Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4751/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrinə əsasən ZƏMANƏT + 1 İL xidməti, SAMSUNG TV, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, ACER ASPİRE A315 komputer, ZƏMANƏT + 1 İL xidməti, ASUS VİVOBOOK 17 komputer, PLAYSTATİON 5 , ZƏMANƏT + 2 İL XİDMƏTİ, İMEİ KODU 47830/K3SW00053 XİAOMİ PAD 6 markalı planşet, BEBEK NEVRESİM TAKİMİ - TEKSTİL, BEBEK UYKUSETİ – TEKSTİL almış və nəticədə 4951.27(dörd min doqquz yüz əlli bir manat, 27 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2349.12(iki min üç yüz qırx doqquz manat, 12 qəp) manat (24 ay x 97.88 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 İL xidməti, SAMSUNG TV üçün ümumilikdə 1722.27 (min yeddi yüz iyirmi iki manat,27 qəpik) manat olmaqla ondan, 1565.70 (min beş yüz altmış beş mant, 70 qəp) manat ödənilməmiş hissə, 156.57(yüz əlli altı manat, 57 qəp) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2118.56(iki min yüz on səkkiz manat, 56 qəp) manat (18 ay x 89.92 manat + 500 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, ACER ASPİRE A315 komputeürçün 1116.97 (min yüz on altı manat, 97 qəpik) manat olmaqla ondan, 1015.43 (min on beş manat, 43 qəpik) manat ödənilməmiş hissə, 101.54 (yüz bir manat, 54 qəp) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2421 (iki min dörd yüz iyirmi bir) manat (24 ay x 97.75 manat + 75 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 İL xidməti, ASUS VİVOBOOK 17 komputerüçün 844.58 (səkkiz yüz qırx dörd manat, 58 qəpik) manat olmaqla ondan 767.80 (yeddi yüz altmış yeddi manat, 80 qəp) manat ödənilməmiş hissə, 76.78 (yetmiş altı manat, 78 qəp) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1464(min dörd yüz altmış dörd) manat (12 ay x 92 manat + 360 manat ilkin ödəniş) PLAYSTATİON 5 üçün 708.40 (yeddi yüz səkkiz manat, 40 qəpik) manat olmaqla ondan 644(altı yüz qırx dörd) manat ödənilməmiş hissə, 64.40 (altmış dörd manat, 40 qəp) manat cərimə pulu miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1075.95 (min yetmiş beş manat, 95 qəpik) manat (15 ay x 71.73 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İL XİDMƏTİ, İMEİ KODU 47830/K3SW00053 XİAOMİ PAD 6 markalı planüşçeütn 473.33 (dörd yüz yetmiş üç manat, 33 qəpik) manat olmaqla ondan, 430.30 (dörd yüz otuz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 43.03 (qırx üç manat, 03 qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 234 (iki yüz otuz dörd) manat (18 ay x 13 manat + 0 manat ilkin ödəniş) olan BEBEK NEVRESİM TAKİMİ - TEKSTİL, BEBEK UYKU SETİ - TEKSTİL üçün 85.71(səksən beş manat, 71 qəpik) manat olmaqla ondan, 77.92 (yetmiş yeddi manat, 92 qəpik) manat ödənilməmiş hissə, 7.79 (yeddi manat, 79 qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən QİZİL ZƏMANƏT ULTRA3 İL xidmətindən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 400 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 703.13 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 400 manat, ümumilikdə, 1103.13 manat təşkil edir. İddiaçının tələbi: -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, ZƏMANƏT + 1 İL xidməti, SAMSUNG TV üçün 1565.70 (min beş yüz altmış beş mant, 70 qəp) manat ödənilməmiş hissə, 156.57(yüz əlli altı manat, 57 qəp) manat cərimə; -xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, ACER ASPİRE A315 komputerüçün 1015.43 (min on beş manat, 43 qəpik) manat ödənilməmiş hissə, 101.54 (yüz bir manat, 54 qəp) manat cərimə; -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, ZƏMANƏT + 1 İL xidməti, ASUS VİVOBOOK 17 komputer üçün 767.80 (yeddi yüz altmış yeddi manat, 80 qəp) manat ödənilməmiş hissə, 76.78 (yetmiş altı manat, 78 qəp) manat cərimə pulu; -xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5 üçün 644(altı yüz qırx dörd) manat ödənilməmiş hissə, 64.40 (altmış dörd manat, 40 qəp) manat cərimə -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, ZƏMANƏT + 2 İL XİDMƏTİ, XİAOMİ PAD 6 markalı planşet üçün, 430.30 (dörd yüz otuz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 43.03 (qırx üç manat, 03 qəpik) manat cərimə -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, BEBEK NEVRESİM TAKİMİ - TEKSTİL, BEBEK UYKU SETİ – TEKSTİL üçün 77.92 (yetmiş yeddi manat, 92 qəpik) manat ödənilməmiş hissə, 7.79 (yeddi manat, 79 qəpik) manat cərimə Ümumilikdə 4951.27 manat borc və 69.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazı: Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023ci il tarixli 02106323 saylı müqaviləyə əsasən, sonuncu alqı-satqı qiyməti 2349.12(iki min üç yüz qırx doqquz manat, 12 qəp) manat (24 ay x 97.88 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TV almışdır. xx.xx.2023-ci il tarixli bildirişə əsasən 02106323 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli 14025775 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 2118.56(iki min yüz on səkkiz manat, 56 qəp) manat (18 ay x 89.92 manat + 500 manat ilkin ödəniş) olan ACER ASPİRE A315 komputer almışdır. xx.xx.2024-cü il tarixli bildirişə əsasən 10745052 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli 03473435 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 2421 (iki min dörd yüz iyirmi bir) manat (24 ay x 97.75 manat + 75 manat ilkin ödəniş) olan ASUS VİVOBOOK 17 komputer almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 03473435 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli 02076082 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1464(min dörd yüz altmış dörd) manat (12 ay x 92 manat + 360 manat ilkin ödəniş) PLAYSTATİON 5 almışdır xx.xx.2024-cü il tarixli bildirişə əsasən 02076082 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli 11985835 nömrəli alqı-satqı müqaviləsinə əsasən qiyməti 1075.95 (min yetmiş beş manat, 95 qəpik) manat (15 ay x 71.73 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ PAD 6 markalı planşet almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən 11985835 nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü tarixli 03863817 nömrəli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 234 (iki yüz otuz dörd) manat (18 ay x 13 manat + 0 manat ilkin ödəniş) olan BEBEK NEVRESİM TAKİMİ - TEKSTİL, BEBEK UYKU SETİ - TEKSTİL almışdır. xx.xx.2023-cü tarixli bildirişə əsasən 03863817 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Alqı-satqı müqavilələrinə əlavə olunmuş əşyaların təhvil-təslim Aktlarına əsasən cavabdeh tərəfindən müqavilədə göstərilən mallar qüsursuz halda təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 4951.27 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 69.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanılmış (MM m.601.1), həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli əşyanın alqısatqısına dair müqavilələrə əsasən "xxxx" MMC müqavilədə göstərilən əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilələr üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 156.57 manat məbləğində deyil, 30 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 101.54 manat məbləğində deyil, 25 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 76.78 manat məbləğində deyil, 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 64.40 manat məbləğində deyil, 15 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 43.03 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 1565.70 (min beş yüz altmış beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1015.43 (min on beş manat, 43 qəpik) manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 767.80 (yeddi yüz altmış yeddi manat, 80 qəp) manat ödənilməmiş hissə manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 644(altı yüz qırx dörd) manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 430.30 (dörd yüz otuz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 77.92 (yetmiş yeddi manat, 92 qəpik) manat, 7.79 manat cərimə, ümumilikdə 4608.94 (dörd min altı yüz səkkiz manat, 94 qəpik) manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 69.52 manat dövlət rüsumunun 64 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh: - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1565.70 (min beş yüz altmış beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 30 manat cərimə, - xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1015.43 (min on beş manat, 43 qəpik) manat ödənilməmiş hissə, 25 manat cərimə, - xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 767.80 (yeddi yüz altmış yeddi manat, 80 qəp) manat ödənilməmiş hissə manat ödənilməmiş hissə, 20 manat cərimə, - xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 644(altı yüz qırx dörd) manat ödənilməmiş hissə, 15 manat cərimə, - xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 430.30 (dörd yüz otuz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 10 manat cərimə, - xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 77.92 (yetmiş yeddi manat, 92 qəpik) manat, 7.79 manat cərimə, - ümumilikdə 4608.94 (dörd min altı yüz səkkiz manat, 94 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 64 (altmış dörd) manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva