Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4953/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, İmei kod **********49725 İPHONE 15 PRO markalı telefon üçün 3992.78 (üç min doqquz yüz doxsan iki manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 694.22 (altı yüz doxsan dörd manat iyirmi iki qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, LENOVO LEGİON 5 kompüter üçün 1645.7 (bir min altı yüz qırx beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 508.3 (beş yüz səkkiz manat otuz qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********29405 XİAOMİ POCO F5 PRO markalı telefon üçün 842.01 (səkkiz yüz qırx iki manat bir qəpik) manat ödənilməmiş hissə, 180.99 (yüz səksən manat doxsan doqquz qəpik) manat dəbbə, ümumilikdə 7864 manat borc, 98.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC Dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********49725 İPHONE 15 PRO markalı telefon , LENOVO LEGİON 5 kompüter, İmei kod **********29405 XİAOMİ POCO F5 PRO markalı telefon almış və nəticədə 7864 (yeddi min səkkiz yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4634.04 (dörd min altı yüz otuz dörd manat dörd qəpik) manat (12 ay x 386.17manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********49725 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 4687 (dörd min altı yüz səksən yeddi) manat olmaqla ondan, 3992.78 (üç min doqquz yüz doxsan iki manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 694.22 (altı yüz doxsan dörd manat iyirmi iki qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5821.92 (beş min səkkiz yüz iyirmi bir manat doxsan iki qəpik) manat (24 ay x 242.58 manat + 0 manat ilkin ödəniş) olan LENOVO LEGİON 5 kompüter üçün ümumilikdə, 2154 (iki min yüz əlli dörd) manat olmaqla ondan, 1645.7 (bir min altı yüz qırx beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 508.3 (beş yüz səkkiz manat otuz qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2167.02 (iki min yüz altmış yeddi manat iki qəpik) manat (18 ay x 120.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********29405 XİAOMİ POCO F5 PRO markalı telefon üçün ümumilikdə, 1023 (bir min iyirmi üç) manat olmaqla ondan, 842.01 (səkkiz yüz qırx iki manat bir qəpik) manat ödənilməmiş hissə, 180.99 (yüz səksən manat doxsan doqquz qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 6142.49 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcun olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, № 02976477 saylı müqavilədən görünür ki, "xxxx" MMC İPHONE 15 PRO markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 386.17 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 03662710 saylı müqavilədən görünür ki, "xxxx" MMC, LENOVO LEGİON 5 kompüter Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 242.58 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, № 18631176 saylı müqavilədən görünür ki, "xxxx" MMC POCO F5 PRO markalı telefon Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 120.39 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 11 sentyabr 2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-ci il tarixli, № 02976477 saylı, xx.xx.2022-ci il tarixli, № 03662710 saylı, xx.xx.2023-ci il tarixli, № 18631176 saylı müqavilələr üzrə 6480.49 manat ödənilməmiş hissə, 1383.51 manat dəbbə pulu olmaqla, ümumilikdə 7864 AZN borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" İPHONE 15 PRO markalı telefonu, LENOVO LEGİON 5 kompüteri, POCO F5 PRO markalı telefonu Cavabdeh vermişdir. Cavabdeh müqavilədə göstərilmiş müddətdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək müqavilələr üzrə 6480.49 manat ödənilməmiş hissə, 1383.51 manat dəbbə pulu olmaqla, ümumilikdə 7864 AZN borcu vardır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Eyni Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla xx.xx.2024-ci il tarixdə bağlanmış müqavilə üzrə 100 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə üzrə 30 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 98.64 AZN (doxsan səkkiz manat, altmış dörd qəpik) dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-ci il müqaviləyə əsasən 3992.78 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2022-ci il müqaviləyə əsasən 1645.7 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, xx.xx.2023-cü il müqaviləyə əsasən 842.01 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 6660.49 manat (altı min altı yüz altmış manat, qırx doqquz qəpik) məbləğində borc və manat 98.64 manat (doxsan səkkiz manat, altmış dörd qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-ci il müqaviləyə əsasən 3992.78 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2022-ci il müqaviləyə əsasən 1645.7 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, xx.xx.2023-cü il müqaviləyə əsasən 842.01 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 6660.49 manat (altı min altı yüz altmış manat, qırx doqquz qəpik) məbləğində borc və manat 98.64 manat (doxsan səkkiz manat, altmış dörd qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4953/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4953/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver