Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4420/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İmei kodu **********37154 Samsung Galaxy Z Flip 5 markalı telefon, Samsung Buds 2 qulaqlıq, İmei kodu **********60644 Samsung Galaxy S21FE markalı telefon, LG led TV, Tozsoran Gorenje, İmei kodu **********10756 X1 A8 LTE markalı planşet, Retroyumşaq-künc-texas almış və nəticədə iddiaçıya 4347 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və və nəticədə: - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3086 manat (18 ay x 152 manat + 350 manat ilkin ödəniş) olan İmei kod **********37154 Samsung Galaxy Z Flip 5 markalı telefon, Samsung Buds 2 qulaqlıq üçün 2006 manat olmaqla, ondan 1824 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 182 manat miqdarında cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2103.12 manat (18 ay x 116.84 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********60644 Samsung Galaxy S21FE markalı telefon üçün 1284 manat olmaqla, ondan 1167.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 116.88 manat miqdarında cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1599.48 manat (18 ay x 88.86 manat + 0 manat ilkin ödəniş) olan LG led TV, Tozsoran Gorenje üçün 485 manat olmaqla, ondan 440.88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.12 manat miqdarında cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 538.8 manat (18 ay x 22.1 manat + 141 manat ilkin ödəniş) olan İmei kod **********10756 X1 A8 LTE markalı planşet üçün 335 manat olmaqla, ondan 304.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.2 manat miqdarında cərimə borcu; - xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 977.58 manat (18 ay x 54.31 manat + 0 manat ilkin ödəniş) olan Retro-yumşaq-künc-texas üçün 237 manat olmaqla, ondan 215.34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.66 manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4352.84 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********37154 Samsung Galaxy Z Flip 5 markalı telefon, Samsung Buds 2 qulaqlıq üçün 1824 manat ödənilməmiş hissə, 182 manat cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********60644 Samsung Galaxy S21FE markalı telefon üçün 1167.12 manat ödənilməmiş hissə, 116.88 manat cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, LG led TV, Tozsoran Gorenje üçün 440.88 manat ödənilməmiş hissə, 44.12 manat cərimə borcu; - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********10756 X1 A8 LTE markalı planşet üçün 304.8 manat ödənilməmiş hissə, 30.2 manat cərimə borcu; - xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Retro-yumşaq-kunc-texas üçün 215.34 manat ödənilməmiş hissə, 21.66 manat cərimə borcu olmaqla, ümumilikdə 4347 manat borcun, 63,47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh1 rəsmi qaydada – poçt vasitəsilə göndərilməklə yanaşı, onun elektron kabinetinə (avtomatlaşdırılmış vergi informasiya sistemində olan) yerləşdirilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02973154 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Retro-yumşaq-künc-texas” markalı məhsulu Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
7. Əşyaların xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 02973154 saylı müqavilə üzrə “Retro-yumşaq-künc-texas” markalı məhsulu tam qüsursuz halda təhvil almışdır.
8. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 11983681 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “LG Led” və “Tozsoran Gorenje” markalı məhsulları Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
9. Əşyaların xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 11983681 saylı müqavilə üzrə “LG Led” və “Tozsoran Gorenje” markalı məhsulları tam qüsursuz halda təhvil almışdır.
10. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 11985102 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Samsung Galaxy S21FE” markalı məhsulları Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
11. Əşyaların xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 11985102 saylı müqavilə üzrə “Samsung Galaxy S21FE” markalı məhsulları tam qüsursuz halda təhvil almışdır.
12. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03474637 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Samsung Galaxy Z Flip 5” və “Samsung Buds 2” markalı məhsulları Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
13. Əşyaların xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 03474637 nömrəli müqavilə üzrə “Samsung Galaxy Z Flip 5” və “Samsung Buds 2” markalı məhsulları tam qüsursuz halda təhvil almışdır.
14. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03985540 saylı müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “X1 A8” markalı məhsulu Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
15. Əşyaların xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 03985540 saylı müqavilə üzrə “X1 A8” markalı məhsulu tam qüsursuz halda təhvil almışdır.
16. İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
17. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə: - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1824 manat ödənilməmiş məbləğ, 182 manat cərimə borcu olmaqla, cəmi 2006 manat; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1167.12 manat ödənilməmiş məbləğ, 116.88 manat cərimə borcu olmaqla, cəmi 1284 manat; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 440.88 manat ödənilməmiş məbləğ, 44.12 manat cərimə borcu olmaqla, cəmi 485 manat; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 304.8 manat ödənilməmiş məbləğ, 30.2 manat cərimə borcu olmaqla, cəmi 335 manat; - xx.xx.2022-ci il tarixli müqavilə üzrə 215.34 manat ödənilməmiş məbləğ, 21.66 manat cərimə borcu olmaqla, cəmi 237 manat, ümumilikdə isə 4347 manat məbləğində borcu vardır.
18. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 63,47 manat rüsum ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələrə və onlara əlavələrə əsasən, iddiaçı müxtəlif növ məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğlərini hissəhissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələr üzrə əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, müqavilələr üzrə tələb edilən cərimələrin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilərək: - xx.xx.2023-cü il tarixli, 03474637 saylı müqavilə üzrə 182 manat cərimənin məbləği 91 manat məbləğinədək; - xx.xx.2023-cü il tarixli 11985102 saylı müqavilə üzrə 116.88 manat cərimənin məbləği 58 manat məbləğinədək; - xx.xx.2023-cü il tarixli 11983681 saylı müqavilə üzrə 44.12 manat cərimənin məbləği 22 manat məbləğinədək; - xx.xx.2023-cü il tarixli, 03985540 saylı müqavilə üzrə 30.20 manat cərimənin məbləği 15 manat məbləğinədək; - xx.xx.2022-ci il tarixli 02973154 saylı müqavilə üzrə 21.66 manat cərimənin məbləği 11 manat məbləğinədək azaldılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 574-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1: - xx.xx.2020-ci il tarixli, 03474637 nömrəli müqavilə üzrə 1.824 (bir min səkkiz yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat cərimə borcu olmaqla, cəmi 1.915 (bir min doqquz yüz on beş) manat; - xx.xx.2023-cü il tarixli 11985102 nömrəli müqavilə üzrə 1.167,12 (bir min bir yüz altmış yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə borcu olmaqla, cəmi 1.225,12 (bir min iki yüz iyirmi beş manat on iki qəpik) manat; - xx.xx.2023-cü il tarixli 11983681 nömrəli müqavilə üzrə 440,88 (dörd yüz qırx manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 462,88 (dörd yüz altmış iki manat səksən səkkiz qəpik) manat; - xx.xx.2023-cü il tarixli, 03985540 nömrəli müqavilə üzrə 304,80 (üç yüz dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 319,80 (üç yüz on doqquz manat səksən qəpik) manat; - xx.xx.2022-ci il tarixli 02973154 nömrəli müqavilə üzrə 215,34 (iki yüz on beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə borcu olmaqla, cəmi 226,34 (iki yüz iyirmi altı manat otuz dörd qəpik) manat; ümumilikdə 4.149,14 (dörd min bir yüz qırx doqquz manat on dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
23. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 63,47 (altmış üç manat qırx yeddi qəpik) manat dövlət rüsumunun 61 (altmış bir) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
24. Belə ki, Mülki Prosessual Məcəllənin: - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.824 (bir min səkkiz yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat cərimə borcu olmaqla, cəmi 1.915 (bir min doqquz yüz on beş) manat; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.167,12 (bir min bir yüz altmış yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə borcu olmaqla, cəmi 1.225,12 (bir min iki yüz iyirmi beş manat on iki qəpik) manat; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 440,88 (dörd yüz qırx manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 462,88 (dörd yüz altmış iki manat səksən səkkiz qəpik) manat; - xx.xx.2023-cü il tarixli müqavilə üzrə 304,80 (üç yüz dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 319,80 (üç yüz on doqquz manat səksən qəpik) manat; - xx.xx.2022-ci il tarixli müqavilə üzrə 215,34 (iki yüz on beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə borcu olmaqla, cəmi 226,34 (iki yüz iyirmi altı manat otuz dörd qəpik) manat; ümumilikdə 4.149,14 (dörd min bir yüz qırx doqquz manat on dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova