Məhkəmə qərarları › İş №e-2(006)-454/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-454/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-454/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin Bakı şəhəri 53 saylı Notariat Ofisi mübahisə predmeti barəsində mstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Xəlı̇ lov Nı̇ ymət Cəlı̇ l oğluna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılaraq banka təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyəti Bakı şəhəri 53 saylı Notariat Ofisi mübahisə predmeti barəsində mstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Xəlı̇ lov Nı̇ ymət Cəlı̇ l oğluna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılaraq banka təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə iddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin Kreditlərin Bərpası Departamentinin Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdiri Nümayəndə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. İddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin Kreditlərin Bərpası Departamentinin Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdiri Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilsin. İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin Bakı şəhəri 53 saylı Notariat Ofisi mübahisə predmeti barəsində mstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Xəlı̇ lov Nı̇ ymət Cəlı̇ l oğluna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılaraq banka təhvil verilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar