Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4529/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********07980 SAMSUNG GALAXY Z FLİP 4 markalı telefon, SAMSUNG WATCH 4 saatı üçün 1799.01 manat ödənilməmiş hissə, 179.99 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU SRDF32DW02H İPAD 9 957 manat ödənilməmiş hissə, 95 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU SQG64F0J32F İPAD 9, SPİRALLİ PEÇ DYSİS 721.07 manat ödənilməmiş hissə, 72.93 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********77727 SAMSUNG GALAXY A13 markalı telefon üçün 318.44 manat ödənilməmiş hissə, 31.56 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, JBL TUNE 225TWS qulaqlıqı çün 117.79 manat ödənilməmiş hissə, 11.21 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, RADİATOR HOFFMANN üçün 64.87 manat ödənilməmiş hissə, 6.13 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, TƏRƏZİ HOFFMANN, QAZAN DƏSTİ PENSOF üçün 57.98 manat ödənilməmiş hissə, 5.02 manat cərimə, ümumilikdə 4438 manat borc və 64,38 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2023-ci il il, xx.xx.2022-ci, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, , İMEİ KODU **********07980 SAMSUNG GALAXY Z FLİP 4 markalı telefon, SAMSUNG WATCH 4 saatı, İMEİ KODU SRDF32DW02H İPAD 9, İMEİ KODU SQG64F0J32F İPAD 9, SPİRALLİ PEÇ DYSİS, İMEİ KODU **********77727 SAMSUNG GALAXY A13, JBL TUNE 225TWS qulaqlıq, RADİATOR HOFFMANN, TƏRƏZİ HOFFMANN, QAZAN DƏSTİ PENSOF almış və nəticədə 4438 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3235.08 (üç min iki yüz otuz beş manat səkkiz qəp) manat (12 ay x 257.17 manat + 149.04 manat ilkin ödəniş) olan İmei kodu **********07980 SAMSUNG GALAXY Z FLİP 4 markalı telefon, SAMSUNG WATCH 4 saatı üçün ümumilikdə 1979 (min doqquz yüz yetmiş doqquz) manat olmaqla ondan, 1799.01 (min yeddi yüz doxsan doqquz manat bir qəp) manat ödənilməmiş hissə, 179.99 (yüz yetmiş doqquz manat doxsan doqquz qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 983.1 (doqquz yüz səksən üç manat on qəp) manat (3 ay x 319 manat + 26.1 manat ilkin ödəniş) olan İmei kodu SRDF32DW02H İPAD 9 üçün 1052 (min əlli iki) manat olmaqla ondan, 957 (doqquz yüz əlli yeddi) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1142.07 (min yüz qırx iki manat yeddi qəp) manat (3 ay x 360.69 manat + 60 manat ilkin ödəniş) olan İMEİ KODU SQG64F0J32F İPAD 9, SPİRALLİ PEÇ DYSİS üçün 794 (yeddi yüz doxsan dörd) manat olmaqla ondan 721.07 (yeddi yüz iyirmi bir manat yeddi qəp) manat ödənilməmiş hissə, 72.93 (yetmiş iki manat doxsan üç qəp) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636.02 (altı yüz otuz altı manat iki qəp) manat (12 ay x 39.87 manat + 157.58 manat ilkin ödəniş) İMEİ KODU **********77727 SAMSUNG GALAXY A13 markalı telefon üçün 350 (üç yüz əlli) manat olmaqla ondan 318.44 (üç yüz on səkkiz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 31.56 (otuz bir manat əlli altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 195.69 (yüz doxsan beş manat altmış doqquz qəpik) manat (3 ay x 58.93 manat + 18.9 manat ilkin ödəniş) olan JBL TUNE 225TWS qulaqlıq üçün 129 (yüz iyirmi doqquz) manat olmaqla ondan, 117.79 (yüz on yeddi manat yetmiş doqquz qəpik) manat ödənilməmiş hissə, 11.21 (on bir manat iyirmi bir qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 140.04 (yüz qırx manat dörd qəpik) manat (12 ay x 8.17 manat + 42 manat ilkin ödəniş) olan RADİATOR HOFFMANN üçün 71 (yetmiş bir) manat olmaqla ondan, 64.87 (altmış dörd manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 6.13 (altı manat on üç qəpik) manat cərimə., xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 181.26 (yüz səksən bir manat iyirmi altı qəpik) manat (3 ay x 58.66 manat + 5.28 manat ilkin ödəniş) olan TƏRƏZİ HOFFMANN, QAZAN DƏSTİ PENSOFAL üçün 63 (altmış üç) manat olmaqla ondan, 57.98 (əlli yeddi manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 5.02 (beş manat iki qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2477.1 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə ümumilikdə dəyəri 1979 manat təşkil edən İmei kodu **********07980 SAMSUNG GALAXY Z FLİP 4 markalı telefon və SAMSUNG WATCH 4 saatı, xx.xx.2023-ci il tarixdə ümumilikdə dəyəri 983.1 manat təşkil edən İmei kodu SRDF32DW02H İPAD 9, xx.xx.2022-ci il tarixdə ümumilikdə dəyəri 1142.07 manat təşkil edən İMEİ KODU SQG64F0J32F İPAD 9, SPİRALLİ PEÇ DYSİS, xx.xx.2022-ci il tarixdə ümumilikdə dəyəri 636.02 manat təşkil edən İMEİ KODU **********77727 SAMSUNG GALAXY A13 markalı telefon, xx.xx.2022-ci il tarixdə ümumilikdə dəyəri 195.69 manat təşkil edən olan JBL TUNE 225TWS qulaqlıq, xx.xx.2022-ci il tarixdə ümumilikdə dəyəri 140.04 manat təşkil edən RADİATOR HOFFMANN və xx.xx.2022-ci il tarixdə ümumilikdə dəyəri 181.26 manat təşkil edən TƏRƏZİ HOFFMANN, QAZAN DƏSTİ PENSOFAL alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2022-ci il, xx.xx.2023-ci il il, xx.xx.2022-ci, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bağlanmış müqavilələr üzrə müvafiq olaraq 179,99 manat, 95 manat, 72,93 manat, 31,56 manat, 11,21 manat, 6,13 manat və 5,02 manat təşkil edir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə İmei kodu **********07980 SAMSUNG GALAXY Z FLİP 4 markalı telefon və SAMSUNG WATCH 4 saatı tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2023-ci il il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə İmei kodu SRDF32DW02H İPAD 9 tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə İMEİ KODU SQG64F0J32F İPAD 9 və SPİRALLİ PEÇ DYSİS tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə MEİ KODU **********77727 SAMSUNG GALAXY A13 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə JBL TUNE 225TWS qulaqlıq tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə RADİATOR HOFFMANN tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il il tarixli təhvil-təslim aktına əsasən həmin tarixli alqı-satqı müqaviləsi üzrə TƏRƏZİ HOFFMANN, QAZAN DƏSTİ PENSOFAL tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli borca dair maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü tarixinə “Alıcı” Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1799,01 manat, cərimə borcu üzrə 179,99 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 957 manat, cərimə borcu üzrə 95 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 721,07 manat, cərimə borcu üzrə 72,93 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 318,44 manat, cərimə borcu üzrə 31,56 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 117,79 manat, cərimə borcu üzrə 11,21 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 64,87 manat, cərimə borcu üzrə 6,13 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 57,98 manat, cərimə borcu üzrə 5,02 manat, ümumilikdə 4438 manat məbləğində borcu qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 64,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən əşyanın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1799,01 manat, cərimə borcu üzrə 179,99 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 957 manat, cərimə borcu üzrə 95 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 721,07 manat, cərimə borcu üzrə 72,93 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 318,44 manat, cərimə borcu üzrə 31,56 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 117,79 manat, cərimə borcu üzrə 11,21 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 64,87 manat, cərimə borcu üzrə 6,13 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 57,98 manat, cərimə borcu üzrə 5,02 manat, ümumilikdə 4438 manat məbləğində borcu qeydə alınmışdır. İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bağlanmış müqavilələr üzrə müvafiq olaraq 50 manat, 50 manat, 40 manat, 10 manat, 5 manat, 6.13 manat və 5,02 məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1799,01 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 957 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 721,07 manat, cərimə borcu üzrə 40 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 318,44 manat, cərimə borcu üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 117,79 manat, cərimə borcu üzrə 5 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 64,87 manat, cərimə borcu üzrə 6,13 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 57,98 manat, cərimə borcu üzrə 5,02 manat, ümumilikdə 4202,31 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 64,38 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1799,01 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 957 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 721,07 manat, cərimə borcu üzrə 40 manat, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 318,44 manat, cərimə borcu üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 117,79 manat, cərimə borcu üzrə 5 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 64,87 manat, cərimə borcu üzrə 6,13 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 57,98 manat, cərimə borcu üzrə 5,02 manat, ümumilikdə 4202,31 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 64,38 manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-4529/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4529/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver