Məhkəmə qərarları › İş №e-2(006)-4828/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4828/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4828/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı «****» MMC-nin cavabdeh A.S.A. qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» MMC cavabdeh A.S.A. qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «****» MMC ilə xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG və İMEİ KODU **********09422 olan SAMSUNG GALAXY A51 markalı telefon, CASE SAMSUNG A51 almış və nəticədə 1178 (min yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1242 (min iki yüz qırx iki) manat (18 ay x 69 manat + 0 manat ilkin ödəniş), PALTARYUYAN LG üçün ümumilikdə, 624 (altı yüz iyirmi dörd) manat olmaqla ondan, 567,9 (beş yüz altmış yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 56,1 (əlli altı manat on qəp) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 966,6 (doqquz yüz altmış altı manat altmış qəpik) manat (18 ay x 50,4 manat + 59,4 manat ilkin ödəniş) İMEİ KODU **********09422 olan SAMSUNG GALAXY A51 markalı telefon, CASE SAMSUNG A51 üçün ümumilikdə, 554 (beş yüz əlli dörd) manat olmaqla ondan 503,8 (beş yüz üç manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 50,2 (əlli manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1136,9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən xx.xx.2022-cu il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG üçün 567,9 (beş yüz altmış yeddi manat doxsan qəp) manat ödənilməmiş hissə, 56,1 (əlli altı manat on qəp) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********09422 olan SAMSUNG GALAXY A51 markalı telefon, CASE SAMSUNG A51 üçün 503,8 (beş yüz üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 50,2 (əlli manat iyirmi qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 1178 manat borcun, 31,78 manat ödənilmiş dövlət rüsumunun cavabdeh A.S.A. qızından alınaraq «****» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «****» MMC ilə A.S.A. qızı arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2021-ci tarixli nisyə alqı-satqısına dair müqavilələrindən görünür ki, PALTARYUYAN LG, İMEİ KODU **********09422 olan SAMSUNG GALAXY A51 markalı telefon və CASE SAMSUNG A51 A.S.A. qızına satmış, cavabdeh A.S.A. qızı alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il və xx.xx.2021-ci tarixli təhvil-təslim aktlarından görünür ki, PALTARYUYAN LG, İMEİ KODU **********09422 olan SAMSUNG GALAXY A51 markalı telefon və CASE SAMSUNG A51 əşyalar A.S.A. qızı tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «****» MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh A.S.A. qızının «****» MMC-yə xx.xx.2022-ci il və xx.xx.2021-ci tarixli müqavilələr üzrə 1071,7 manat ödənilməmiş əsas borc, 106,3 manat cərimə borcu olmaqla, cəmi 1178 manat borcu vardır. «****» MMC tərəfindən A.S.A. qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «****» MMC ilə A.S.A. qızı arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2021-ci tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «****» MMC PALTARYUYAN LG, İMEİ KODU **********09422 olan SAMSUNG GALAXY A51 markalı telefon və CASE SAMSUNG A51 əşyaları cavabdeh A.S.A. qızına satmış, cavabdeh A.S.A. qızı alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «****» MMC-yə xx.xx.2022-ci il və xx.xx.2021-ci tarixli müqavilələr üzrə PALTARYUYAN LG, İMEİ KODU **********09422 olan SAMSUNG GALAXY A51 markalı telefon və CASE SAMSUNG A51 əşyalar üçün 1071,7 manat ödənilməmiş əsas borc, 106,3 manat cərimə borcu olmaqla, cəmi 1178 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, xx.xx.2022-ci il və xx.xx.2021-ci tarixli müqavilələr üzrə cəmi 106,3 manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. qızından xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 567,9 (beş yüz altmış yeddi manat doxsan qəpik) manat əsas, 56,1 (əlli altı manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 503,8 (beş yüz üç manat səksən qəpik) manat əsas, 50,2 (əlli manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1178 (bir min yüz yetmiş səkkiz manat) manat borc və 31,78 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1209,78 (min iki yüz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul alınaraq «****» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. qızından xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 567,9 (beş yüz altmış yeddi manat doxsan qəpik) manat əsas, 56,1 (əlli altı manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 503,8 (beş yüz üç manat səksən qəpik) manat əsas, 50,2 (əlli manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1178 (bir min yüz yetmiş səkkiz manat) borc və 31,78 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1209,78 (min iki yüz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul alınaraq «****» MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar