Məhkəmə qərarları › İş №e-2(006)-4573/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4573/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4573/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən VİNİL ŞƏFFAF, İMEİ kod **********67137 olan SAMSUNG GALAXY A04 markalı telefon, İMEİ kod **********59381 olan HUAWEİ NOVA Y70 markalı telefon, ASUS kompüter, WİNDOWS 11 HOME, İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İMEİ kod **********39346 olan İPHONE 13 markalı telefon, VİNİL MAT almış və nəticədə 3281 (üç min iki yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 434,04 (dörd yüz otuz dörd manat dörd qəpik) manat (12 ay x 36,17 manat + 0 manat ilkin ödəniş) olan VİNİL ŞƏFFAF, İMEİ kod **********67137 olan SAMSUNG GALAXY A04 markalı telefon üçün 279 (iki yüz yetmiş doqquz) manat olmaqla ondan 253,07 (iki yüz əlli üç manat yeddi qəpik) manat ödənilməmiş hissə, 25,93 (iyirmi beş manat doxsan üç qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 635,.22 (altı yüz otuz beş manat iyirmi iki qəpik) manat (18 ay x 35,29 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********59381 olan HUAWEİ NOVA Y70 markalı telefon üçün 333 (üç yüz otuz üç) manat olmaqla ondan, 302,83 (üç yüz iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 30,17 (otuz manat on yeddi qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1154,88 (min yüz əlli dörd maat səksən səkkiz qəpik) manat (18 ay x 64,16 manat + 0 manat ilkin ödəniş) olan ASUS kompüter, WİNDOWS 11 HOME üçün 562 (beş yüz altmış iki) manat olmaqla ondan 510,34 (beş yüz on manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 51,66 (əlli bir manat altmış altı qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2873,88 (iki min səkkiz yüz yetmiş üç manat səksən səkkiz qəpik) manat (18 ay x 159,66 manat + 0 manat ilkin ödəniş) İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İMEİ kod **********39346 olan İPHONE 13 markalı telefon, VİNİL MAT üçün 2107 (iki min yüz yeddi) manat olmaqla ondan 1915,9 (min doqquz yüz on beş manat doxsan qəpik) manat ödənilməmiş hissə, 191,1 (yüz doxsan bir manat on qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2115,88 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, VİNİL ŞƏFFAF, İMEİ kod **********67137 olan SAMSUNG GALAXY A04 markalı telefon üçün 253,07 (iki yüz əlli üç manat yeddi qəpik) manat ödənilməmiş hissə, 25,93 (iyirmi beş manat doxsan üç qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********59381 olan HUAWEİ NOVA Y70 markalı telefon üçün 302,83 (üç yüz iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 30,17 (otuz manat on yeddi qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ASUS kompüter, WİNDOWS 11 HOME üçün 510,34 (beş yüz on manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 51,66 (əlli bir manat altmış altı qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İMEİ kod **********39346 olan İPHONE 13 markalı telefon, VİNİL MAT üçün 1915,9 (min doqquz yüz on beş manat doxsan qəpik) manat ödənilməmiş hissə, 191,1 (yüz doxsan bir manat on qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 3281 manat borcun, 52,81 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli nisyə alqısatqısına dair müqavilələrindən görünür ki, VİNİL ŞƏFFAF, İMEİ kod **********67137 olan SAMSUNG GALAXY A04 markalı telefon, İMEİ kod **********59381 olan HUAWEİ NOVA Y70 markalı telefon, ASUS kompüter, WİNDOWS 11 HOME, İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İMEİ kod **********39346 olan İPHONE 13 markalı telefon və VİNİL MAT Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təhviltəslim aktlarından görünür ki, VİNİL ŞƏFFAF, İMEİ kod **********67137 olan SAMSUNG GALAXY A04 markalı telefon, İMEİ kod **********59381 olan HUAWEİ NOVA Y70 markalı telefon, ASUS kompüter, WİNDOWS 11 HOME, İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İMEİ kod **********39346 olan İPHONE 13 markalı telefon və VİNİL MAT əşyalar Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə 2982,14 manat ödənilməmiş əsas borc, 298,86 manat cərimə borcu olmaqla, cəmi 3281 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən "xxxx" MMC VİNİL ŞƏFFAF, İMEİ kod **********67137 olan SAMSUNG GALAXY A04 markalı telefon, İMEİ kod **********59381 olan HUAWEİ NOVA Y70 markalı telefon, ASUS kompüter, WİNDOWS 11 HOME, İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İMEİ kod **********39346 olan İPHONE 13 markalı telefon və VİNİL MAT əşyalarını Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə VİNİL ŞƏFFAF, İMEİ kod **********67137 olan SAMSUNG GALAXY A04 markalı telefon, İMEİ kod **********59381 olan HUAWEİ NOVA Y70 markalı telefon, ASUS kompüter, WİNDOWS 11 HOME, İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İMEİ kod **********39346 olan İPHONE 13 markalı telefon və VİNİL MAT əşyalar üçün 2982,14 manat ödənilməmiş əsas borc, 298,86 manat cərimə borcu olmaqla, cəmi 3281 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 298,86 manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, VİNİL ŞƏFFAF, SAMSUNG GALAXY A04 markalı telefon üçün 253,07 (iki yüz əlli üç manat yeddi qəpik) manat ödənilməmiş hissə, 25,93 (iyirmi beş manat doxsan üç qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, HUAWEİ NOVA Y70 markalı telefon üçün 302,83 (üç yüz iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 30,17 (otuz manat on yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ASUS kompüter, WİNDOWS 11 HOME üçün 510,34 (beş yüz on manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 51,66 (əlli bir manat altmış altı qəpik) manat cərimə , xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İPHONE 13 markalı telefon, VİNİL MAT üçün 1915,9 (min doqquz yüz on beş manat doxsan qəpik) manat ödənilməmiş hissə, 191,1 (yüz doxsan bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 3281 (üç min iki yüz səksən bir manat) manat borc və 52,81 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3333,81 (üç min üç yüz otuz üç manat səksən bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, VİNİL ŞƏFFAF, SAMSUNG GALAXY A04 markalı telefon üçün 253,07 (iki yüz əlli üç manat yeddi qəpik) manat ödənilməmiş hissə, 25,93 (iyirmi beş manat doxsan üç qəpik) manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən, HUAWEİ NOVA Y70 markalı telefon üçün 302,83 (üç yüz iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 30,17 (otuz manat on yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ASUS kompüter, WİNDOWS 11 HOME üçün 510,34 (beş yüz on manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 51,66 (əlli bir manat altmış altı qəpik) manat cərimə , xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İPHONE 13 CASE, VİNİL ŞƏFFAF, APPLE ADAPTER, İPHONE 13 markalı telefon, VİNİL MAT üçün 1915,9 (min doqquz yüz on beş manat doxsan qəpik) manat ödənilməmiş hissə, 191,1 (yüz doxsan bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 3281 (üç min iki yüz səksən bir manat) manat borc və 52,81 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3333,81 (üç min üç yüz otuz üç manat səksən bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar