Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4753/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22..12.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, İMEİ KODU SCFL2CQ4M0X İPAD AİR 11-İNCH markalı planşet üçün 2573.10 (iki min beş yüz yetmiş üç manat, 10qəpik) manat ödənilməmiş hissə, 257.31 (iki yüz əlli yeddi manat, 31 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER , QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ KODU **********63622 SAMSUNG GALAXY A25 markalı telefon üçün 831.92(səkkiz yüz otuz bir manat, 92 qəpik) manat ödənilməmiş hissə, 83.19 (səksən üç manat, 19 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********03635 OPPO RENO 12F markalı telefon üçün 736.92 (yeddi yüz otuz altı manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 73.69 (yetmiş üç manat, 69 qəpik) manat cərimə, ümumilikdə 4579.73 manat borc, 65.80 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, İMEİ KODU SCFL2CQ4M0X İPAD AİR 11-İNCH markalı planşet, SAMSUNG 25WCOMPACT CHARGER , QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ KODU **********63622 SAMSUNG GALAXY A25 markalıtelefon , PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İMEİ KODU **********03635 OPPO RENO 12F markalıtelefon almış və nəticədə 4579.73 (dörd min beş yüz yetmiş doqquz manat, 73 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22..12.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2573.10(iki min beş yüz yetmiş üç manat, 10qəpik) manat (18 ay x 142.95 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, İMEİ KODU SCFL2CQ4M0X İPAD AİR 11-İNCH markalı planşeütçün ümumilikdə, 2830.41 (iki min səkkiz yüz otuz manat, 41 qəpik) manat olmaqla ondan, 2573.10(iki min beş yüz yetmiş üç manat, 10qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 257.31(iki yüz əlli yeddi manat, 31 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 880.92 (səkkiz yüz səksən manat, 92 qəpik) manat (12 ay x 48.94 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER , QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ KODU**********63622 SAMSUNG GALAXY A25 markalı telefonüçün ümumilikdə, 915.11 (doqquz yüz on beş manat, 11 qəpik) manat olmaqla ondan 831.92(səkkiz yüz otuz bir manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.19(səksən üç manat, 19 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 736.92(yeddi yüz otuz altı manat, 92 qəpik) manat (18 ay x 40.94 manat + 0 manat ilkin ödəniş) olan PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********03635 OPPO RENO 12F markalı telefonüçün ümumilikdə, 834.21 (səkkiz yüz otuz dörd manat, 21 qəpik) manat olmaqla ondan, 736.92(yeddi yüz otuz altı manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum23.60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 73.69 (yetmiş üç manat, 69 qəpik) manat cərimə miqdarında borc yaranmışdır.. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən ilkin ödəniş 0 manat olmaqla, 2573.01 manat dəyərində İMEİ KODU SCFL2CQ4M0X İPAD AİR 11-İNCH markalı planşet əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 142.95 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən, ilkin ödəniş 0 manat olmaqla 880.92 manat dəyərində İMEİ KODU **********63622 SAMSUNG GALAXY A25 markalı telefon əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 48.94 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh şirkətdən ilkin ödəniş 0 manat olmaqla 736.92 manat dəyərində İMEİ KODU **********03635 OPPO RENO 12 F markalı telefon əldə etmiş, əldə etdiyi əşyanın dəyərini 18 ay müddətində aylıq 40.94 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Hər müqavilənin müvafiq bəndlərinə görə müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. xx.xx.2025-ci il tarixli arayışına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alğısatqı müqaviləsi əsasında İMEİ KODU **********03635 OPPO RENO 12 F markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə Cavabdeh "xxxx" MMC qarşısında 22..12.2024-cü il tarixli, müqavilə üzrə 2573.1 manat əsas, 257.31 manat cərimə, cəmi 2830.41 manat, xx.xx.2024-cü tarixli, müqavilə üzrə isə 831.92 manat əsas, 83.19 manat cərimə olmaqla cəmi 915.11 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 736.92 manat əsas, 73.69 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum olmaqla, cəmi 834.21 manat icra edilməmiş öhdəliyi müəyyən edilir. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 22..12.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" MMC (satıcı) müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirib, avadanlığı Cavabdeh (alıcıya) təhvil vermiş olsa da, alıcı müqavilə şərtlərinə əməl etməyib ödənişini tam şəkildə yerinə yetirməmişdir. Maliyyə arayışına görə Cavabdeh şirkət qarşısında hər üç müqavilə üzrə ümumilikdə 4579.73 manat icra edilməmiş öhdəliyi müəyyən edilir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 65.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 22..12.2024-cü il tarixli, müqavilə üzrə 2573.1 manat əsas, 257.31 manat cərimə, cəmi 2830.41 manat, xx.xx.2024-cü tarixli, müqavilə üzrə isə 831.92 manat əsas, 83.19 manat cərimə olmaqla cəmi 915.11 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 736.92 manat əsas, 73.69 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum olmaqla, cəmi 834.21 manat Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22..12.2024-cü il tarixli, müqavilə üzrə 2573.1 manat əsas, 57.31 manat cərimə, cəmi 2630.41 manat, xx.xx.2024-cü tarixli, müqavilə üzrə isə 831.92 manat əsas, 33.19 manat cərimə olmaqla cəmi 865.11 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 736.92 manat əsas, 23.69 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum olmaqla, cəmi 784.21 manat olmaqla, üç müqavilə üzrə ümumilikdə 4279.73 manat borc və ödənilmiş 65.80 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 22..12.2024-cü il tarixli, müqavilə üzrə 57.31 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 33.19 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 23.69 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğlərdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 22..12.2024-cü il tarixli, müqavilə üzrə 2573.1 manat əsas, 57.31 manat cərimə, cəmi 2630.41 manat, xx.xx.2024-cü tarixli, müqavilə üzrə isə 831.92 manat əsas, 33.19 manat cərimə olmaqla cəmi 865.11 manat, xx.xx.2024-cü il tarixli, müqavilə üzrə isə 736.92 manat əsas, 23.69 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum olmaqla, cəmi 784.21 manat olmaqla, ümumilikdə 4279.73 manat borc və ödənilmiş 65.80 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4753/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4753/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver