Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4474/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Fakir" markalı məhsula görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla, cəmi 224,20 AZN, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, aldığı “X1 10S” markalı mobil telefon və “Tefal” markalı məhsula görə 18 ay ödəniş cədvəli üzrə hər ay 42 AZN olmaqla, cəmi 750.4 AZN, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A525” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 60 AZN olmaqla, cəmi 719 AZN və xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Fiver” markalı sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 17 AZN olmaqla, cəmi 289.90 AZN, ümumilikdə dörd müqavilə üzrə 1983.50 AZN ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 13 AZN ödəniş etmiş, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 8.5 AZN, xx.xx.2021 -ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı- satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 42.6 AZN və xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 42 AZN ödəniş etmiş və dörd müqavilə üzrə cəmi qalıq qalmış 872 AZN borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər dörd müqavilə üzrə 1306 AZN təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı dörd müqavilə üzrə 1306 AZN təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 130,60 AZN "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 68,2 AZN əsas, 10,2 AZN cərimə, cəmi 78,4 AZN, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 489,9 AZN əsas, 73,4 AZN cərimə, cəmi 563,3 AZN, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 66 AZN əsas, 9,90 AZN cərimə, cəmi 75,90 AZN və xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 247,90 AZN əsas, 37,1 AZN cərimə, cəmi 285 AZN, dörd müqavilə üzrə 872 AZN əsas, 130,6 AZN cərimə, cəmi 1002,60 AZN təşkil etmişdir. Göstərilənlərə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 68,20 AZN əsas, 10,20 AZN cərimə, cəmi 78,40 AZN, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə 489,90 AZN, 73,40 AZN cərimə, cəmi 563,30 AZN, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 66 AZN, 9,90 AZN cərimə, cəmi 75,90 AZN, xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 247,90 AZN, 37,10 AZN cərimə, cəmi 285 AZN, dörd müqavilə üzrə 872 AZN əsas, 130,60 AZN cərimə, cəmi 1002,60 AZN və 30,02 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarının araşdıraraq bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən Cavabdeh “Fakir" markalı məhsula görə 18 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinədək 13 AZN, xx.xx.2022-ci il tarixində 3,20 AZN, ümumilikdə 224,20 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən Cavabdeh “X1 10S” markalı telefona və “Tefal” markalı məhsula görə 18 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 42 AZN, xx.xx.2021-ci il tarixində 36,40 AZN olmaqla, ümumilikdə 750,40 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung A525” markalı telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 60 AZN, xx.xx.2022-ci il tarixində 59 AZN olmaqla, ümumilikdə 719 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən Cavabdeh “Fiver” markalı sobaya görə 18 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 17 AZN, xx.xx.2022-ci il tarixində 0,99 AZN olmaqla, ümumilikdə 289,99 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 68,20 AZN əsas, 102 AZN cərimə olmaqla, ümumilikdə 170,20 AZN məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 489,90 AZN əsas, 734 AZN cərimə olmaqla, ümumilikdə 1223,90 AZN məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 247,90 AZN əsas, 371 AZN cərimə olmaqla, ümumilikdə 618,90 AZN məbləğində borcu vardır. Həmçinin, işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Fakir" markalı məhsul, “X1 10S” markalı telefon, “Tefal” markalı məhsul, “Samsung A525” markalı telefon, “Fiver” markalı sobanı Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 AZN məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 AZN məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 AZN məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 AZN müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30,02 AZN (otuz manat, iki qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 68,20 AZN (altmış səkkiz manat, iyirmi qəpik) ödənilməmiş borcu, 5 AZN (beş manat) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 489,90 AZN (dörd yüz səksən doqquz manat, doxsan qəpik) ödənilməmiş borcu, 30 AZN (otuz manat) cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 66 AZN (altmış altı manat) ödənilməmiş borcu, 5 AZN (beş manat) cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 247,90 AZN (iki yüz qırx yeddi manat, doxsan qəpik) ödənilməmiş borcu, 20 AZN (iyirmi manat) cərimə borcu, ümumilikdə 4 müqavilə üzrə 932 AZN (doqquz yüz otuz iki manat) məbləğində borc və 30,02 AZN (otuz manat, iki qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 68,20 AZN (altmış səkkiz manat, iyirmi qəpik) ödənilməmiş borcu, 5 AZN (beş manat) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 489,90 AZN (dörd yüz səksən doqquz manat, doxsan qəpik) ödənilməmiş borcu, 30 AZN (otuz manat) cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 66 AZN (altmış altı manat) ödənilməmiş borcu, 5 AZN (beş manat) cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 247,90 AZN (iki yüz qırx yeddi manat, doxsan qəpik) ödənilməmiş borcu, 20 AZN (iyirmi manat) cərimə borcu, ümumilikdə 4 müqavilə üzrə 932 AZN (doqquz yüz otuz iki manat) məbləğində borc və 30 AZN (otuz manat, iki qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-4474/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4474/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver