Məhkəmə qərarları › İş №e-2(006)-4765/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4765/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4765/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Rəhı̇ mova Gülnar Voroşı̇ l qızının cavabdeh "FƏDƏK" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzilin təhvil verilməsi və sair tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rəhı̇ mova Gülnar Voroşı̇ l qızının cavabdeh "FƏDƏK" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzilin təhvil verilməsi və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "FƏDƏK" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh "FƏDƏK" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin hüquqi ünvanı ünvan 1ası üçün Yasamal rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh FƏDƏK" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin qeydiyyat ünvanı Nəsimi rayonunun ərazisinə aid olmadığından mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin yerləşdiyi yer üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin qeydiyyat ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Rəhı̇ mova Gülnar Voroşı̇ l qızının cavabdeh "FƏDƏK" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı "müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzilin təhvil verilməsi və sair tələbinə dair" 2(006)-4765/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar