Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5050/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5638481 nömrəli, 26 aprel 2019-cu il tarixli müqavilə üzrə 1240 manat əsas, 371 manat dəbbə pulu, ECK5733072 nömrəli, 01 may 2019-cu il tarixli müqavilə üzrə 320 manat əsas, 96 manat dəbbə pulu, ECK5775460 nömrəli, 27 iyul 2019cu il tarixli müqavilə üzrə 1451 manat əsas, 435 manat dəbbə pulu və 60 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3973 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 aprel 2019-cu il, 01 may 2019-cu il və 27 iyul 2019-cu il tarixlərində Cavabdeh ilə aralarında ECK5638481 nömrəli, ECK5733072 nömrəli və ECK5775460 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5638481 nömrəli müqavilə üzrə 1976 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Beko” markalı blender Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. ECK5733072 nömrəli müqavilə üzrə 943 manat dəyəri olan 1 ədəd “Riffel” markalı kondisioner Alıcıya hissəhissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. ECK5775460 nömrəli müqavilə üzrə 2144 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Evms” menekse yastı alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı ECK5638481 nömrəli müqavilə üzrə 200 manat ilkin ödəniş olmaqla, qalan 1776 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, aylıq 74 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5733072 nömrəli müqavilə üzrə 103 manat ilkin ödəniş olmaqla, qalan 840 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 35 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5775460 nömrəli müqavilə üzrə 200 manat ilkin ödəniş olmaqla, qalan 1944 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 81 manat olmaqla, hər ayın 26-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf çatdırılmadan rabitə orqanı tərəfindən üzərinə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında dəyəri 1976 manat olan 1 ədəd “Samsung” markalı televizorun və “Beko” markalı blenderin 24 ay müddətinə ödəmək şərtilə alıcıya verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdeh tərərindən ilkin olaraq 200 manat ödənilərək, qalan 1776 manatın 24 ay müddətində hər ay 74 manat ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı hissə-hissə ödənişlə alqısatqı müqaviləsindən görünür ki, həmin müqavilə alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında dəyəri 943 manat olan 1 ədəd “Riffel” markalı kondisonerin 24 ay müddətinə ödəmək şərtilə alıcıya verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdeh tərərindən ilkin olaraq 103 manat ödənilərək, qalan 840 manatın 24 ay müddətində hər ay 35 manat ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı hissə-hissə ödənişlə alqısatqı müqaviləsindən görünür ki, həmin müqavilə alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında dəyəri 2144 manat olan 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “EVMS” menekse yastı qazanın 24 ay müddətinə ödəmək şərtilə alıcıya verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdeh tərərindən ilkin olaraq 200 manat ödənilərək, qalan 1944 manatın 24 ay müddətində hər ay 81 manat ödəməli idi. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ECK5638481 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1240 manat əsas, 371 manat dəbbə pulu, ECK5733072 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 320 manat əsas, 96 manat dəbbə pulu, ECK5775460 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1451 manat əsas, 435 manat dəbbə pulu borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət olunacağı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 961 manat ödənilməmiş əsas, 288 manat cərimə olmaqla cəmi 1249 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmaqla cavabdehdən iddiaçının xeyrinə ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1240 manat əsas, ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 320 manat əsas, ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1451 manat əsas borc tutulmalıdır. Lakin məhkəmə hesab edir ki, həmin müqavilələr üzrə cavabdehdən yüksək məbləğdə cərimə tələb olunduğundan həmin cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 1240 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 371 manat, ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 320 manat əsas məbləğində əsas borca münasibətdə cavabdehdən 96 manat, ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1451 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 435 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə qismən aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun 51.41 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 8.59 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1240 manat əsas, 50 manat dəbbə pulu, ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 320 manat əsas, 20 manat dəbbə pulu və ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1451 manat əsas 60 manat dəbbə pulu, cəmi 3141 manat və ödənilmiş dövlət rüsumuna görə 51.41 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1240 manat əsas, 50 manat dəbbə pulu, ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 320 manat əsas, 20 manat dəbbə pulu və ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1451 manat əsas 60 manat dəbbə pulu, cəmi 3141 manat və ödənilmiş dövlət rüsumuna görə 51.41 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 8.59 manatı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-5050/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5050/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver