Məhkəmə qərarları › İş №e-2(006)-4445/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4445/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4445/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələlərə əsasən, “Kenwood” markalı mikser, “Hoffmann” markalı dispenser, İMEİ kodu **********61778 olan “X4 9S” markalı telefon, İMEİ kodu **********37524 “Hoffmann X Go” markalı telefon, İMEİ kodu **********38199 olan “iPhone SE” markalı telefon, “Hoffmann LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı, İMEİ kodu SW4KT7XPD6V olan “iPad Pro 11-inch” tablet, “X5”, “Hoffmann” markalı keramik çay dəsti, “Xiaomi” markalı saat, İMEİ kodu **********16566 və **********90062 olan 2 ədəd “Samsung Galaxy A12” markalı telefon, İMEİ kodu **********73062 olan “iPhone 11” markalı telefon, “Alez” - tekstil, pike takimi + nevresim seti - tekstil, tekstil “Battaniye”, yorğan, 2 ədəd yataq desti, “Hoffmann” markalı mikrodalğalı soba almış və nəticədə 6888 AZN borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 541.8 AZN “Kenwood” markalı mikser, “Hoffmann” markalı dispenser üçün ümumilikdə, 117.3 AZN olmaqla ondan 90.3 AZN ödənilməmiş hissə, 27 AZN dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 811.2 AZN İMEİ kodu **********61778 olan “X4 9S” markalı telefon üçün ümumilikdə, 513.4 AZN olmaqla ondan, 405.4 AZN ödənilməmiş hissə, 108 AZN dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 154 AZN İMEİ kodu **********37524 “Hoffmann X Go” markalı telefon üçün ümumilikdə, 54 AZN olmaqla ondan, 42 AZN ödənilməmiş hissə, 12 AZN dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1765.4 AZN İMEİ kodu **********38199 olan “iPhone SE” markalı telefon üçün ümumilikdə, 977.9 AZN olmaqla ondan, 752.9 AZN ödənilməmiş hissə, 225 AZN dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 610 AZN “Hoffmann LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün ümumilikdə 129.9 AZN olmaqla ondan, 99.9 AZN ödənilməmiş hissə, 30 AZN dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 2566.8 AZN İMEİ kodu SW4KT7XPD6V olan “iPad Pro 11-inch” tablet, “X5” üçün ümumilikdə 2934.8 AZN olmaqla ondan, 2423.8 AZN ödənilməmiş hissə, 511 AZN dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 273 AZN “Hoffmann” keramik çay dəsti, “Xiaomi” markalı saat üçün ümumilikdə 111.1 AZN olmaqla ondan, 86.1 AZN ödənilməmiş hissə, 25 AZN dəbbə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 828 AZN İMEİ kodu **********16566 və **********90062 olan 2 ədəd “Samsung Galaxy A12” markalı telefon üçün ümumilikdə 626.8 AZN olmaqla ondan, 482.8 AZN ödənilməmiş hissə, 144 AZN dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 2640.6 AZN İMEİ kodu **********73062 olan “iPhone 11 markalı” telefon üçün ümumilikdə 1063.6 AZN olmaqla ondan, 1020.6 AZN ödənilməmiş hissə, 43 AZN dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 842.4 AZN “Alez” - tekstil, pike takimi + nevresim seti - tekstil, tekstil battaniye, yorğan, 2 ədəd yataq desti, “Hoffmann” mikrodalğalı soba üçün ümumilikdə 359.2 AZN olmaqla ondan, 276.9 AZN ödənilməmiş hissə, 82.3 AZN dəbbə borcu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 6576.5 AZN təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Kenwood” markalı mikser, “Hoffmann” markalı dispenser üçün 90.3 AZN ödənilməmiş hissə, 27 AZN dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61778 olan “X4 9S” markalı telefon üçün 405.4 AZN ödənilməmiş hissə, 108 AZN dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********37524 “Hoffmann X Go” markalı telefon üçün 42 AZN ödənilməmiş hissə, 12 AZN dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********38199 olan “iPhone SE” markalı telefon üçün 2,90 AZN ödənilməmiş hissə, 225 AZN dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Hoffmann LED” markalı televizor, “Sonorous Surefix” markalı asqı üçün 99.9 AZN ödənilməmiş hissə, 30 AZN dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu SW4KT7XPD6V olan “iPad Pro 11-inch” tablet, “X5” üçün 2423.8 AZN manat ödənilməmiş hissə, 511 AZN dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Hoffmann” keramik çay dəsti, “Xiaomi” saat üçün 86,10 AZN ödənilməmiş hissə, 25 AZN dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********16566 və **********90062 olan 2 ədəd “Samsung Galaxy A12” markalı telefon üçün 482,80 AZN manat ödənilməmiş hissə, 144 AZN dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73062 olan “iPhone 11” markalı telefon üçün 20,60 AZN ödənilməmiş hissə, 43 AZN dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Alez” - tekstil, pike takimi + nevresim seti tekstil, tekstil battaniye, yorğan, 2 ədəd yataq desti, “Hoffmann” markalı mikrodalğalı soba üçün 276,90 AZN ödənilməmiş hissə, 82,30 AZN dəbbə, ümumilikdə 6888 AZN borc, 88,88 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. 5.Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00835439 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann LED” markalı televizor və “Sonorous Surefix” markalı asqını Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 10 AZN ilkin ödəniş etməklə hissə-hissə 24 ay müddətinə hər ay 25 AZN ödəməyi öhdəsinə götürmüşdür.

8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01091084 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann X Go” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 10 AZN ilkin ödəniş etməklə hissə-hissə 24 ay müddətinə hər ay 6 AZN ödəməyi öhdəsinə götürmüşdür.

9. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20128707 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Kenwood” markalı mikser, “Hoffmann” markalı dispenseri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 30,10 AZN ödəməyi öhdəsinə götürmüşdür.

10. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20255144 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann” markalı keramik çay dəsti, “Xiaomi Mi” band Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 12 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 14,50 AZN ödəməyi öhdəsinə götürmüşdür.

11. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20312034 saylı müqavilədən görünür ki, "xxxx" MMC “X4 9S” telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 33,80 AZN ödəməyi öhdəsinə götürmüşdür.

12. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21078609 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Alez”-tekstil-SV, pike takimi + nevresim seti – tekstil – SV, battaniye – tekstil – SV, yorğan – tekstil – SV, yataq dəsti – tekstil – GL, “Hoffmann” mikrodalğalı sobanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 46,80 AZN ödəməyi öhdəsinə götürmüşdür.

13. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21111493 saylı müqavilədən görünür ki, "xxxx" MMC “iPhone SE” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 94,30 AZN ödəməyi öhdəsinə götürmüşdür.

14. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22355161 saylı müqavilədən görünür ki, "xxxx" MMC 2 ədəd “Samsung Galaxy A12” markalı telefonları Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 69 AZN ödəməyi öhdəsinə götürmüşdür.

15. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23188481 saylı müqavilədən görünür ki, "xxxx" MMC “iPad Pro 11-inch” tablet, “X5” Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 142,60 AZN ödəməyi öhdəsinə götürmüşdür.

16. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24040791 saylı müqavilədən görünür ki, "xxxx" MMC “iPhone 11” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 146,70 AZN ödəməyi öhdəsinə götürmüşdür.

17. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 sentyabr 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli, 00835439 saylı müqavilə üzrə 99,90 AZN ödənilməmiş hissə, 30 AZN dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01091084 saylı müqavilə üzrə 42 AZN ödənilməmiş hissə, 12 AZN dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20128707 saylı müqavilə üzrə 90,30 AZN ödənilməmiş hissə, 27 AZN dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20255144 saylı müqavilə üzrə 86,10 AZN ödənilməmiş hissə, 25 AZN dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20312034 saylı müqavilə üzrə 405,40 AZN ödənilməmiş hissə, 108 AZN dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 21078609 saylı müqavilə üzrə 276,90 AZN ödənilməmiş hissə, 82,30 AZN dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 21111493 müqavilə üzrə 752,90 AZN ödənilməmiş hissə, 225 AZN dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 22355161 saylı müqavilə üzrə 482,80 AZN ödənilməmiş hissə, 144 AZN dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 23188481 saylı müqavilə üzrə 2423,80 AZN ödənilməmiş hissə, 511 AZN dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 24040791 saylı müqavilə üzrə 1020,60 AZN ödənilməmiş hissə, 43 AZN dəbbə pulu olmaqla, 10 müqavilə üzrə 5680,70 AZN ödənilməmiş hissə, 1207,30 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6888 AZN borcu vardır.

18. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 19 Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00835439 saylı, xx.xx.2019-cu il tarixli, 01091084 saylı, xx.xx.2020-ci il tarixli, 20128707 saylı, xx.xx.2020-ci il tarixli, 20255144 saylı, xx.xx.2020-ci il tarixli, 20312034 saylı, xx.xx.2020-ci il tarixli, 21078609 saylı, xx.xx.2020-ci il tarixli, 21111493 saylı, xx.xx.2021-ci il tarixli, 22355161 saylı, xx.xx.2021-ci il tarixli, 23188481 saylı, xx.xx.2021-ci il tarixli, 24040791 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" MMC “Hoffmann LED” markalı televizor, “Sonorous Surefix” markalı asqını, “Hoffmann X Go” markalı telefonu, “Kenwood” markalı mikser, “Hoffmann” markalı dispenseri, “Hoffmann” markalı keramik çay dəsti, “Xiaomi Mi” bandı, “X4 9S” telefonu, “Alez”-tekstil-SV, pike takimi + nevresim seti – tekstil – SV, battaniye – tekstil – SV, yorğan – tekstil – SV, yataq dəsti – tekstil – GL, “Hoffmann” mikrodalğalı sobanı, “iPhone SE” markalı telefonu, 2 ədəd “Samsung Galaxy A12” markalı telefonları, “iPad Pro 11-inch” tablet, “X5”, “iPhone 11” markalı telefonu Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə ödənilməmiş borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

21. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

22. Eyni Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

23. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

24. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Hazırkı halda məhkəmə cavabdehin rəsmi iş yerinin olmamasını, cərimənin əsas borca mütənasibliyini nəzərə alaraq hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, xx.xx.2019-cu il tarixli, 00835439 saylı müqavilə üzrə 9 AZN, xx.xx.2019-cu il tarixli, 01091084 saylı müqavilə üzrə 4 AZN, xx.xx.2020-ci il tarixli, 20128707 saylı müqavilə üzrə 9 AZN, xx.xx.2020-ci il tarixli, 20255144 saylı müqavilə üzrə 8 AZN, xx.xx.2020-ci il tarixli, 20312034 saylı müqavilə üzrə 40 AZN, xx.xx.2020-ci il tarixli, 21078609 saylı müqavilə üzrə 20 AZN, xx.xx.2020-ci il tarixli, 21111493 saylı müqavilə üzrə 10 AZN, xx.xx.2021-ci il tarixli, 22355161 saylı müqavilə üzrə 40 AZN, xx.xx.2021-ci il tarixli, 23188481 saylı müqavilə üzrə 200 AZN, xx.xx.2021-ci il tarixli, 24040791 saylı müqavilə üzrə 70 AZN məbləğində müəyyən edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 88,88 AZN (səksən səkkiz manat, səksən səkkiz qəpik) dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.

30. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, 00835439 saylı müqavilə üzrə 99,90 AZN (doxsan doqquz manat, doxsan qəpik) ödənilməmiş hissə, 9 AZN (doqquz manat) dəbbə pulu, xx.xx.2019-cu il tarixli, 01091084 saylı müqavilə üzrə 42 AZN (qırx iki manat) ödənilməmiş hissə, 4 AZN (dörd manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20128707 saylı müqavilə üzrə 90,30 AZN (doxsan manat, otuz qəpik) ödənilməmiş hissə, 9 AZN (doqquz) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20255144 saylı müqavilə üzrə 86,10 AZN (səksən altı manat, on qəpik) ödənilməmiş hissə, 8 AZN (səkkiz manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20312034 saylı müqavilə üzrə 405,40 AZN (dörd yüz beş manat, qırx qəpik) ödənilməmiş hissə, 40 AZN (qırx manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 21078609 saylı müqavilə üzrə 276,90 AZN (iki yüz yetmiş altı manat, doxsan qəpik) ödənilməmiş hissə, 70 AZN (yetmiş manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 21111493 müqavilə üzrə 752,90 AZN (yeddi yüz əlli iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 70 AZN (yetmiş manat) dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 22355161 saylı müqavilə üzrə 482,80 AZN (dörd yüz səksən iki manat, səksən qəpik) ödənilməmiş hissə, 40 AZN (qırx manat) dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 23188481 saylı müqavilə üzrə 2423,80 AZN (iki min dörd yüz iyirmi üç manat, səksən qəpik) ödənilməmiş hissə, 200 AZN (iki yüz manat) dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 24040791 saylı müqavilə üzrə 1020,60 AZN (bir min iyirmi manat, altmış qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu olmaqla, 10 müqavilə üzrə 5680,70 AZN (beş min altı yüz səksən manat, yetmiş qəpik) ödənilməmiş hissə, 410 AZN (dörd yüz on manat) dəbbə pulu olmaqla, ümumilikdə 6090,70 AZN (altı min doxsan manat, yetmiş qəpik) məbləğində borc və 88,88 AZN (səksən səkkiz manat, səksən səkkiz qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 00835439 saylı müqavilə üzrə 99,90 AZN (doxsan doqquz manat, doxsan qəpik) ödənilməmiş hissə, 9 AZN (doqquz manat) dəbbə pulu, xx.xx.2019cu il tarixli, 01091084 saylı müqavilə üzrə 42 AZN (qırx iki manat) ödənilməmiş hissə, 4 AZN (dörd manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20128707 saylı müqavilə üzrə 90,30 AZN (doxsan manat, otuz qəpik) ödənilməmiş hissə, 9 AZN (doqquz manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20255144 saylı müqavilə üzrə 86,10 AZN (səksən altı manat, on qəpik) ödənilməmiş hissə, 8 AZN (səkkiz manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20312034 saylı müqavilə üzrə 405,40 AZN (dörd yüz beş manat, qırx qəpik) ödənilməmiş hissə, 40 AZN (qırx manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 21078609 saylı müqavilə üzrə 276,90 AZN (iki yüz yetmiş altı manat, doxsan qəpik) ödənilməmiş hissə, 70 AZN (yetmiş manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 21111493 müqavilə üzrə 752,90 AZN (yeddi yüz əlli iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 70 AZN (yetmiş manat) dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 22355161 saylı müqavilə üzrə 482,80 AZN (dörd yüz səksən iki manat, səksən qəpik) ödənilməmiş hissə, 40 AZN (qırx manat) dəbbə pulu, xx.xx.2021ci il tarixli, 23188481 saylı müqavilə üzrə 2423,80 AZN (iki min dörd yüz iyirmi üç manat, səksən qəpik) ödənilməmiş hissə, 200 AZN (iki yüz manat) dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 24040791 saylı müqavilə üzrə 1020,60 AZN (bir min iyirmi manat, altmış qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu olmaqla, 10 müqavilə üzrə 5680,70 AZN (beş min altı yüz səksən manat, yetmiş qəpik) ödənilməmiş hissə, 410 AZN (dörd yüz on manat) dəbbə pulu olmaqla, ümumilikdə 6090,70 AZN (altı min doxsan manat, yetmiş qəpik) məbləğində borc və 88,88 AZN (səksən səkkiz manat, səksən səkkiz qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar