Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-485/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızının cavabdehlər Cavabdeh1, Səfərov Şı̇ rxan Elmı̇ xan oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızı cavabdehlər Cavabdeh1, Səfərov Şı̇ rxan Elmı̇ xan oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə Kombi Sparta 32 və aksesuarlarının nisyə alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiqaçı qeyd edilən malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun olmaqla “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq digər Cavabdeh2 ilə “Zaminlik” müqaviləsi bağlanmışdır. Qeyd edilən zaminlik müqaviləsinə əsasən zamin, borclunun müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin tam icra edilməsi üçün onunla eyni həcmdə birgə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. Cavabdehlər üzərinə götürdüyü öhdəliklərini icra etmir, müqavilə şərtlərini qəsdən kobud şəkildə pozurlar. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olan borcu ödəməkdən yayınırlar. Hazırda onların əsas borc üzrə 2388 manat, cərimə üzrə 212 manat, cəmi 2600 manat borcu vardır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada - xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 2388 manat, cərimə üzrə 212 manat, cəmi 2600 manat pulun və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)— 4673/2023 saylı qərardadı ilə iddiaçı Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızı cavabdehlər Cavabdeh1, Səfərov Şı̇ rxan Elmı̇ xan oğluna qarşı "pul" tələbi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, RN 001539 saylı alqı-satqı müqaviləsinə əsasən dəyəri 3238 manat məbləğində olan 1 ədəd “Sparta 32” markalı kombini və aksesuarları Cavabdeh1 12 ay müddətinə, 850 manat ilkin ödəniş etməklə, hər ay 199 manat ödəmək şərti ilə satılmış və həmin əşya cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri, yəni hər ay ödənilməli olan pul məbləği ödənilməmiş və nəticədə Cavabdeh1 2388 manat məbləğində əsas borc, 212 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2600 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Cavabdeh Səfərov Şı̇ rxan Elmı̇ xan oğlu xx.xx.2021-ci il tarixli, RN 001539 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuş və müqavilə üzrə öhdəliklərin icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyət daşımasını üzərinə götürmüşdür. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə üzərlərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə onların Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızına ödənilməmiş borcları yaranmışdır.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızı ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RN 001539 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızından ümumi dəyəri 3238 manat olan 1 ədəd “Sparta 32” markalı kombini və aksesuarları almışdır.
9. Mülki işin materiallarında olan Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızı ilə zamin Səfərov Şı̇ rxan Elmı̇ xan oğlu arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, RN 001539 saylı zaminlik müqaviləsinə əsasən Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, RN 001539 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyəti və borclu ilə birgə satıcı qarşısında birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür.
10. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarxli təhvil-təslim qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixli, RN 001539 saylı nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızı “Sparta 32” markalı kombini və aksesuarları təhvil vermiş, “Sparta 32” markalı kombini və aksesuarları təhvil almışdır.
11. Mülki işin materiallarında olan Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızı tərəfindən Cavabdeh1 və Səfərov Şı̇ rxan Elmı̇ xan oğluna ünvanlanmış bildirişdən görünür ki, cavabdehlərə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
14. Eyni Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
15. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
16. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3).
20. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
22. xx.xx.2021-ci il tarixli, RN 001539 saylı müqavilənin 5.3-cü maddəsinə əsasən ödəniş cədvəlindəki gecikmələrə görə borclu hər gecikdirilən gün üçün aylıq ödənişinin 3%-i həcmində əlavə cərimə ödəyir.
23. Məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, həmçinin digər cavabdeh Səfərov Şı̇ rxan Elmı̇ xan oğlu həmin öhdəliklərin yerinə yetirilməsinə zamin durduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.
24. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Səfərov Şı̇ rxan Elmı̇ xan oğlundan xx.xx.2021-ci il tarixli, RN 001539 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2388 (iki min üç yüz səksən səkkiz) manat əsas borc, 212 (iki yüz on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 2600 (iki min altı yüz) manat müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
25. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Mülki işin materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 46 (qırx altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehləndən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Səfərov Şı̇ rxan Elmı̇ xan oğlundan xx.xx.2021-ci il tarixli, RN 001539 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2388 (iki min üç yüz səksən səkkiz) manat əsas borc, 212 (iki yüz on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 2600 (iki min altı yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46 (qırx altı) manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı Nəsı̇ rova Xuraman Mı̇ rzəbəy qızının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.