Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-465/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X5 və X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı «sığorta ödənişinin verilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı «sığorta ödənişinin verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşının vəfatı ilə bağlı 43.000 manat sığorta ödənişi, 10.492 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 100 manat, mənəvi ziyana görə 5.000 manat, ödənilmiş 266 manat dövlət rüsumu olmaqla, cəmi 58.827 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X6 alğısatqı və ipoteka müqaviləsi ilə xx.xx.2012-ci il tarixli 14-02/003/İK saylı 43.000 manat vəsait ipoteka verilmişdir. Müvafiq məbləğ üzrə «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası» üzrə xx.xx.2012-ci il tarixli, AS № 001927 saylı və «İpoteka predimeti olan əmlakın sığortası» üzrə xx.xx.2012-ci il tarixli, AS № 002131 saylı sığorta şəhadətnamələri imzalanmışdır. Daha sonra sığorta şəhadətnamələrinin qüvvədə olduğu dövr ərzində (xx.xx.2012-xx.xx.2015) mərhum həyat yoldaşı X7 xx.xx.2012-ci ildə sığorta hadisəsinin baş verməsi nəticəsində vəfat etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, baş vermiş sığorta hadisəsi üzrə 43.000 manat sığorta ödənişi ilə bağlı tələbləri qeydiyyata alınmış, lakin sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət ünvanlanmış və müraciətinə xx.xx.2023-cü ildə əlavədəki 3 oktyabr 2023-cü il tarixli, 6-1-26/2-T-6868-0-10262/2023 nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda «Qeyd etməliyik ki, X4 vəfat etməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticəsində faydalanan şəxsə 43.000 manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır.» qeyd olunmuşdur. Daha sonra xx.xx.2023-cü ildə xx/xx- 1025/2023 saylı məktuba əsasən sığorta ödənişinin verilməsinin imkan xaricində olduğu qeyd olunmuşdur. Necə olur ki, MB tərəfindən göndərilən məktubda sığorta ödənişinin həyata keçirilməsinə, daha sonra isə sığorta şirkəti tərəfindən göndərilən məktubda isə sığorta ödənişindən imtina edilir. Qeyd olunan imtinanın isə hər hansı hüquqi və məntiqi əsası yoxdur. Sığorta şirkətinin hegemonluğudur. Sığorta şirkəti şəhadətnamədə sığorta hadisəsi hesab etdiyi riski, qaydalarda hesab olunmadığını bildirir. Halbuki, Azərbayan Respublikası Mülki Məcəlləsinin 899.2-ci bəndinə əsasən bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. Sığorta şəhadətnaməsində sadalanan konkret hal «hər hansı səbəbdən baş vermiş ölüm»dən ibarətdir. Qaydalardan çıxarışa da baxdıqda, sığorta şirkətinin istinad etdiyi məqamla bağlı hər hansı qeyd və ya açıqlama yoxdur. Sığorta şəhadətnaməsi üzrə digər məlumatlar əli ilə yazıldığını nəzərə alsaq, blankların əvvəlcədən çap edilmiş olması sığorta şirkətinin «hər hansı səbəbdən baş vermiş ölüm» hallarına təminat verməsi ilə bağlı iradə ifadəsini sübuta yetirmiş olur. Bu isə o deməkdir ki, sığorta şirkəti məhz verilən kreditlər üzrə xx.xx.2012-ci il tarixə 1926 saylı müqavilə imzalayaraq, «hər hansı səbəbdən baş vermiş ölüm» hallarına təminat vermişdir. Sual yaranır, bəs tələbkar tərəf "xxxx" olsa idi, müvafiq dövrdə sığorta şirkəti bu cılız iddiasını banka qarşı irəli sürülə bilərdimi? Bundan başqa, qanunvericiliyin ana prinsiplərini nəzərə aldıqda, hər hansı hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları vətəndaşın xeyrinə şərh edilir. Müvafiq dövr üzrə təcrübəni ələ aldıqda sadəcə bir həyat sığorta şirkəti fəaliyyət göstərdiyi və həyat sığortası üzrə ölkədə təcrübə formalaşmadığına görə qeyri-həyat sığorta şirkətləri kreditlərin məhz sığorta şirkətinin təqdim etdiyi şəhadətnamələr üzrə həyata keçirirərək, verilən kreditlər üzrə «hər hansı səbəbdən baş vermiş ölüm» hallarına təminat verirdi. Yəni tərəflərin iradə ifadəsinin həqiqi mənası hər hansı səbəbdən baş vermiş ölüm halında kreditin sığorta təminatı altına alınması idi. Daha sonra formalaşan təcrübə də bunun isbatıdır. Bədbəxt hadisə üzrə yaranan zərər isə xəstəlik və əlillik halı üçün nəzərdə tutulurdu. Qeyd etmək istəyir ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Mülki Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Əvvəlki müraciətlərdə təqdim olunan xx.xx.2012-ci il tarixli 14-02/003/İK saylı kredit müqaviləsinin 1.4.3-cü yarımbəndinin tələblərinə əsasən sığorta predmeti borcalanın/borcalanların həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi üzrə sığortası (irəlidə - həyat sığortası). Bu zaman kreditor faydalanan şəxsdir. Daha sonra müqavilənin 6.2-ci bəndinin tələbərinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə əmlak və həyat sığortası müqavilələri borcalanın/borcalanların öhdəliyi tam icra olunanadək qüvvədə olmalıdır. Qeyd olunanlardan açıq şəkildə anlaşılır ki, sığorta təminatı nə üçün tələb olunur və hansı risklər təminat altına alınmalıdır. Azərbaycan Respublikasının Prezidenti, qalib ali baş komandan, Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı, qalib ölkənin və qəhrəman xalqın lideri İlham Əliyev cənablarının tapşırığı və rəşadətli Azərbaycan Ordusunun 24 saat belə tamam olmadan antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd məsələsi də artıq həllini tapsa da, xx.xx.2023-cü ildən etibarən 1 ilə yaxındır ki sığorta şirkəti tərəfindən hələ də sığorta ödənişi həyata keçirilməmiş, ilk olaraq sığorta ödənişinin verilməsinə qərara verilsə də daha sonra qanunsuz və əsassız olaraq imtina edildiyi bildirilmişdir. Bu isə o deməkdir ki, 2020-ci ilin yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə zamanı bildirdiyi fikirlər «Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir.» hələ də öz həllini tapmamışdır. Halbuki Mülki Məcəllənin 934.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməlidir - imperativ normaya əsasən ödəniş artıq bugünədək verilməli idi. Müvafiq Məcəllənin 934.2-ci maddəsinin tələblərinə əsasən isə sığortaçı sığorta ödənişini … sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qeyd etmək istəyir ki, sığortanın məqsədi baş vermə ehtimalı yüksək olan hal üzrə yaranacaq itkilərin qarşısının alınmasıdır. Sığorta şirkəti üzərinə götürdüyü öhdəliyini icra etmir. Cavabdeh tərəfindən sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası» üzrə xx.xx.2012-ci il tarixli, AS № 001927 saylı və «İpoteka predimeti olan əmlakın sığortası» üzrə xx.xx.2012-ci il tarixli, AS № 002131 saylı sığorta şəhadətnamələri imzalanmışdır. Bu isə o deməkdir ki, mərhum həyat yoldaşı ilə cavabdeh arasında hüquqi münasibətlər yaranmış və sığorta haqqı ödənildikdən sonra qüvvəyə minmişdir. Qeyd olunan müqavilənin qüvvəyə minmə faktını ödənişin həyata keçirildiyini təsdiq edən qəbzdir. Qeyd olunan müqavilə üzrə təminat müddəti müqavilədə qeyd olunduğu kimi xx.xx.2012-ci ildə başlamış və xx.xx.2015-ci il başa çatacağı nəzərdə tutulmuşdur. Mərhum həyat yoldaşı sığorta müqaviləsi qüvvədə olarkən vəfat etmişdir. Sığorta hadisəsinin baş verməsi tərəflər arasında mübahisə doğurmur. Baş vermiş sığorta hadisəsi üzrə 43.000 manat sığorta ödənişi həyata keçirilməli idi. Cavabdehə müraciət edilmiş və cavabdeh imtina qərara aldığı barədə məktub göndərmişdir. İddiaçı olaraq cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün sığorta ödənişinin xx.xx.2023-cü il tarixində həyata keçirilməli olduğunu nəzərə alaraq, ödənişin gecikdirildiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması üçün şərtsiz əsas yaradır. İmtinanın olunduğu tarixdən bugünədək 244 gün keçmişdir. Hesablanmış dəbbə pulunun məbləği 10.492 manat təşkil edir. Halbuki cavabdeh əsassız olaraq imtina etməklə hüquqa zidd davranmışdır. Cavabdeh bu qanun normasının da tələblərini pozmuşdur. Belə ki, iddiaçının güvəndiyi rəftara zidd hüququnu həyata keçirmiş, bu isə hüquqdan sui-istifadə halına gətirib çıxarmışdır. Cavabdeh sığorta ödənişinin həyata keçirilməsindən imtina etdiyi üçün müqavilə üzrə sığortalı olaraq məhkəməyə şikayət etmək hüququ yaranmışdır. Hadisə ilə bağlı bir neçə ildir ki, keçirdiyi əsəb stress nəticəsində fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Ağır xəstədir. Bildirir ki, vəkilin göstərdiyi yardıma görə 100 manat ödəniş həyata keçirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qarşı, X16 Məhkəməsinin mövqeyini, Azərbaycan Respublikası qanunvericilik normaları və praktiki presedentləri nəzərə alaraq aşağıdakı hüquqi əsaslarla etiraz edir. Belə ki, qeyd olunan «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası» üzrə xx.xx.2012-ci il tarixli AS № 001927 saylı sığorta şəhadətnaməsi və xx.xx.2012-ci il tarixli 14-02/003/İK saylı kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi üzrə sığortası nəzərdə tutulmuşdur. X1 hər hansı səbəbdən baş vermiş ölüm halına sığorta təminatı verimişdir. Odur ki, aşağıda qeyd olunanları nəzərə alaraq cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsassız və qanunsuz hesab edilməlidir. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.3-cü yarımbəndinin tələblərinə əsasən şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın ... sağlamlığına dəyən zərər hesab edilir. Qanunun analogiyasının könüllü sığorta münasibətlərinə tətbiq etdikdə sığorta olunanın hər hansı səbəbdən baş vermiş ölüm halı və sağlamlıq sığortasına dair ödənişlər, sığorta olunanın həyatına və sağlamlığına vurulan zərər nəticəsində yaranan tələblərin ödənilməsini nəzərdə tutur. Bu növ müqavilələr üzrə sığorta hadisəsi sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində sığortaolanın ölümü ilə əlaqədar sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 887-ci maddəsinin tələblərinə əsasən şəxsi sığortanın obyektləri sığortalının həyatı (hər hansı səbəbdən baş vermiş ölüm halı), sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. Mülki Məcəllənin 889.3-cü bəndinin tələblərinə əsasən sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur. Nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.M.Allahverdiyev və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 01 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, həyatına və sağlamlığına vurulan zərər nəticəsində fiziki şəxs bir tərəfdən həm fiziki həm də mənəvi iztirab, sarsıntı keçirir, digər tərəfdən isə əmlak itkisilə üzləşir. Həyatına və sağlamlığına zərər vurulmuş şəxsin qarşılaşdığı mənfi amillərin müxtəlifliyi və çoxtərəfliliyi nəinki ona, habelə dolayısı ilə onun ailə üzvlərinə, yaxınlarına da sirayət edir. Bu baxımdan mənfi xarakterli halların kompleks şəklində mövcudluğunu nəzərə alaraq qanunverici vurulmuş belə zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddətinin tətbiq edilməməsinə dair imperativ norma da müəyyənləşdirmişdir. Eyni məzmunlu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 499/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının (2(102)-5419/2019 saylı xx.xx.2019-cu il tarixli yekun qərarı ilə iddia müddəti şamil edilməyərək iddia təmin edilmişdir) hüquqi məsələlər başlığının 9-cu abzasında iddia müddətinin tətbiq edilməməsi və 10-cu abzasında isə ölüm halına təminatı nəzərdə tutan sığorta növü ilə bağlı sığorta şirkətlərinə nəzarət funksiyasını həyata keçirən Maliyyə bazarlarına nəzarət palatasının (indiki «Mərkəzi Bank») mövqeyi məhkəmənin mövqeydi ilə eyni (İşin 50-ci vərəqində olan məktubunda Maliyyə Bazarlarına Nəzarət Palatası da sığorta ödənişinin verilməsi ilə bağlı tələblərə iddia müddətinin şamil edilmədiyini göstərmişdir) olmuşdur. Sığorta olunanın vərəsələri tərəfindən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələblələrinə iddia müddətinin şamil edilməməsi öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara və Mülki Məcəllənin 384.0.3-cü maddəsinin tələblərinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələblələrə iddia müddəti şamil edilmir. Bildirir ki, ölüm halı birbaşa əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqələndirilir. Əmək qabiliyyətinin itirilməsi ilə bağlı risklərə dair sığorta müqaviləsi çərçivəsində ölüm halları da təminata daxil edilibsə, sığorta ödənişi həyata keçirilir. Bu təminat, qeyd olunan müqavilədə təsbit olunan risklər siyahısında öz əksini tapmışdır. Bu kimi hallarla bağlı fiziki şəxslərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilməməsi üzrə kifayət qədər məhkəmə təcrübəsi formalaşmışdır. Odur ki, qeyd olunan sığorta şəhadətnaməsi üzrə risklər birbaşa sığorta olunanın həyatına, sağlamlığına və əmək qabiliyyətinə vurulmuş zərərin ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununa əsasən, ipoteka krediti üzrə borcalanın həyatı və ya əmək qabiliyyətinin itirilməsi riski xüsusi əhəmiyyət kəsb edir. Kreditin təminatı üçün borcalanın ölüm və ya qəza nəticəsində əmək qabiliyyətinin itirilməsi halları sığorta təminatına daxil edilir. Bu, ipoteka üzrə borcun qaytarılması ilə bağlı risklərin idarə edilməsinə xidmət edir və bu ipoteka müqaviləsində borcalanın həyatının, sağlamlığının və ya əmək qabiliyyətinin itirilməsi risklərinin nəzərə alınması zəruri mexanizmlərdən biridir. Analoji qaydalar olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 20/4 saylı 16 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası»nda sığorta obyekti sığortalının həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləri nəzərdə tutulur və kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün qayda və şərtlərini müəyyən edir. İpoteka krediti üzrə bağlanmış sığorta müqaviləsinin əsas məqsədi, krediti ödəyə bilməmə risklərindən müdafiə olunmaqdır. Ölüm halı sığorta təminatı daxilindədirsə, bu təminat məhz borcalanın ipoteka öhdəliklərini tamamlamaq üçün tətbiq edilir. Borcalanın ölüm halı, sığorta müqaviləsində nəzərdə tutulan sığorta təminatına əsas verir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, bu ölüm halı sığorta olunanın həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsinə dair tələb kimi qiymətləndirilir və ipoteka öhdəliklərinin icrasını təmin etmək məqsədilə həyata keçirilir. İddia müddətinin tətbiq edilməsi şamil edilən sığorta növləri ilə, əlavə olaraq Mülki Məcəllənin 377.1-ci maddəsi ilə bağlı aşağıdakıları nəzərə çatdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu «bildiyi və ya bilməli olduğu gündən» başlayır. Bu norma hüququ pozulmuş şəxsin hüquqi vəziyyətinin qorunması məqsədilə tətbiq edilir, o cümlədən iddia müddətinin başlanması üçün hüquqi müəyyənlik tələb edir və şəxsin hüquq pozuntusu ilə bağlı məlumatlılığını əsas götürür. Odur ki, sığorta ödənişinin edilməsi ilə bağlı iddia müddəti, sığorta ödənişinin imtina edilməsi və ya sığortaçının tələbini yerinə yetirməməsi barədə bildirişin verildiyi gündən başlayır. Bu, sığorta müqavilələri ilə bağlı ümumi mülki hüquq prinsipidir. Bu müddət sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilməsi barədə bildiriş/məktub verildikdən sonra başladığına görə, Sığorta şirkəti tərəfindən təqdim edilən imtina məktubu iddia müddətinin başlanması üçün əsas təşkil edir. Sığorta ödənişindən imtina qərarının təqdim edilməsi ilə bağlı aşağıdakıları nəzərə çatdırırıq. Mülki Məcəllənin 933.1.1-ci maddəsinə və 934.1-ci maddəsinə əsasən sığorta tələbinin təqdim edilməsi üçün xüsusi müddət müəyyən edilmədiyi halda, sığorta ödənişi üzrə prosedurlar sığortalının tələbinin vaxtında təqdim edilib-edilmədiyinə əsaslanır. Sığortaçı sığorta tələbi üzrə zərər barədə son sənədin daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq ya sığorta ödənişi həyata keçirməli, ya da imtina haqqında yazılı əsaslandırılmış bildiriş təqdim etməlidir. İmperativ normadan da göründüyü kimi cavabdeh sığorta şirkəti tərəfindən bildiriş təqdim olunması öhdəliyi mövcuddur. Odur ki, Sığortaçı sığorta tələbinin daxil olduğu tarixdən sonra sığorta ödənişi ilə bağlı qərar qəbul etməli və ya yazılı şəkildə imtina qərarı təqdim etməlidir. İmtina qərarının təqdim edilməsi hüququ pozulmuş şəxsin hüquqlarını müdafiə etmək üçün əsas şərtdir. Sığorta ödənişindən imtina qərarı Sığortaolunana təqdim edilməlidir. Məhz bu səbəbdən də, hüququn pozulması ilə bağlı məlumatlılıq məhz bu tarixdən başlamalı və iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Əlavə olaraq bildirir ki, iddia müddətinin başlanmasının hüquqi şərtləri yerinə yetirildikdən sonra şəxsin hüuquqları pozulmuş hesab edilməlidir. Sığortalı/sığorta olunan sığorta ödənişindən imtina barədə rəsmi bildiriş aldıqdan sonra iddia müddətinin başlanması üçün tələb olunan əsas şərt olan hüququn pozulması barədə məlumatlı sayılır. «İcbari sığortalar haqqında» Qanunun 22.1.7.-ci bəndinin tələblərinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüquq vardır. Qanunun analogiyasının könüllü sığorta münasibətlərinə tətbiq etdikdə iddiaçının cavabdeh tərəfin imtina qərarını aldıqdan sonra, məhkəməyə müraciət hüququ təmin edilməlidir. Sığorta şirkətinin hərəkətləri nəticəsində iddia müddətinin tətbiqini qeyri-mümkün etməsi ilə bağlı - sığorta şirkəti ilkin olaraq sığorta ödənişi barədə qərar qəbul etmiş və daha sonra imtina qərarı vermişdir. Bu hal iddia müddətinin başlanmasının qeyri-müəyyənliyinə səbəb olmuş olur. Məhkəmə təcrübəsi, presedentlər və hüquqi mülahizələr: Azərbaycan Respublikası Ali Məhkəməsi və digər məhkəmələr tərəfindən verilmiş qərarlarda, sığorta ödənişindən imtina edilməsi barədə qərarın verilməsi ilə iddia müddətinin başlaması barədə müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan məhkəmə təcrübəsinə əsasən, iddia müddətinin başlanması üçün hüquq pozuntusu ilə bağlı məlumatın əldə edilməsi mühüm şərt kimi tanınır. İddia müddətinin başlanması yalnız hüquq pozuntusu barədə məlumat əldə edildiyi tarixdən hesablanmalıdır. Əgər cavabdeh tərəf məlumatlandırma öhdəliyini yerinə yetirməyibsə və ya gecikdiribsə, iddia müddətinin tətbiqi qanunsuz hesab olunur. Azərbaycan məhkəmələrinin tətbiq etdiyi presedent qərarlar təsdiqləyir ki, hüquq pozuntusu ilə bağlı məlumatın əldə edilmədiyi və ya hüquq pozuntusunun təsdiqlənmədiyi hallarda iddia müddəti tətbiq edilə bilməz. Beynəlxalq və X16 Məhkəməsinin təcrübəsi, Hüquqi müəyyənlik prinsipi barədə qeyd edir ki, X16 Məhkəməsinin (AİHM) qərarlarında hüquqi müəyyənlik prinsipi mühüm yer tutur. Bu prinsipə əsasən: Şəxs öz hüquqlarını müdafiə etmək üçün vaxtında və əsaslı şəkildə məlumatlandırılmalıdır. Hüquq pozuntusu barədə məlumatın əldə edilmədiyi və ya gecikdirildiyi hallar iddia müddətinin başlanmasını gecikdirir. Avropa İnsan Hüquqları Məhkəməsi, sığorta ödənişləri ilə bağlı oxşar hallarda, iddia müddətinin başlanmasının yalnız sığorta ödənişindən imtina edildikdən sonra başladığını təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları bu prinsipin beynəlxalq hüquq və təcrübə səviyyəsində tətbiqinin vacibliyini vurğulayır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: «Rotaru Rumıniyaya qarşı» işi (2000-ci il): Hüquq pozuntusu barədə məlumat əldə edilmədiyi hallarda iddia müddətinin tətbiqi şəxsin ədalətli müdafiə hüququnu pozmuş hesab edilir. «Fadeyeva Rusiyaya qarşı» işi (2005-ci il): Məhkəmə qeyd edir ki, yazılı qərarın təqdim edilməsi hüquqi müdafiə üçün zəruri bir şərtdir və belə qərar təqdim edilməyibsə, iddia müddətinin başlanması qeyri-qanuni hesab olunur. Sığorta ehtiyatlarının formalaşdırılması üzrə Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları barədə qeyd edir ki, bu Qayda «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 81.8-ci maddəsinə və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsi, etibarlılığı, investisiyaya yönəldilməsi, rentabelliyi, likvidliyi, tərkibi və digər keyfiyyət meyarları nəzərə alınmaqla, sığorta ehtiyatlarının tərkibini, formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması qaydalarını, həmçinin katastrofik risklərin meyarlarını tənzimləyən qaydalarına əsasən: Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları sığortaçının zərərlərə dair ehtiyat formalaşdırmaq öhdəliyini təsbit edir, sığorta ehtiyatlarının formalaşdırılmasını tənzimləyən normativlərə əsasən, sığortaçı baş vermiş hadisələrlə bağlı ehtiyat formalaşdırmaq öhdəliyini daşıyır. Bu öhdəlik sığorta hadisəsi barədə bildiriş daxil olmasa belə, sığortaçının ehtiyat yaratmaq məsuliyyətini nəzərdə tutur. Belə ki, müvafiq qaydaların aşağıdakı normalarına əsasən: 3.1.3.1. Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE): Sığortaçı sığorta hadisəsi baş verdiyi halda, bu hadisə barədə məlumat daxil olmasa belə, hadisəyə dair ehtiyat formalaşdırmalıdır. BVBZE-nin mövcudluğu zərərin bildirişin gecikməsindən asılı olmayaraq tanınmasını təmin edir. 3.1.3.2. Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı (BTZE): Sığortaçıya bildirildikdən sonra tənzimlənməmiş zərərlər üçün ayrıca ehtiyat formalaşdırılmalıdır. Sığorta şirkətləri zərər barədə məlumat alsalar da, hələ tənzimlənməmiş iddialar üzrə maliyyə öhdəliklərini nəzərə almalıdır. Bu ehtiyatlar hüquqi qeyri-müəyyənliklərin və ya prosedur gecikmələrinin zərərin tanınmasına təsir etməsinin qarşısını alır. Bu meyarlar, sığortaçının həm hadisə bildirilməzdən əvvəl, həm də bildirildikdən sonra zərərlərin tənzimlənməsinə hazır olmaq məsuliyyətini ortaya qoyur. Yuxarıda qeyd olunanlar əsasən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki cavabdeh iddianı qəbul etmir və hesab edir ki, iddia tələbi əsassızdır, rədd edilməlidir. X7 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyi arasında İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyətinin itirilməsi riskinin sığortası növü ilə bağlı xx.xx.2012-ci il tarixli, AS 01927 saylı sığorta şəhadətnaməsi (müqaviləsi) bağlanmışdır. Sığortalı X7 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. X2 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyi arasında ipoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyətinin itirilməsi riskinin sığortası növü ilə bağlı xx.xx.2012-ci il tarixli AS 01927 saylı sığorta şəhadətnaməsi (müqaviləsi) bağlanmışdır. Həmin müqavilədə də qeyd olunduğu kimi Şirkətin 12 noyabr 2009-cu il tarixində təsdiq edilmiş «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası Qaydaları» müqavilə üzrə münasibətləri tənzimlədiyi bildirilmişdir. Qaydaların 4-cü bəndinə əsasən ölümün hər hansı bədbəxt hadisə nəticəsində baş verməsi sığorta hadisəsi hesab olunur. Qaydalarda bədbəxt hadisə dedikdə, sığorta təminatının qüvvədə olduğu müddət ərzində Sığorta olunanın iradəsindən asılı olmayan, onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən gözlənilməyən xarici faktorların (fiziki, kimyəvi, texniki və s.) təsadüfi təsiri, o cümlədən Sığorta olunanın sərnişin kimi hərəkət etdiyi yerüstü, su və hava nəqliyyatı vasitəsinin qəzaya uğraması başa düşülür. Təqdim edilən xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədə X4 ölüm səbəbi olaraq mədəcik fibrilyasiyası qeyd edilmişdir. Bu isə müvafiq Qaydalara əsasən bədbəxt hadisə hesab edilmir və sığorta təminatına aid edilmir. Ümumiyyətlə, bu sığorta növü fərdi qəza sığortası ilə yanaşı bədbəxt hadisələrin sığortası da adlanır. Bu sığorta növündə xarici təsirlər nəticəsində baş vermiş bədbəxt hadisələr sığortalanır. Açıq internet resurslarında yerləşdirilmiş müxtəlif sığorta şirkətlərinin fərdi qəza sığortası qaydaları ilə tanış olmaq bu fikrin təsdiqlənməsinə kifayət edir. Məsələn, "xxxx" ASC-nin «Fərdi qəza sığortası» qaydalarının 2-ci bəndində qeyd olunur fərdi qəza (bədbəxt hadisə) - şəxs üzərində xarici fiziki təsirlərlə bağlı olan, onun həyat və sağlamlığına ziyan vuran qəfil, öncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) hadisədir. Həmin Qaydaların 6.1.12 və 6.1.15-ci bəndlərinə nəzər yetirsək görərik ki, bu sığorta növündə ürəkkeçmələr (tutmalar) və bütün növ xəstəliklərə təminat verilmir. Həmçinin, "xxxx" ASC-nin «Fərdi qəza sığortası» Qaydalarına əsasən fərdi qəza (bədbəxt hadisə) - müəyyən zaman zərfində və yerdə zorakı, ani və kontrol altında olmayan xarici təsirin (partlayış; elektrik cərəyanın təsiri; ildırım vurması; cinayətkarların və ya heyvanların hücumu; sığorta olunanın üzərinə əşyaların düşməsi; sığorta olunanın yıxılması; nəfəs yollarına yad cismin düşməsi; zəhərli bitkilərlə və göbəlrlə, kimyəvi maddələrlə, dərmanlarla, zəhərli qazlarla kəskin zəhərlənmə; qida toksikoinfeksiyası; nəqliyyat vasitələrinin hərəkəti və ya qəzası; hərəkət edən mexanizrnlərdən, silahdan və hər cür alətlərdən istifadə; kimyəvi maddələrin təsiri; heyvanlarn və ya həşəratlarn dişləməsi, qapması, sancması və s.) nəticəsində baş verən və bdən üzvlərinin və əzələ toxumalarının zədələnməsi və ya qeyri-iradi (özündən aslı olmayan) ölümü şəklində sığorta olunanın səhhətinə zərər vuran qeyri-adi, gözlənilməyən və nəzərə çarpan hadisə. Bundan başqa, "xxxx" ASC-nin «Fərdi qəza sığortası» Qaydalarının 3.1-ci bəndinə əsasən bu sığorta növündə bədbəxt hadisə dedikdə, sığortalının (sığorta olunanın) iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran və ya onun ölümü ilə nəticələnən qəfil, öncədən gözlənilməyən, təsadüfi və xarici təsirli hadisə başa düşülür. Əlavə bir çox nümunə qeyd etmək mümkündür. Ümumiyyətlə sığorta sahəsinin bu növündə xarici təsirlər nəticəsində baş verən bədbəxt hadisələr sığortalanır. İddiaçı şəhadətnamədə qeyd olunduğunu iddia etdiyi istənilən səbəbdən ölüm halı müəddəasına istinad edərək, baş vermiş hadisənin sığorta hadisəsi olduğunu iddia edir. Qeyd olunmalıdır ki, həmin sığorta növündə Şirkət tərəfindən buraxılmış bütün sığorta şəhadətnamələrində iddiaçının iddia etdiyi formada bənd olmamışdır. Həmin bənd hər hansı səbəbdən baş vermiş ölüm kimi yox, bədbəxt hadisə nəticəsində baş vermiş ölüm kimi qeyd edilir. Sığorta şəhadətnamələrində həmin hissə eynilə Qaydalarda olduğu kimi göstərilir. Bu səbəbdən sığorta şəhadətnaməsinin əslinin məhkəməyə təqdim edilməsi zəruridir. İddiaçı iddiasının əsasını təşkil edən halı təsdiq edən şəhadətnamənin əslini təqdim etməlidir. İddiaçının surətini təqdim etdiyi şəhadətnamədə qeyd olunur ki, Qaydalara müvafiq olaraq göstərilənlər sığorta hadisəsi hesab olunur: ölüm - hər hansı səbəbdən baş vermiş. Ümumiyyətlə iddiaçının iddia etdiyi halda şəhadətnamə qəbul edilsə belə qeyd olunan bənddən aydın olur ki, qaydalara müvafiq baş vermiş hər-hansı səbəbdən ölüm sığorta hadisəsi hesab olunur. Qaydalarda isə baş vermiş hadisənin bədbəxt hadisə nəticəsində olması impertiv norma kimi müəyyən edilmişdir. Bəli qaydalara müvafiq olaraq hər-hansı səbəbdən (yanğın, ildırım vurması, yol-nəqliyyat hadisəsi və s.) ölüm sığorta hadisəsi hesab olunur. Lakin, hazırki işdə baş vermiş hadisə Qaydalara müvafiq olaraq sığorta hadisəsi hesab edilmir. Təqdim edilən sənədləri və Şirkətin 12 noyabr 2009-cu il tarixində təsdiq edilmiş «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası» Qaydalarını əsas tutaraq yekunda bildirilmişdir ki, X4 ölümü Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədiyindən qeyd olunmuş hadisə ilə bağlı sığorta ödənişinin verilməsi imkan xaricindədir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hazırki mübahisə predmeti üzrə öhdəlikləri AS № 001927 saylı xx.xx.2012-ci il tarixli müqavilə ilə yaranmışdır. Ölüm faktı xx.xx.2012-ci il tarixində baş vermişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hadisənin baş verməsindən 12 ildən çox vaxt keçməsini nəzərə alsaq Mülki Məcəllənin 373-cü maddəsində qeyd olunan iddia müddətləri ötürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, digər nümayəndə E.Cəfərlinin izahatına uyğun izahat verdi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olsa da, iddia müddəti ötürüldüyündən təmin edilə bilməz. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 13 fevral 2012-ci il tarixli qəbzdən görünür ki, X7 tərəfindən 22.000 manat ipoteka krediti üçün ilkin ödəniş edilmişdir. - 14 fevral 2012-ci il tarixli AƏN seriyalı mədaxil qəbzindən görünür ki, X7 tərəfindən 001927 saylı sığorta şəhadətnaməsi üzrə 361,20 manat sığorta haqqı ödənilmişdir. - 14 fevral 2012-ci il tarixli AƏN seriyalı mədaxil qəbzindən görünür ki, X7 tərəfindən 002131 saylı sığorta şəhadətnaməsi üzrə 361,20 manat sığorta haqqı ödənilmişdir. - 14 fevral 2012-ci il tarixli AS seriyalı 001927 saylı sığorta şəhadətnaməsindən görünür ki, X7 ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında sığorta müqaviləsi bağlanmış, sığorta məbləği 43.000 manat təşkil etmiş, digər şərtlər qeyd olunmaqla, sığortalıya ipoteka krediti üzrə borc alanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası şəhadətnaməsi təqdim edilmişdir. - 14 fevral 2012-ci il tarixli 14-02/003/İK saylı kredit müqaviləsindən görünür ki, X7 ilə "xxxx" ASC arasında 132 ay müddətinə illik 8 faiz ödənilməsi şərti ilə 43.000 manat kreditin verilməsinə dair müqavilə bağlanmışdır. - 14 fevral 2012-ci il tarixli 14-02/003/İK saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə alıcı-ipoteka qoyan X7 və satıcı "xxxx" MMC arasında Naxçıvan şəhəri Qoçüstü məhəlləsində yerləşən ipoteka predmetinin 65.000 manata alğı-satqı edilməsi və verilmiş kreditin təminatı kimi ipotekaya qoyulması barədə müqavilə bağlanmışdır. - xx.xx.2012-ci il tarixli 051100 saylı kasa tahsilat fişindən (Niyazi Palaslıoğlu tərəfindən imzalanması göstərilən) görünür ki, X9 tərəfindən 65.000 manat ödəniş edilmişdir. - 07 mart 2012-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Naxçıvan şəhəri Qoçüstü məhəlləsində mülkiyyətdə olan 1,672 ha torpaq sahəsində yerləşən 5 (A bloku) nömrəli, 10 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində, 148,08 m2 ümumi, 94,29 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı, 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 12/8 nömrəli reyestr kitabının 1566 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 493282 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində mədəcik fibrilyasiyasından vəfat etmişdir. Bu barədə Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 345 saylı akt qeydi aparılmışdır. - Naxçıvan şəhəri 2-ci dövlət notariat kontoru tərəfindən verilmiş 02 iyul 2013-cü il tarixli 2/V-01-104 reyest nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 vərəsəsidir. - Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş AS seriyalı 002131 saylı sığorta haqqında şəhadətnamədən görünür ki, X6 ipoteka predmeti olan əmlakın (Naxçıvan şəhəri N.Qəhrəmanov küçəsi 1/5) sığortası haqqında şəhadətnamə təqdim olunmuşdur. - 20 may 2013-cü il tarixli 451 saylı qəbzdən görünür ki, Rahim Səfərov tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. - 19 iyun 2013-cü il tarixli 93 saylı qəbzdən görünür ki, Rahim Səfərov tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. - "xxxx" ASC-nin 23 noyabr 2023-cü il tarixli 20xx/xx/12998 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 16 noyabr 2023-cü il tarixli 05/3558 saylı müraciətinə cavab olaraq X7 ilə bank arasında bağlanmış 14 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər 07 mart 2018-ci il tarixdə tam icra olunmuşdur. Qeyd edilən müqavilə üzrə bankın hazırda hər hansı tələb hüququ mövcud olmadığından müraciətdə nəzərdə tutulan sığorta hadisəsi üzrə sığorta ödənişinin sığorta qanunvericiliyi çərçivəsində ödənilməsinə bank tərəfindən etiraz edilmir. - "xxxx" ASC-nin 08 avqust 2023-cü il tarixli 619 saylı arayışından görünür ki, X4 43.000 manat məbləğində kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır, müştərinin banka cari tarixə aktiv öhdəliyi yoxdur. - Vəkil xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, o, nümayəndəsi olduğu İddiaçı adından Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, iddianın predmeti olan sığorta ödənişinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. - Vəkil xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, nümayəndəsi olduğu İddiaçı adından Azərbaycan Respublikası Mərkəzi Bankına (surəti digər instansiyalara ünvanlanmaqla) müraciət edərək, iddianın predmeti olan sığorta ödənişinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 29 sentyabr 2023cü il tarixli SŞ000270/2-248/2023 saylı məktubundan görünür ki, İddiaçı nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı müraciət məktubu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə yönləndirilmiş, Şirkət tərəfindən aidiyyəti üzrə qeydiyyata alınmış və baxılmışdır. Nəzərə çatdırılmışdır ki, X2 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş agentliyi arasında ipoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyətinin itirilməsi riskinin sığortası növü ilə bağlı xx.xx.2012-ci il tarixli, AS 01927 saylı sığorta şəhadətnaməsi (müqaviləsi) bağlanmış və müqaviləyə əsasən faydalanan şəxs X7 göstərilmişdir. Bildirilmişdir ki, X7 xx.xx.2012-ci ildə vəfat etmiş, sığorta ödənişinin alınması ilə bağlı şəxsin qanun üzrə vərəsəsi Şirkətə müraciət etmişdir. Müraciət əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılma aparılmış, yekunda sığorta ödənişinin verilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən faydalanan şəxs tərəfindən müvafiq bank hesabı təqdim edildiyi təqdirdə 43.000 manat məbləğində sığorta ödənişi veriləcəkdir. - Azərbaycan Respublikası Mərkəzi Bankının 03 oktyabr 2023-cü il tarixli 6-1-26/2- T-6868-0-10262/2023 saylı məktubundan görünür ki, Vəkil xx.xx.2023-cü il tarixli müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankında baxılmışdır. Bildirilmişdir ki, X2 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyi arasında «ipoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası» növündə xx.xx.2012-ci il tarixli AS-01927 saylı sığorta şəhadətnaməsi bağlanmış və müqavilənin şərtlərinə görə faydalanan şəxs qismində X7 qeyd edilmişdir. Qeyd olunmalıdır ki, X4 vəfat etməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticəsində faydalanan şəxsə 43.000 manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır. Eyni zamanda, Mərkəzi Bank tərəfindən Vəkillə telefon vasitəsilə (+**********11) əlaqə saxlanılmış və sonuncu bildirmişdir ki, müraciətdə qeyd edilmiş məsələ artıq həll olunmuşdur. Əlavə olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə görə bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 15 dekabr 2023cü il tarixli GS/07-1025/2023 saylı məktubundan görünür ki, İddiaçı nümayəndəsi Vəkil Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı müraciət məktubu üzrə əlavə araşdırma aparılmışdır. Nəzərə çatdırılmışdır ki, X2 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş agentliyi arasında İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyətinin itirilməsi riskinin sığortası növü ilə bağlı xx.xx.2012-ci il tarixli, AS 01927 saylı sığorta şəhadətnaməsi (müqaviləsi) bağlanmışdır. Həmin müqavilədə də qeyd olunduğu kimi Şirkətin 09 noyabr 2009-cu il tarixində təsdiq edilmiş «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası Qaydaları» müqavilə üzrə münasibətləri tənzimlədiyi bildirilmişdir. Qaydaların 4-cü bəndinə əsasən ölümün hər hansı bədbəxt hadisə nəticəsində baş verməsi sığorta hadisəsi hesab olunur. Qaydalarda bədbəxt hadisə dedikdə sığorta təminatının qüvvədə olduğu müddət ərzində Sığorta olunanın iradəsindən asılı olmayan, onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən gözlənilməyən xarici faktorların (fiziki, kimyəvi, texniki və s.) təsadüfi təsiri, o cümlədən Sığorta olunanın sərnişin kimi hərəkət etdiyi yerüstü, su və hava nəqliyyatı vasitəsinin qəzaya uğraması başa düşülür. Təqdim edilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədə X4 ölüm səbəbi olaraq mədəcik fibrilyasiyası qeyd edilmişdir. Təqdim edilmiş sənədləri və Qaydaları əsas tutaraq yekunda bildirilmişdir ki, X4 ölümü Qaydaya əsasən sığorta hadisəsi hesab edilmədiyindən qeyd olunmuş hadisə ilə bağlı sığorta ödənişinin verilməsi imkan xaricindədir. - Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 266 manat dövlət rüsumu ödənilmişdir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən: - 1.1.6. faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs; - 1.1.19. sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; - 1.1.20. sığorta tələbi—sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; - 1.1.21. sığorta ödənişi—sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyas Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. - 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. - 883-cü maddəsində əsasən, sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. - 884.3-cü maddəsinə əsasən, sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. - 884.5-ci maddəsinə görə isə sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. - 887-ci maddəsinin tələblərinə əsasən şəxsi sığortanın obyektləri sığortalının həyatı (hər hansı səbəbdən baş vermiş ölüm halı), sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. - 889.1-ci maddəsinə görə sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. - 889.2-ci maddəsinə görə sığorta marağının mövcudluğu qanunvericiliklə və ya qanunvericiliyə uyğun olaraq bağlanmış mülki-hüquqi müqavilə ilə tanınır. Sığortalı ilə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. - 889.3-cü bəndinin tələblərinə əsasən sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur. - 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 935.1.8-ci maddəsinə görə zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığorta ödənişindən imtinaya əsas verir. - 934.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməlidir - imperativ normaya əsasən ödəniş artıq bugünədək verilməli idi. - 934.2-ci maddəsinin tələblərinə əsasən isə sığortaçı sığorta ödənişini … sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İşin araşdırılmış hallarından məlum olur ki, X6 alğı-satqı və ipoteka müqaviləsi ilə xx.xx.2012-ci il tarixli 14-02/003/İK saylı 43.000 manat vəsait ipoteka verilmişdir. Müvafiq məbləğ üzrə X7 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyi arasında «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası» üzrə xx.xx.2012-ci il tarixli, AS № 001927 saylı və «İpoteka predimeti olan əmlakın sığortası» üzrə xx.xx.2012-ci il tarixli, AS № 002131 saylı sığorta şəhadətnamələri imzalanmışdır. Müqaviləyə əsasən 12 noyabr 2009-cu il tarixində təsdiq edilmiş «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası Qaydaları» müqavilə üzrə münasibətləri tənzimlədiyi bildirilmiş və faydalanan şəxs X10 göstərilmişdir. İş materiallarından göründüyü kimi sığorta şəhadətnamələrinin qüvvədə olduğu dövr ərzində (xx.xx.2012-xx.xx.2015) iddiaçının mərhum həyat yoldaşı X7 xx.xx.2012-ci ildə vəfat etmişdir. İşin halları ilə həmçinin müəyyən edilir ki, sığorta ödənişinin alınması ilə bağlı X4 qanun üzrə vərəsəsinin Şirkətə müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 29 sentyabr 2023-cü il tarixli SŞ000270/2-248/2023 saylı məktubundan göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılma aparılmış və sığorta ödənişinin verilməsi qərara alınmış və göstərilmişdir ki, faydalanan şəxs tərəfindən müvafiq bank hesabı təqdim edildiyi təqdirdə 43.000 manat məbləğində sığorta ödənişi veriləcəkdir. Lakin sonradan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 15 dekabr 2023-cü il tarixli GS/07-1025/2023 saylı məktubu ilə X4 ölüm səbəbi olaraq mədəcik fibrilyasiyası qeyd edildiyi və onun ölümü «İpoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortası Qaydaları»na əsasən sığorta hadisəsi hesab edilmədiyindən qeyd olunmuş hadisə ilə bağlı sığorta ödənişinin verilməsinin imkan xaricində olması göstərilmişdir. Sözügedən «Qaydalar»ın 4-cü bəndinə əsasən ölümün hər hansı bədbəxt hadisə nəticəsində baş verməsi sığorta hadisəsi hesab olunur. Cavabdeh tərəfin mövqeyinə əsasən həmin bənd hər hansı səbəbdən baş vermiş ölüm kimi yox, bədbəxt hadisə nəticəsində baş vermiş ölüm kimi qeyd edilmiş və sığorta şəhadətnamələrində həmin hissə eynilə Qaydalarda olduğu kimi göstərilmişdir. Başqa sözlə, «Qaydalar»a müvafiq baş vermiş hər-hansı səbəbdən ölüm sığorta hadisəsi hesab olunur. «Qaydalar»da isə baş vermiş hadisənin bədbəxt hadisə nəticəsində olması impertiv norma kimi müəyyən edilməmişdir. Sözügedən «Qaydalar»da bədbəxt hadisə dedikdə sığorta təminatının qüvvədə olduğu müddət ərzində Sığorta olunanın iradəsindən asılı olmayan, onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən gözlənilməyən xarici faktorların (fiziki, kimyəvi, texniki və s.) təsadüfi təsiri, o cümlədən Sığorta olunanın sərnişin kimi hərəkət etdiyi yerüstü, su və hava nəqliyyatı vasitəsinin qəzaya uğraması başa düşülür. Lakin məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununa əsasən, ipoteka krediti üzrə borcalanın həyatı və ya əmək qabiliyyətinin itirilməsi riski xüsusi əhəmiyyət kəsb edir. Kreditin təminatı üçün borcalanın ölüm və ya qəza nəticəsində əmək qabiliyyətinin itirilməsi halları sığorta təminatına daxil edilir. Bu, ipoteka üzrə borcun qaytarılması ilə bağlı risklərin idarə edilməsinə xidmət edir və bu ipoteka müqaviləsində borcalanın həyatının, sağlamlığının və ya əmək qabiliyyətinin itirilməsi risklərinin nəzərə alınması zəruri mexanizmlərdən biridir. Analoji qaydalar olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 20/4 saylı 16 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası»nda sığorta obyekti sığortalının həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləri nəzərdə tutulur və kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün qayda və şərtlərini müəyyən edir. İpoteka krediti üzrə bağlanmış sığorta müqaviləsinin əsas məqsədi, krediti ödəyə bilməmə risklərindən müdafiə olunmaqdır. Ölüm halı sığorta təminatı daxilindədirsə, bu təminat məhz borcalanın ipoteka öhdəliklərini tamamlamaq üçün tətbiq edilir. Borcalanın ölüm halı, sığorta müqaviləsində nəzərdə tutulan sığorta təminatına əsas verir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, bu ölüm halı sığorta olunanın həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsinə dair tələb kimi qiymətləndirilir və ipoteka öhdəliklərinin icrasını təmin etmək məqsədilə həyata keçirilir. xx.xx.2012-ci il tarixli 14-02/003/İK saylı kredit müqaviləsinin 1.4.3-cü yarımbəndinin tələblərinə əsasən sığorta predmeti borcalanın/borcalanların həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi üzrə sığortası üzrə kreditor faydalanan şəxsdir. Daha sonra müqavilənin 6.2-ci bəndinin tələbərinə əsasən bu müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə əmlak və həyat sığortası müqavilələri borcalanın/borcalanların öhdəliyi tam icra olunanadək qüvvədə olmalıdır. Qeyd olunanlardan açıq şəkildə anlaşılır ki, sığorta təminatı nə üçün tələb olunur və hansı risklər təminat altına alınmalıdır. Müqavilə üzrə təminat müddəti müqavilədə qeyd olunduğu kimi xx.xx.2012-ci ildə başlamış və xx.xx.2015-ci il başa çatacağı nəzərdə tutulmuş və iddiaçının mərhum həyat yoldaşı sığorta müqaviləsi qüvvədə olarkən vəfat etməsi ilə hazırda Sığorta hadisəsinin baş verməsi tərəflər arasında mübahisə doğursa da, məhkəmə hesab edir ki, bu hal məhz sığorta hadisəsi olduğu üçün cavabdeh tərəfindən X4 vəfat etməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticəsində faydalanan şəxsə 43.000 manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmış, daha sonra isə əsassız olaraq əlavə aparılmış araşdırmaya istinad edilərək X4 ölümü Qaydaya əsasən sığorta hadisəsi hesab edilmədiyindən qeyd olunmuş hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Halbuki, Sığorta şəhadətnaməsində sadalanan konkret hal «hər hansı səbəbdən baş vermiş ölüm»dən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum həyat yoldaşının vəfatı ilə bağlı sığorta ödənişi barədə iddia irəli sürməsinin hüquqi əsaslarının mövcud olması nəzərə alınaraq, ona tələbi üzrə sığorta ödənişi həyata keçirilməli idi. Lakin məhkəmə eyni zamanda hesab edir ki, işin faktiki hallarından görünür ki, iddia tələbi sığorta ödənişinin verilməli olması hissəsində əsaslı olsa da, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. - 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Məhkəmə iddiaçı tərəfin hazırki mübahisəyə iddia müddətinin şamil edilməməsinə dair dəlillərini əsassız sayır və hesab edir ki, X4 xx.xx.2012-ci ildə ölümü ilə hadisənin baş verməsindən 10 ildən çox vaxt keçməsi nəzərə alınmaqla iddiaçı tərəfindən sığorta ödənişi ilə bağlı Mülki Məcəllənin 373-cü maddəsində qeyd olunan iddia müddətləri ötürülmüşdür. Məhkəmə göstərilən nəticəyə gələrkən bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini də nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, əsaslı olmasına baxmayaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı «sığorta ödənişinin verilməsi və s.» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 266 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı «sığorta ödənişinin verilməsi və s.» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 266 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-465/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-465/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver