqsirindən su xətti tam birləşdirilmədiyi üçün həmin borularda su sızma halı baş vermiş və nəticədə iddiaçı tərəfindən pul vəsaiti vaxtlı-vaxtında ödənilməsinə baxmayaraq sayğac üzrə əlavə borc hesablanmışdır. Göründüyü kimi iddiaçıya məxsus hesaba yazılan borc məbləği birbaşa cavbdehin əməkdaşlarının səriştəsizliyinin nəticəsi olmuşdur. Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin mənzil üzrə aylıq ödənişləri 15-20 manat civarında olmuş, sayğac dəyişdirilərkən 10 gün ərzində sərfiyyat 535 manata yüksəlmişdir. Bu isə növbəsində qeyd edilən sərfiyyatın ağlabatan olmamasına əsas verməklə məhkəmə üçündə şübhəli məqama keçmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş foto və video şəkildən də müəyyən edilir ki, cavabdeh tərəf yeni sayğac quraşdırarkən əvvəlki gələn xətti tam olaraq bağlamamış və bunun nəticəsində iddiaçının istifadə etmədiyi su artıq sərfiyyata keçmişdir. Buna görə də iddia tələbi əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Lakin məhkəmə tələbin təmin edilməyən hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi abonent hesabına iddiaçının tələb etdiyi həddə deyil, 535 manat məbləğində borc yazılmışdır. 20.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 127 saylı mənzildə olan (abonent kodu: **********270) sayğaca əsassız hesablanmış 535 (beş yüz otuz beş) manat məbləğində borc cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 tərəfindən silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 23.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 127 saylı mənzildə olan (abonent kodu: **********270) sayğaca əsassız hesablanmış 535 (beş yüz otuz beş) manat məbləğində borc cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 tərəfindən abonent kodu: **********270 saylı hesabdan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4393/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4393/2024
28.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver