Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4957/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxslər qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxslər qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini təmin etməklə tərəflər arasında bağlanmış №-MŞB/2-01341 saylı, 23 avqust 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs1 ilə faktiki olaraq xx.xx.2006cı il tarixdə nikaha daxil olmuşlar. xx.xx.2006-cı il tarixdə 3845 nömrə ilə qeydə alınmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2800/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, mənzil 103, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, mənzil 70, ünvan 1 ünvanında yerləşən mənzilləri, “X12 Rover minik” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı və “Audi A4 minik” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilləri əldə etmişlər. Mediasiya mərhələsi zamanı tərəflər arasında razılıq eldə edilmiş və №-MŞB/2-01341 saylı, 23 avqust 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən, “Birinci tərəf” (Ərizəçi) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “İkinci tərəf” (Maraqlı şəxs1) Ərizəçi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən (85.6 kv.m. reyestr nömrəsi **********25-05301-093047) mənzili övladları xx.xx.2009-cu il təvəllüdlü X1 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür, tərəflər gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər. “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” (Ərizəçi) Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən (49.4 kv.m. reyestr nömrəsi **********25-05301-093045) mənzili övladları xx.xx.2015-ci il təvəllüdlü X4 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür, tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər. “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” (Ərizəçi) Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən (82.5 kv.m, reyestr nömrəsi **********25- 05301-093048) mənzili övladları xx.xx.2016-cı il təvəllüdlü X5 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür, tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər. “Birinci tərəf” (Ərizəçi) Saziş imzalandıqdan sonra “İkinci tərəf” (Maraqlı şəxs1) Maraqlı şəxs1 mülkiyyətində olan nömrə nişanı: ** OD ***, şəhadətnamə: AD755089, şəhadətnamənin verilmə tarixi: xx.xx.2020 markası: AUDİ A4 minik, buraxılış ili: 2009, rəngi: gümüşü metallik, mühərrik: CAL 036493, BAN: WAUZZZ8K79N073869 olan avtomobilin mülkiyyətində qalmasına etiraz etmir və Ərizəçi sözügedən avtomobillə bağlı gələcəkdə heç bir tələbi və iddiası olmayacağını öhdəsinə götürür. “Birinci tərəf” (Ərizəçi) “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra Ərizəçi mülkiyyətində olan dövlət qeydiyyat nişanı (DQN): 10RR067, şəhadətnamə: AD604327, şəhadətnamənin verilmə tarixi: xx.xx.2019 markası: X12 Rover minik, buraxılış ili: 2010, rəngi: gümüşü per, BAN: SALLMAME4AA324980 olan avtomobilin Ərizəçi mülkiyyətində qalmasına etiraz etmir, avtomobil satıldıqda üzərində olan DQN (10RR067) Maraqlı şəxs1 istifadəsinə keçir və sözügedən avtomobillə bağlı gələcəkdə heç bir tələbi və iddiası olmayacağını öhdəsinə götürür. Hazırki vəziyyətdə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli, №-MŞB/2-01341 saylı barışıq sazişinə əməl etməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mülki iş üzrə maraqlı şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs1 tərəflər arasında bağlanmış №-MŞB/2-01341 saylı, 23 avqust 2022-ci il tarixli barışıq sazışinin onun tərəfindən imzalandığını bildirmiş, lakin hazırda həmin saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmədiyini qeyd edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq Maraqlı şəxs1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, maraqlı şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, şahid ifadəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 mediasiya reyestrində M-00208 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış mediator olduğunu bildirmişdir. O, qeyd edilən barışıq sazişinin onun tərəfindən 23 avqust 2022-ci il tarxində təsdiq edildiyini, habelə həmin şazışin imzalanması üçün tərəflərin mediasiya təşkilatına ayrı-ayrılıqda dəvət olunduğunu və əvvəlcədən barışıq sazişinin mətni ilə tanış olmaları üçün zəruri şəraitin yaradıldığını qeyd etmiş, həmçinin barışıq sazışinin imzalanmasının təşəbbüşkarı elə Maraqlı şəxs1 özü olduğunu da xüsusi ilə vurğulamışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/2-01341 saylı barışıq sazişindən görünür ki, “Birinci tərəf” - Ərizəçi və “İkinci tərəf” - Maraqlı şəxs1 mediator X2 iştirakı ilə aşağıdakı şərtlər barədə bu sazişi imzalamışlar: 2.1. “Birinci tərəf” (Ərizəçi) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “İkinci tərəf” (Maraqlı şəxs1) Ərizəçi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən (85.6 kv.m. reyestr nömrəsi **********25-05301-093047) mənzili övladları xx.xx.2009-cu il təvəllüdlü X1 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür, tərəflər gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər. 2.2. “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” (Ərizəçi) Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən (49.4 kv.m. reyestr nömrəsi **********25-05301-093045) mənzili övladları xx.xx.2015-ci il təvəllüdlü X4 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür, tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər. 2.3. “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” (Ərizəçi) Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən (82.5 kv.m, reyestr nömrəsi **********25-05301-093048) mənzili övladları xx.xx.2016-cı il təvəllüdlü X5 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür, tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər. 2.4. “Birinci tərəf” (Ərizəçi) Saziş imzalandıqdan sonra “İkinci tərəf” (Maraqlı şəxs1) Maraqlı şəxs1 mülkiyyətində olan nömrə nişanı: ** OD ***, şəhadətnamə: AD755089, şəhadətnamənin verilmə tarixi: xx.xx.2020 markası: AUDİ A4 minik, buraxılış ili: 2009, rəngi: gümüşü metallik, mühərrik: CAL 036493, BAN: WAUZZZ8K79N073869 olan avtomobilin mülkiyyətində qalmasına etiraz etmir və Ərizəçi sözügedən avtomobillə bağlı gələcəkdə heç bir tələbi və iddiası olmayacağını öhdəsinə götürür. 2.5. “Birinci tərəf” (Ərizəçi) “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra Ərizəçi mülkiyyətində olan dövlət qeydiyyat nişanı (DQN): 10RR067, şəhadətnamə: AD604327, şəhadətnamənin verilmə tarixi: xx.xx.2019 markası: X12 Rover minik, buraxılış ili: 2010, rəngi: gümüşü per, BAN: SALLMAME4AA324980 olan avtomobilin Ərizəçi mülkiyyətində qalmasına etiraz etmir, avtomobil satıldıqda üzərində olan DQN (10RR067) Maraqlı şəxs1 istifadəsinə keçir və sözügedən avtomobillə bağlı gələcəkdə heç bir tələbi və iddiası olmayacağını öhdəsinə götürür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 85.6 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə Ərizəçi məxsusdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 82.0 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 məxsusdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 49.4 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 məxsusdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, MŞB/2-01341 kodlu müqaviləyə görə 2 saylı Mediasiya Təşkilatının hesabına mediasiya xərci olaraq 199 (yüz doxsan doqquz) manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Ərizəçi tərəfindən ərizənin məhkəməyə verilməsi ilə əlaqədar cəmi 100 (yüz) manat məbləğində rüsum ödənilmişdir. Mülki Prossesual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda təsdiq edilməsi xahiş edilən xx.xx.2022-ci il tarixli MŞB/2-01341 saylı barışıq sazişi qismən təmin edilməli, belə ki, 2.1-ci bənddə “tərəflər gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər”; 2.2-ci bənddə “tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər”; 2.3-cü bənddə “tərəflərin gələcəkdə həmin mənzilə dair heç bir tələb və iddia olmayacağını öhdələrinə götürürlər”; 2.4-cü bənddə “Ərizəçi sözügedən avtomobillə bağlı gələcəkdə heç bir tələbi və iddiası olmayacağını öhdəsinə götürür” və 2.5-ci bənddə “Maraqlı şəxs1 sözügedən avtomobillə bağlı gələcəkdə heç bir tələbi və iddiası olmayacağını öhdəsinə götürür” məzmunlu hissələrin, həmçinin, 2.5-ci bənddə “avtomobil satıldıqda üzərində olan DQN (10RR067) Maraqlı şəxs1 istifadəsinə keçir” məzmunlu hissənin təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkündür. Qeyd edilməlidir ki, gələcəkdə həmin mənzillər və avtomobillərlə bağlı heç bir tələb və iddiaları olmayacağını öhdələrinə götürən tərəflər mülki prosessual qanunvericiliyə görə eyni əsaslarla eyni predmet barəsində məhkəməyə müraciət edə bilməzlər, buna görə də bu hissələrin təmin edilməsinə zərurət yoxdur. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, ümumiyyətlə barışıq sazışin qeyd edilən hissələri qeyri-müyyən olmaqla, mücərrəd xarakterlidir (konkret deyil), bu isə öz növbəsində həmin hissələrin məhkəmə tərəfindən təstiq edilməsini qeyri-mümkün edir. Bundan başqa, nəzərə alınmalıdır ki, yeni əsaslar yarana biləcəyi təqdirdə tərəflər yeni əsaslarla eyni predmet barəsində məhkəməyə müraciət edə bilərlər, bu səbəbdən isə həmin hissələrin təmin edilməsi tərəflərin məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması hesab oluna biləcəyindən, qeyd edilən hissələrin təsdiqindən imtina edilməlidir. Barışıq sazişinin 2.5-ci bəndində qeyd edilən “Ərizəçi mülkiyyətində dövlət qeydiyyat nişanı (DQN): 10RR067 olan avtomobil satıldıqda üzərində olan DQN (10RR067) Maraqlı şəxs1 istifadəsinə keçir” hissəsi qanuna zidd hesab olunduğundan həmin hissənin təsdiqindən imtina edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, belə ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/2-01341 saylı barışıq sazişinin aşağıdakı məzmunda olan hissəsi təsdiq edilməli: “2.1. “Birinci tərəf” (Ərizəçi) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “İkinci tərəf” (Maraqlı şəxs1) Ərizəçi mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k., 55, M12, m3 ünvanında yerləşən (85,6 kv.m, reyestr nömrəsi: **********25-05301-093047) mənzili övladları xx.xx.2009-cu il təvəllüdlü X1 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür. 2.2. “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” (Ərizəçi) Maraqlı şəxs1 mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k., 55, M12, m2 ünvanında yerləşən (49,4 kv.m, reyestr nömrəsi: **********25- 05301-093045) mənzili övladları xx.xx.2015-ci il təvəllüdlü X4 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür. 2.3. “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” (Ərizəçi) Maraqlı şəxs1 mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k., 55, M3, m3 ünvanında yerləşən (82,5 kv.m, reyestr nömrəsi: **********25- 05301-093048) mənzili övladları xx.xx.2016-cı il təvəllüdlü X5 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür. 2.4. “Birinci tərəf” (Ərizəçi) Saziş imzalandıqdan sonra “İkinci tərəf” (Maraqlı şəxs1) Maraqlı şəxs1 mülkiyyətində olan Nömrə nişanı: ** OD ***, Şəhadətnamə: AD755089, Şəhadətnamənin verilmə tarixi: xx.xx.2020, Markası: AUDİ A4 minik, Buraxılış ili: 2009, Rəngi: Gümüşü Metallik, Mühərrik: CAL 036493, BAN: WAUZZZ8K79N073869 olan avtomobilin mülkiyyətində qalmasına etiraz etmir. 2.5. “Birinci tərəf” (Ərizəçi) “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra Ərizəçi mülkiyyətində olan Dövlət qeydiyyat nişanı (DQN): 10RR067, şəhadətnamə: AD604327, şəhadətnamənin verilmə tarixi: xx.xx.2019, markası: X11 Rover minik, buraxılış ili: 2010, rəngi: gümüşü per, BAN: SALLMAME4AA324980 olan avtomobilin Ərizəçi mülkiyyətində qalmasına etiraz etmir”. Ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/2-01341 saylı barışıq sazişinin aşağıdakı məzmunda olan hissəsi təsdiq edilsin: 2.1. “Birinci tərəf” (Ərizəçi) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “İkinci tərəf” (Maraqlı şəxs1) Ərizəçi mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k., 55, M12, m3 ünvanında yerləşən (85,6 kv.m, reyestr nömrəsi: **********25-05301-093047) mənzili övladları xx.xx.2009-cu il təvəllüdlü X1 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür. 2.2. “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” (Ərizəçi) Maraqlı şəxs1 mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k., 55, M12, m2 ünvanında yerləşən (49,4 kv.m, reyestr nömrəsi: **********25- 05301-093045) mənzili övladları xx.xx.2015-ci il təvəllüdlü X4 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür. 2.3. “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra 10 iş günü ərzində “Birinci tərəf” (Ərizəçi) Maraqlı şəxs1 mülkiyyətində olan Bakı ş., Nəsimi r., Asif Məhərrəmov k., 55, M3, m3 ünvanında yerləşən (82,5 kv.m, reyestr nömrəsi: **********25- 05301-093048) mənzili övladları xx.xx.2016-cı il təvəllüdlü X5 mülkiyyətinə keçirilməsini öhdəsinə götürür. 2.4. “Birinci tərəf” (Ərizəçi) Saziş imzalandıqdan sonra “İkinci tərəf” (Maraqlı şəxs1) Maraqlı şəxs1 mülkiyyətində olan Nömrə nişanı: ** OD ***, Şəhadətnamə: AD755089, Şəhadətnamənin verilmə tarixi: xx.xx.2020, Markası: AUDİ A4 minik, Buraxılış ili: 2009, Rəngi: Gümüşü Metallik, Mühərrik: CAL 036493, BAN: WAUZZZ8K79N073869 olan avtomobilin mülkiyyətində qalmasına etiraz etmir. 2.5. “Birinci tərəf” (Ərizəçi) “İkinci tərəf” (Maraqlı şəxs1) Saziş imzalandıqdan sonra Ərizəçi mülkiyyətində olan Dövlət qeydiyyat nişanı (DQN): 10RR067, şəhadətnamə: AD604327, şəhadətnamənin verilmə tarixi: xx.xx.2019, markası: X11 Rover minik, buraxılış ili: 2010, rəngi: gümüşü per, BAN: SALLMAME4AA324980 olan avtomobilin Ərizəçi mülkiyyətində qalmasına etiraz etmir. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4957/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4957/2022
16.11.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver