Məhkəmə qərarları › İş №e-2(006)-5054/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5054/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5054/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********13097 İPHONE 13 PRO MAX markalı telefon üçün 2495,96 (iki min dörd yüz doxsan beş manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 249,04 (iki yüz qırx doqquz manat, dörd qəpik)manat cərimə pulu; xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, X5 , X4 Elegant White üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********62686 X3 11S markalı telefon üçün 243,96 (iki yüz qırx üç manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 24,04 (iyirmi dörd manat, dörd qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 X2, Trimmer Philips, Nevresim Takimi – Tekstil üçün 196,92 (yüz doxsan altı amant, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 19,08 (on doqquz manat, səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********71899 İphone 12 Pro Max markalı telefon üçün 118,48 (yüz on səkkiz manat, qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 11,52 (on bir manat, əlli iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, olan İmei kodu **********01618 Realme 8 Pro markalı telefon 45,41 (qırx beş manat, qırx bir qəpikk) manat ödənilməmiş hissə, 4,59 (dörd manat, əlli doqquz qəpik) manat cərimə, ümumilikdə 3744 manat borc və 57,44 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********13097 İPHONE 13 PRO MAX markalı telefon, X5 , X4 ELEGANT WHİTE, İmei kodu **********62686 X3 11S markalı telefon, X1 X2, TRİMMER PHİLİPS, NEVRESİM TAKİMİ – TEKSTİL, İmei kodu **********71899 İPHONE 12 PRO MAX markalı telefon, İmei kodu **********01618 REALME 8 PRO markalı telefon almış və nəticədə 3744 (üç min yeddi yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4269,96 (dörd min altmış doqquz manat, doxsan altı qəpik) manat (12 ay x 355,83 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********13097 İPHONE 13 PRO MAX markalı telefon üçün 2745 (iki min yeddi yüz qırx beş manat olmaqla ondan, 2495,96 (iki min dörd yüz doxsan beş manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 249,04 (iki yüz qırx doqquz manat, dörd qəpik) manat cərimə pulu; xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (bir min səksən) manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan X5 , X4 ELEGANT WHİTE üçün 335 (üç yüz otuz beş) manat olmaqla ondan 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 705,96 (yeddi yüz beş manat, doxsan altı qəpik) (12 ay x 58,83 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********62686 X3 11S markalı telefon üçün 268 (iki yüz altmış səkkiz) manat olmaqla ondan 243,96 (iki yüz qırx üç manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 24,04 (iyirmi dörd manat, dörd qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696,06 (altı yüz doxsan altı amnat, altı qəpik) manat (18 ay x 38,67 manat + 0 manat ilkin ödəniş) olan X1 CK, İZQARA DELONGHİ, TRİMMER PHİLİPS, NEVRESİM TAKİMİ – TEKSTİL üçün 216 (iki yüz on altı) manat olmaqla ondan 196,92 (yüz doxsan altı amant, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 19,08 (on doqquz manat, səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 5094 (beş min doxsan dörd) manat (18 ay x 244 manat + 702 manat ilkin ödəniş) olan, İmei kodu **********71899 İPHONE 12 PRO MAX markalı telefon üçün 130 (yüz otuz) manat olmaqla ondan 118,48 (yüz on səkkiz manat, qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 11,52 (on bir manat, əlli iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1011,96 (bir min on bir manat, doxsan altı qəpik) manat (12 ay x 84,33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********01618 REALME 8 PRO markalı telefon üçün 50 (əlli) manat olmaqla ondan 45,41 (qırx beş manat, qırx bir qəpikk) manat ödənilməmiş hissə, 4,59 (dörd manat, əlli doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1668.19 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-c il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alğı-satqı qiyməti 1011,96 (bir min on bir manat, doxsan altı qəpik) manat (12 ay x 84,33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********01618 REALME 8 PRO markalı telefon üçün 50 (əlli) manat olmaqla ondan 45,41 (qırx beş manat, qırx bir qəpikk) manat ödənilməmiş hissə, 4,59 (dörd manat, əlli doqquz qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 4269,96 (dörd min altmış doqquz manat, doxsan altı qəpik) manat (12 ay x 355,83 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********13097 İPHONE 13 PRO MAX markalı telefon üçün 2745 (iki min yeddi yüz qırx beş manat olmaqla ondan, 2495,96 (iki min dörd yüz doxsan beş manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 249,04 (iki yüz qırx doqquz manat, dörd qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 1080 (bir min səksən) manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan X5 , X4 ELEGANT WHİTE üçün 335 (üç yüz otuz beş) manat olmaqla ondan 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 705,96 (yeddi yüz beş manat, doxsan altı qəpik) (12 ay x 58,83 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********62686 X3 11S markalı telefon üçün 268 (iki yüz altmış səkkiz) manat olmaqla ondan 243,96 (iki yüz qırx üç manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 24,04 (iyirmi dörd manat, dörd qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki,alqı-satqı qiyməti 696,06 (altı yüz doxsan altı amnat, altı qəpik) manat (18 ay x 38,67 manat + 0 manat ilkin ödəniş) olan X1 CK, İZQARA DELONGHİ, TRİMMER PHİLİPS, NEVRESİM TAKİMİ – TEKSTİL üçün 216 (iki yüz on altı) manat olmaqla ondan 196,92 (yüz doxsan altı amant, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 19,08 (on doqquz manat, səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 5094 (beş min doxsan dörd) manat (18 ay x 244 manat + 702 manat ilkin ödəniş) olan, İmei kodu **********71899 İPHONE 12 PRO MAX markalı telefon üçün 130 (yüz otuz) manat olmaqla ondan 118,48 (yüz on səkkiz manat, qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 11,52 (on bir manat, əlli iki qəpik) manat cərimə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İmei kodu **********71899 İPHONE 12 PRO MAX markalı telefonun aylıq ödənişi 244 manat, X1 CK, İZQARA DELONGHİ, TRİMMER PHİLİPS, NEVRESİM TAKİMİ – TEKSTİL-in aylıq ödənişi 38,67, İmei kodu **********62686 X3 11S markalı telefonun aylıq ödənişi 58,83 manat, X5 , X4 ELEGANT WHİTE-in aylıq ödənişi 60 manat, İmei kodu **********13097 İPHONE 13 PRO MAX markalı telefonun aylıq ödənişo 355,83 manat və İmei kodu **********01618 REALME 8 PRO markalı telefonun aylıq ödənişi isə 84,33 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə penya hesablanmışdır. Hesablanmış penya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alğı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 57.44 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı iddia qiymətinin 1%-ni təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilən 57.44 (əlli yeddi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********13097 İPHONE 13 PRO MAX markalı telefon üçün 2495,96 (iki min dörd yüz doxsan beş manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 249,04 (iki yüz qırx doqquz manat, dörd qəpik)manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X5 , X4 Elegant White üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********62686 X3 11S markalı telefon üçün 243,96 (iki yüz qırx üç manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 24,04 (iyirmi dörd manat, dörd qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 X2, Trimmer Philips, Nevresim Takimi – Tekstil üçün 196,92 (yüz doxsan altı amant, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 19,08 (on doqquz manat, səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********71899 İphone 12 Pro Max markalı telefon üçün 118,48 (yüz on səkkiz manat, qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 11,52 (on bir manat, əlli iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, olan İmei kodu **********01618 Realme 8 Pro markalı telefon 45,41 (qırx beş manat, qırx bir qəpikk) manat ödənilməmiş hissə, 4,59 (dörd manat, əlli doqquz qəpik) manat cərimə, Ümumilikdə, 3744 (üç min yeddi yüz qırx dörd) manat borc və 57,44 (əlli yeddi manat, qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar