Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4559/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ markalı mobil telefon üçün 381.9 manat ödənilməmiş hissə, 1145 manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, velosiped üçün 543.9 manat ödənilməmiş hissə, 1631 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, KEMEİ markalı təraş aləti üçün 41.9 manat ödənilməmiş hissə 125 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən,iki ədəd qulaqcıq üçün 97.9 manat ödənilməmiş hissə,293 manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İPHONE markalı mobil telefonu,FAKİR markalı ütü və iki ədəd aksesuar üçün 1196.9 manat ödənilməmiş hissə,3590 manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən,SAMSUNG markalı mobil telefon və aksesuar üçün 279.4 manat ödənilməmiş hissə,838 manat cərimə, 53.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-ə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il,xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, XİAOMİ markalı mobil telefon, velosiped, KEMEİ markalı təraş aləti, iki ədəd qulaqcıq,İPHONE markalı mobil telefonu,FAKİR markalı ütü və iki ədəd aksesuar, SAMSUNG markalı mobil telefon və aksesuar aldığı iş materialları üzrə görünür. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 429 manat olan XİAOMİ markalı mobil telefon üçün ümumilikdə, 496.4 manat olmaqla ondan, 381.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 114.5 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 699.9 manat velosiped üçün ümumilikdə 707 manat olmaqla ondan, 543.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 163.1 manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 89.9 manat olan KEMEİ markai təraş aləti üçün ümumilikdə, 54.4 manat olmaqla ondan, 41.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.5 manat cərimə və elə həmin tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 199.9 manat olan iki ədəd qulaqcıq üçün ümumilikdə 127.2 manat olmaqla ondan, 97.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 129.3 manat cərimə, ,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1959.9 manat olan İPHONE markalı mobil telefonu,FAKİR markalı ütü və iki ədəd aksesuar üçün ümumilikdə 1555.9 manat olmaqla ondan, 1196.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 359 manat cərimə, , xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 567.4 manat olan SAMSUNG markalı mobil telefon və aksesuar üçün ümumilikdə, 363.2 manat olmaqla ondan 279.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1303 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 429.9 manat dəyərində XİAOMİ markalı mobil telefon əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 24 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 699.99 manat dəyərində velosiped əldə etmiş,etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 39 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 89.9 manat dəyərində KEMEİ markai təraş aləti əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 12 ay müddətində aylıq 8 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 199.98 manat dəyərində iki ədəd qulaqcıq əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 12 ay müddətində aylıq 17 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 1959.96 manat dəyərində İPHONE markalı mobil telefon,FAKİR markalı ütü və iki ədəd aksesuar əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 109 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən 567.4 manat dəyərində SAMSUNG markalı mobil telefon və aksesuar əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 32 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür Hər müqavilənin 3.3.2-ci bəndlərinə görə müştəri müqavilənin şərtlərini pozduğu, öhdəliyini lazımi qaydada (60 gün) icra etmədiyi hal(lar)da İddiaçı MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən mobil telefonun rabitə şəbəkələrində istifadəsini məhdudlaşdıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il,xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixli müqavilələrin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC (satıcı) müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirib, avadanlığı Cavabdeh (alıcıya) təhvil vermiş olsa da, alıcı müqavilə şərtlərinə əməl etməyib ödənişini tam şəkildə yerinə yetirməmişdir. Maliyyə arayışına görə Cavabdeh şirkət qarşısında 6 müqavilə üzrə icra edilməmiş öhdəlikləri müəyyən edilir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 53.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 381.9 manat əsas, 14.5 manat cərimə, cəmi 396.4 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 543.9 manat əsas, 63.10 manat cərimə olmaqla cəmi 607 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 41.9 manat əsas, 5 manat cərimə olmaqla cəmi 46.9 manat xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 97.9 manat əsas,9.30 manat cərimə olmaqla cəmi 107.2 manat xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 1196.9 manat əsas, 159 manat cərimə olmaqla cəmi 1355.9 manat xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 279.4 manat əsas, 33.8 manat cərimə olmaqla cəmi 313.2 manat və ödənilmiş 53.04 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 14.5 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 63.1 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 5 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 9.30 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 159 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 33.8 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğlərdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 381.9 manat əsas, 14.5 manat cərimə, cəmi 396.4 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 543.9 manat əsas, 63.10 manat cərimə cəmi 607 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 41.9 manat əsas, 5 manat cərimə, cəmi 46.9 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 97.9 manat əsas,9.30 manat cərimə,cəmi 107.2 manat , xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 1196.9 manat əsas, 159 manat cərimə, cəmi 1355.9 manat , xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 279.4 manat əsas, 33.8 manat cərimə, cəmi 313.2 manat olmaqla ümumilikdə 2826.6 (iki min səkkiz yüz iyirmi altı manat, altı qəpik) və ödənilmiş 53.04 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4559/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4559/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver