Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4455/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi (vəkili) – Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı “vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı “vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı (Pasport üzrə: Akhmedova Zargiul) vərəsəlik hüquqlarının tanınması, miras əmlak üzərində 100% həcmdə payının müəyyən edilməsi, cavabdeh Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Cavabdeh1 verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi və miras əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququnun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu Elmar Əliyev məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixə, saat 16:30-a təyin olunmuş məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə, Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə təqdim olunmuş xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Bakı şəhərində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı ünvan 2 ünvanında qeydiyyatda olan X3 (AZE № ********) Bakı şəhəri Nəsimi RPİ-dən xx.xx.2005-ci il tarixdə verilmiş və ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh1 (AZE № 03444318, Nərimanov RPİ-dən verilmiş) aşağıdakı məzmunda müqaviləni imzalamışdırlar, 1. Mən, Əhmədov C.M Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 11/24573 №li arayışa və Bakı ş. Tİ VƏ MHQİdən xx.xx.1996-cı ildə, qeyd 30/90826 № səh 90826, kitab 605 verilmiş “Qeydiyyat vəsiqəsi” əsasən mənə məxsus olan Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 8 yerləşən evi tam oğlum Cavabdeh1C bağışladım. 2) Müqavilə bağlananadək həmin mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. 3) Tərəflər bağışlanan torpaq sahəsi 100000 manata qiymətləndirdilər. 4) Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər Cavabdeh1 tərəfindən ödənilir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Kərəmov X2 Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən qaytarılaraq işin baxılmamış saxlanılmasını və MPM-nin 114.1.3-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) – Vəkil2 işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi isə məhkəməyə ərizəyə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı “vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı “vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4455/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4455/2023
15.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver