Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4505/2025 03.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı "Xalq Sığorta" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Xalq Sığorta" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n cavabdeh Zeynalova Sevı̇ nc Sabı̇ r qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK cəlb olunmaqla) "sığorta müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Xalq Sığorta" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdeh Zeynalova Sevı̇ nc Sabı̇ r qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK cəlb olunmaqla) "sığorta müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "Xalq Sığorta" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla, iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Zeynalova Sevı̇ nc Sabı̇ r qızı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etdiyini və cavabdeh tərəfin buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı "Xalq Sığorta" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n cavabdeh Zeynalova Sevı̇ nc Sabı̇ r qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK cəlb olunmaqla) "Sığorta müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.11, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "Xalq Sığorta" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n cavabdeh Zeynalova Sevı̇ nc Sabı̇ r qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK cəlb olunmaqla) "sığorta müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4505/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4505/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver