Məhkəmə qərarları › İş №e-2(006)-4432/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4432/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4432/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 37.000 manat pulun və 201 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında notarial qaydada təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Audi A5 minik markalı avtomobilinin 38 000 manat X1 barədə gələcəkdə alqı-satqı müqaviləsi bağlanmalı idi. Müqavilənin şərtlərinə əsasən alqı-satqı məbləğinin 1000 manat bağlanan zaman, 37000 manatın isə xx.xx.2023-cü il tarixinədək ona ödənilməli idi. Cavabdehin qanunsuz hərəkətləri bir daha müqavilənin şərtlərinin pozulmasını təsdiq edir. Buna görə də müqaviləyə əsasən ona ödənilməli olan 37000 manat məbləğində pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, onun maşın almaq fikri olmamışdır. O, maşını torpaqla dəyişdirmişdir. Maşın onun istifadəsində çox az müddətdə olmuş, sonradan Sərvər tərəfindən 17 000 manata satılmışdır. Həmin məbləğin bir qismi ona qalmışdır. Nisyə alqı-satqı müqaviləsini özü öz iradəsi ilə imzalamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ilə X5 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-saqısı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə İddiaçı və X7 bu müqavilədə müəyyən edilmiş şərtlərlə birinciyə məxsus olan Audi A5 minik markalı, buraxılış ili 2012-ci il, dövlət nömrə nişanı ** GM *** olan avtomobilə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmələri haqqında bağlanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən satıcı avtomobili 38 000 manata qiymətləndirir və gələcəkdə avtomobili həmin qiymətə satmağı öhdəsinə götürür. Alıcı alqısatqı müqaviləsi bağlayaraq avtomobil 38000 manata almağı öhdəsinə götürür. Alıcı satış məbləğinin 1000 manatını müqavilə bağlanan zaman notariusun depozit hesabı vasitəsi ilə, qalan 37000 manatı isə xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürür. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən X4 Audi A5 minik markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtimibilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək haqqında etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Audi A5 minik markalı ** GM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərindən görünür ki, nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə İddiaçının adına qeydiyyatdan çıxmasına əsas həmin tarixdə bağlanmış alğı-satqı müqaviləsi olmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, izahatı alınmış X6 ona heç bir obyektin satmağa razılaşmadığını, pulun bir qisminin ona Məhəmməd tərəfindən faizə verilməsini, digər qisminin isə borca verildiyi bildirmişdir. Audi A5 markalı avtomaşını heç bir obyekt sənədləşməsi üçün deyil sadəcə almışdır. Məhəmməd onun pulunu özü artıq yazmışdır ki, Pirşağı qəsəbəsində olan 30 sot torpaq sahəsini 140 000 manat satdıqdan sonra 70 000 manat torpaq sahibinə Sərvərin vasitəsi ilə versin, qalan puldan 37 000 manatını maşının puluna çıxsın, yerdə qalanın isə öz aralarında bölsünlər. Əsl həqiqtədə isə 17 000 manat qiyməti olmuşdur. Lakin, Məhəmməd torpaq sahəsini sata bilmədiyi üçün ona verilən etibarnamə ləğv edilmişdir. Avtomaşını isə sataraq 6800 manat Sərvərə borc verdiyini bildirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında Audi A5 minik markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair ilkin müqavilə bağlanmış, İddiaçı tərəfindən X4 nəqliyyat vasitəsinə sərəncam hüququna dair etibarnamə verilmişdir, həmin avtomobil X5 tərəfindən satılsa da, İddiaçı ilə aralarında gəldikləri razılığa əməl edilməmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən, əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 37000 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən, ödənilmiş 201 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X2 37000 manat və ödənilmiş dövlət rüsumuna görə 201 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar