Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4619/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən ümumi sahəsi 862 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və həmin qeyri-yaşayış sahəsinə xx.xx.2007-ci il tarixdə DƏDRX tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən xx.xx.2014-cü ildə icarə müqaviləsi əsasında X4 adlı sahibkara icarəyə verilmiş, xx.xx.2019-cu ildə həmin icarə müqaviləsinə dəyişiklik edilməsi barədə və xx.xx.2020-ci ildə həmin müqavilənin ləğv edilməsi barədə X4 ilə aralarında müqavilələr bağlanmışdır. X4 icarəçi olduğu müddət ərzində cavabdeh "xxxx" ASC ilə müqavilə imzalamış və həmin müqavilə əsasında obyektə 07/75/103 saylı abunə kodu verilməklə sayğac quraşdırılmışdır. İstifadəsində olduğu müddət ərzində sayğac üzrə elektrik enerjisindən istifadəyə görə müəyyən edilmiş məbləğ X4 tərəfindən ödənilmişdir. X4 ilə aralarında bağlanmış icarə müqaviləsinə xitam verildikdən sonra iddiaçı tərəfindən "xxxx" ASC-yə müraciət edilərək obyektə sayğac quraşdırmaq üçün yeni müqavilə bağlanması xahiş edilmişdir. Cavabdeh tərəfindən bundan imtina edilmiş və bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin xx.xx.2002-ci il tarixə 23515,40 manat ödənişi aparılmamış, elektrik enerjisi istifadə edilmişdir. Cavabdeh bununla bağlı hər hansı rəsmi sənəd tərtib edə bilməmiş, sadəcə olaraq 10 dekabr 2021-ci il tarixdə 0199/X-123/9696 saylı məktub vermişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ümumi sahəsi 862,6 kv.m olan qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 23515,40 manat borcun silinməsi, ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ümumi sahəsi 862,6 kv/m olan qeyri-yaşayış sahəsinə elektirik enerjisindən istifadəyə görə müqavilənin İddiaçı adına dəyişdirilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ümumi sahəsi 862,6 kv.m olan qeyri-yaşayış sahəsinə xx.xx.2002-ci il tarixə olan 23.515,40 manat borc pulun İddiaçı tələb edilməsinin cavabdehə qadağan edilməsi, ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ümumi sahəsi 862,6 kv/m olan qeyri-yaşayış sahəsinə elektrik enerjisindən istifadəyə görə müqavilənin İddiaçı adına dəyişdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinə etirazını bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, bildirmişdir ki, hazırki iş üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadədə olan 0,03789 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın zirzəmisi və 1-ci mərtəbəsində 862,6 kv.m ümumi, 574,9 kv.m əsas, 287,7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (“Xəzər” ticarət mərkəzi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 37 saylı reyestr kitabının 3504 nömrəli vərəqində, ********* nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan İddiaçı ilə X6 (X2 əvəzinə) arasında bağlanmış “xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə dəyişiklik haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, tərəflər icarə haqqını 5000 manat müəyyən etmişlər, aylıq icarə haqqının xx.xx.2019-cu il tarixdən başlayaraq hesablanması barədə razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ilə X6 (X2 əvəzinə) arasında bağlanmış “xx.xx.2014-cü il tarixli, 3M-141 reyestr nömrəli icarə müqaviləsinin ləğvi haqqında” xx.xx.2021-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, tərəflər, icarəyə verən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin – icarəçi X3 icarəyə verilməsinə dair xx.xx.2014-cü il tarixdə aralarında bağlanmış 3M-141 reyestr nömrəli icarə müqaviləsini ləğv edirlər və həmin müqavilə və müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər xx.xx.2021-ci il tarixdən ləğv edilmiş hesab olunur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, X3 məxsus ünvan 2 ünvanına dair cəmi 23.515,40 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin məktubundan görünür ki, 07/75/103 kodu altında fəaliyyət göstərən F/Ş X3 aid obyektin 23.515,40 AZN borcu 2003-cü ildən əvvəlki tarixə aiddir. Əsaslandırıcı hissə: Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli Qərarın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan Qərarın 7.6-cı bəndində təsbit olunmuşdur ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Beləliklə iş materiallarından göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadədə olan 0,03789 ha torpaq sahəsində yerləşən 24 nömrəli binanın zirzəmisi və 1ci mərtəbəsində 862,6 kv.m ümumi, 574,9 kv.m əsas, 287,7 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi (“Xəzər” ticarət mərkəzi) tam mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. Sözügedən 23.515,40 manat borc isə əvvəlki dövr, yəni 2003-cü ildən əvvəlki tarixə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, 23.515,40 manat borc pul İddiaçı tələb edilə bilməz. Məhkəmə iddianın “ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ümumi sahəsi 862,6 kv/m olan qeyri-yaşayış sahəsinə elektrik enerjisindən istifadəyə görə müqavilənin İddiaçı adına dəyişdirilməsi” tələbi ilə bağlı qeyd edir ki, iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə, həmçinin cavabdeh nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırki mülki işə iddia müddətinin ötürülməsi ilə bağlı müddəalar şamil edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ümumi sahəsi 862,6 kv.m olan qeyri-yaşayış sahəsinə hesablanmış xx.xx.2002-ci il tarixə olan 23.515,40 (iyirmi üç min beş yüz on beş manat, qırx qəpik) manat borc pulun İddiaçı tələb edilməsi cavabdeh "xxxx" ASC-yə qadağan edilməli, ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ümumi sahəsi 862,6 kv.m olan qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadəyə görə müqavilə İddiaçı adına dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ümumi sahəsi 862,6 kv.m olan qeyri-yaşayış sahəsinə hesablanmış xx.xx.2002-ci il tarixə olan 23.515,40 (iyirmi üç min beş yüz on beş manat, qırx qəpik) manat borc pulun İddiaçı tələb edilməsi cavabdeh "xxxx" ASC-yə qadağan edilsin. ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ümumi sahəsi 862,6 kv.m olan qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadəyə görə müqavilə İddiaçı adına dəyişdirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-4619/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4619/2022
24.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver