Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4948/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Eyvaz Cəfərli izahat verərək bildirdi ki, mübahisə ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və barışıq sazişi bağlamışlar. Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, cavabdehlə razılığa gəliblər. Belə ki, barışıq sazişində məsələlər öz həllini tapmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır:
1. İddiaçı və cavabdeh öz aralarındakı mübahisəni qarşılıqlı güzəşt və sülh yolu ilə həll edərək razılaşırlar və qarşılıqlı qaydada təsdiq edirlər ki, MMİ23002405 saylı, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsi əsasında sığortalanmış “Mercedes” markalı 77AN037 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Yusif Səfərov küçəsində baş vermiş yol-nəqliyyt hadisəsinə görə zərər məbləği 65.500 (altmış beş min beş yüz) manat təşkil edir. Müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş 500 (beş yüz) manat azadolma məbləği çıxıldıqdan sonra cavabdeh iddiaçıya cəmi 65.000 (altmış beş min) manat ödəməlidir.
2. Cavabdeh öz öhdəsinə götürür ki, 65.000 (altmış beş min) manat pul vəsaitini barışıq sazişinin 1.6 və 2.2-ci yarımbəndlərində qeyd olunan şərt yerinə yetirildiyi andan 2 iş günü müddətində iddiaçının bank hesabına köçürəcəkdir. Müvafiq ödənişin ödənilməsi müqabilində iddiaçı tərəfindən e-2(006)-4948/2025 nömrəli məhkəmə işindən avtomatik qaydada imtina edilir.
3. İddiaçının e-2(006)-4948/2025 nömrəli məhkəmə işindən imtina etməsi ilə birlikdə cavabdeh də müvafiq yol-nəqliyyat hadisəsi barədə tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Xətai RPİ-nin TŞ-nin qərarının mübahisələndirilməsi məqsədilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti nəticəsində Bakı Apellyasiya Məhkəməsində 6(103)-497/2025 nömrəsi altında qeydiyyata alınmış və baxışı davam edən məhkəmə işindən imtina etməyi öz öhdəsinə götürür.
4. Tərəflər razılığa gəlir ki, işlə əlaqədar məhkəmə xərcləri özlərinə aid edilir.
5. İddiaçının bank hesabı: -Bank: "xxxx" ASC -H/h: AZ11 İBAZ 3388 1019 4441 1256 9215 -SWİFT: İBAZAZ2X -Bank VÖEN: ********** -Kod: 805250 -M/m AZ03 NABZ 0135 0100 0000 0000 2944
6. Tərəflər əlavə olaraq təsdiq və bəyan edirlər ki, bu sazişin 1.1 və 1.2-ci bəndlər üzrə müəyyən edilmiş ödənişin cavabdeh tərəfindən birbaşa olaraq iddiaçıya ödənilməsi məqsədilə iddiaçı cavabdehə “X1” ASC tərəfindən veriləcək müvafiq razılıq məktubunu təqdim etməlidir. Cavabdehin ödəniş öhdəliyi müvafiq məktub təqdim edildikdən sonra yaranır.
7. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
8. Bu saziş “X1” ASC tərəfindən müvafiq razılıq məktubu cavabdehə rəsmi qaydada verildiyi andan qüvvəyə minir.
9. Bu saziş 03 (üç) nüsxədə tərtib olundu, 01 (bir) nüsxəsi Nəsimi Rayon Məhkəməsinə təqdim edilmək üçün və 02 (iki) nüsxəsi hər bir tərəfə verildi.
10. Tərəflər Azərbaycan Respublikasının MPM-nin 153.2.2, 191 və 261-ci maddələrinin nəticələrini tam anlayaraq bu Sazişi bağlayıblar. Hər bir tərəf bu sazişi oxuyub və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir.
11. Tərəflər qarşılıqlı razılıqlı bildirirlər ki, bu Saziş könüllü bağlanmışdır və onların hüquqlarına, qanuni mənafelərinə zidd deyildir.
12. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. Tərəflərin nümayəndələri ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasında iş yükü səbəbilə iştiraklarının mümkün olmayacağını bildirmiş və iclasın onların iştirakı olmadan keçirilərək, barışıq sazişinin təsdqi edilməsini və işə xitam verilməsini xahiş etmişlər. Məhkəmə mülki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Göründüyü kimi tərəflər öz aralarında barışıq sazişi bağlamaqla hazırkı mübahisə ilə bağlı razılığa gəlmişlər və ona görə də barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı və cavabdeh öz aralarındakı mübahisəni qarşılıqlı güzəşt və sülh yolu ilə həll edərək razılaşırlar və qarşılıqlı qaydada təsdiq edirlər ki, MMİ23002405 saylı, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsi əsasında sığortalanmış “Mercedes” markalı 77AN037 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Yusif Səfərov küçəsində baş vermiş yol-nəqliyyt hadisəsinə görə zərər məbləği 65.500 (altmış beş min beş yüz) manat təşkil edir. Müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş 500 (beş yüz) manat azadolma məbləği çıxıldıqdan sonra cavabdeh iddiaçıya cəmi 65.000 (altmış beş min) manat ödəməlidir.
2. Cavabdeh öz öhdəsinə götürür ki, 65.000 (altmış beş min) manat pul vəsaitini barışıq sazişinin 1.6 və 2.2-ci yarımbəndlərində qeyd olunan şərt yerinə yetirildiyi andan 2 iş günü müddətində iddiaçının bank hesabına köçürəcəkdir. Müvafiq ödənişin ödənilməsi müqabilində iddiaçı tərəfindən e-2(006)-4948/2025 nömrəli məhkəmə işindən avtomatik qaydada imtina edilir.
3. İddiaçının e-2(006)-4948/2025 nömrəli məhkəmə işindən imtina etməsi ilə birlikdə cavabdeh də müvafiq yol-nəqliyyat hadisəsi barədə tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Xətai RPİ-nin TŞ-nin qərarının mübahisələndirilməsi məqsədilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti nəticəsində Bakı Apellyasiya Məhkəməsində 6(103)-497/2025 nömrəsi altında qeydiyyata alınmış və baxışı davam edən məhkəmə işindən imtina etməyi öz öhdəsinə götürür.
4. Tərəflər razılığa gəlir ki, işlə əlaqədar məhkəmə xərcləri özlərinə aid edilir.
5. İddiaçının bank hesabı: -Bank: "xxxx" ASC -H/h: AZ11 İBAZ 3388 1019 4441 1256 9215 -SWİFT: İBAZAZ2X -Bank VÖEN: ********** -Kod: 805250 -M/m AZ03 NABZ 0135 0100 0000 0000 2944
6. Tərəflər əlavə olaraq təsdiq və bəyan edirlər ki, bu sazişin 1.1 və 1.2-ci bəndlər üzrə müəyyən edilmiş ödənişin cavabdeh tərəfindən birbaşa olaraq iddiaçıya ödənilməsi məqsədilə iddiaçı cavabdehə “X1” ASC tərəfindən veriləcək müvafiq razılıq məktubunu təqdim etməlidir. Cavabdehin ödəniş öhdəliyi müvafiq məktub təqdim edildikdən sonra yaranır.
7. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
8. Bu saziş “X1” ASC tərəfindən müvafiq razılıq məktubu cavabdehə rəsmi qaydada verildiyi andan qüvvəyə minir.
9. Bu saziş 03 (üç) nüsxədə tərtib olundu, 01 (bir) nüsxəsi Nəsimi Rayon Məhkəməsinə təqdim edilmək üçün və 02 (iki) nüsxəsi hər bir tərəfə verildi.
10. Tərəflər Azərbaycan Respublikasının MPM-nin 153.2.2, 191 və 261-ci maddələrinin nəticələrini tam anlayaraq bu Sazişi bağlayıblar. Hər bir tərəf bu sazişi oxuyub və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir.
11. Tərəflər qarşılıqlı razılıqlı bildirirlər ki, bu Saziş könüllü bağlanmışdır və onların hüquqlarına, qanuni mənafelərinə zidd deyildir.
12. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)- 4948/2025 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva