Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-507/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, üçüncü şəxs qismində "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə "hərracın yekunları barədə protokolunun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə "hərracın yekunları barədə protokolunun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Əmlak Hərrac Mərkəzi” MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi Kororğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.metr ümumi, 63.6 kv.metr yaşayış, 29.6 kv. metr yardımçı sahədən ibarət olan 31/1 nömrəli fərdi yaşayış evi və 0.0623 ha torpaq sahəsinin açıq hərracda satılması barədə 12 yanvar 2024-cü il tarixli, 09/24 saylı hərracın yekunları barədə protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 10737.22 ABŞ dolları, faiz borcu 13502,18 ABŞ dolları, cərimə borcu 130 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 413,55 ABŞ dolları, cərimə 24.782,95 ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın Azərbaycan manatı ekvivalenti hissəsində uyğun və 30 manat dövlət rüsumuna pul tutulsun. Tələb İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93,2 kv.m ümumi, 63.6 kv.m yaşayış 29.6 kv.m yardımçı sahəsən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilsin. Həmin əmlak açıq həraccda satılsın, əldə edilən pul borcun ödənilməsinə yönəldilsin. Əmlak satıldıqdan 1 ay sonra cavabdelər İddiaçı, X13, X6, X10, X3 və X1 rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv. m ümumi 63.6 kv.m yaşaış 29.6 kv.m yardımçı sahəsdən ibarət 31/1 nömrəli fərdi yaşayış evindən evindən və 0.0623 ha torpaq sahəsindən çıxarılsınlar. Həmin əmlaklar boşaldılsın. İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi Koroğlu küçəsində yerləşən 4 otaqlı 93,2 kv.m ümumi, 63.6 kv. m yaşayış , 29.6 kv.m yardımçı sahəsdən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə həmin əmlak açıq həraccda satılandan sonra isitifadə hüququ itirilsin. İpoteka predmeti olan Abşeron rayonu Mehdiabad qəsəbəsi Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi 63,6 kv.m yaşayış 29.6 kv. yardımçı sahəsdən ibarət 31/1 nömrəli fərdi yaşayış evinin və 0.0623 ha torpaq sahəsinin likvid dəyəri -ilkin satı qiyməti 72000 (yetmiş iki min) manat müəyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar "xxxx" MMC-nin qiymətləndirmə xərci ilə əlaqədar 150 manat xidmət haqqını iddiaçı tərəf ödədiyindən və hazırda iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıya aid edilsin 100 manatı isə cavabdeh İddiaçındna tutulub "xxxx" ASC-yə verilsin. İş üzrə X9 mərkəzi MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 300 manat məhkəmə xərcinin iddia qismən təmin edildiyindən xərcin 100 manat hissəsi "xxxx" ASC-dən, 200 manatı isə cavabdeh İddiaçı tutularaq “X9 Mərkəzi”-yə ödənilsin. İş üzrə "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 200 (iki) yüz manat xidmət haqqının 70 manatı iddiaçı "xxxx" ASC-dən, 130 manatı isə cavabdeh İddiaçı tutularaq həmin MMC-yə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi iə bağlı 200 manat məhkəmə xərcinin 70 manatı "xxxx" ASCdən , 130 manatı isə cavabdeh İddiaçı tutulub X2 dövlət xəzinədarlığı Ağentliyinin AZ34 CTRE**********88501 saylı hesabına köçürülməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2-2(105)-694/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Abşeron rayon İcra və Probasia Şöbəsinə həvalə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 183/2022 saylı, xx.xx.2022-ci saylı işi üzrə Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş sifariş əsasında ipoteka ilə yüklü edilmiş əmlak hərrac yolu ilə satılmış və hərracın qalibi tələbkar "xxxx" ASC olmuşdur. Qeyd etmək istəyir ki, hərrac «Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən təşkil olunmuş və 12 yanvar 2024-cü il tarixli, 09/24 saylı protokol əsasında ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı məxsus daşınmaz əmlak (Abşeron rayonu Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93,2 kv metr ümumi, 63,6 kv.metr yaşayış, 29,6 kv.metr yardımçı sahəsdən ibarət olan 31/1 nömrəli fərdi yaşayış evi və 0,0623 hatorpaq sahəsi ) 45.900 (qırx beş min doqquz) manat məbləğində satılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-183/2022 saylı, xx.xx.2022-ci il il tarixli icra vərəqəsinin icraya yönəldilməsi, icra məmuru tərəfindən aparılmış hər hansı bir hərəkət və hərracın keçirilməsi barədə onlara heç bir məlumat göndərilməmişdir. Odur ki, icra məmuru tərəfindən aparılmış hər hansı bir hərəkət barədə Abşeron rayon İcra şöbəsi heç bir məlumat verilməmişdir. Cavabdeh MMC tərəfindən keçirilmiş hərrac barədə heç bir məlumat verilməmiş və bununla da hərrac formal qaydada keçirilərək ona məxsus olan daşınmaz əmlak dəyərindən qat-qat aşağı məbləğə satılmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində "xxxx" ASC-nin nümayəndəsi X11 iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iclasın onun iştirakı olmadan keçirlənməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir.Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsi, ev 31/1 fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-183/2022 saylı icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 10737.22 ABŞ dolları, faiz borcu 13502,18 ABŞ dolları, cərimə borcu 130 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 413,55 ABŞ dolları, cərimə 24.782,95 ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın Azərbaycan manatı ekvivalenti hissəsində uyğun və 30 manat dövlət rüsumuna görə pulun tutulması, tələb İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93,2 kv.m ümumi, 63.6 kv.m yaşayış 29.6 kv.m yardımçı sahəsən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq həraccda satılması, əldə edilən pul borcun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan 1 ay sonra cavabdelər İddiaçı, X13, X6, X10, X3 və X1 rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv. m ümumi 63.6 kv.m yaşaış 29.6 kv.m yardımçı sahəsdən ibarət 31/1 nömrəli fərdi yaşayış evindən evindən və 0.0623 ha torpaq sahəsindən çıxarılması, həmin əmlakların boşaldılması, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi Koroğlu küçəsində yerləşən 4 otaqlı 93,2 kv.m ümumi, 63.6 kv. m yaşayış, 29.6 kv.m yardımçı sahəsdən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə həmin əmlak açıq həraccda satılandan sonra isitifadə hüququnun itirilməsi, ipoteka predmeti olan Abşeron rayonu Mehdiabad qəsəbəsi Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi 63,6 kv.m yaşayış 29.6 kv. yardımçı sahəsdən ibarət 31/1 nömrəli fərdi yaşayış evinin və 0.0623 ha torpaq sahəsinin likvid dəyəri -ilkin satış qiymətinin 72000 (yetmiş iki min) manat müəyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar "xxxx" MMC-nin qiymətləndirmə xərci ilə əlaqədar 150 manat xidmət haqqını iddiaçı tərəf ödədiyindən və hazırda iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıya aid edilsin 100 manatı isə cavabdeh İddiaçındna tutulub "xxxx" ASC-yə verilməsi, iş üzrə X9 mərkəzi MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 300 manat məhkəmə xərcinin iddia qismən təmin edildiyindən xərcin 100 manat hissəsi "xxxx" ASCdən, 200 manatı isə cavabdeh İddiaçı tutularaq “X9 Mərkəzi”-yə ödənilməsi, iş üzrə "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 200 (iki) yüz manat xidmət haqqının 70 manatı iddiaçı "xxxx" ASC-dən, 130 manatı isə cavabdeh İddiaçı tutularaq həmin MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi iə bağlı 200 manat məhkəmə xərcinin 70 manatı "xxxx" ASC-dən , 130 manatı isə cavabdeh İddiaçı tutulub X2 dövlət xəzinədarlığı Ağentliyinin AZ34 CTRE**********88501 saylı hesabına köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023cü il tarixli “hərracın keçirilməsi haqqında” sifarişdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti 72.000 manat müəyyən edilməklə hərracın təşkili və keçirilməsi üçün icra sənədinin sürəti Cavabdeh MMC-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı və digər şəxslərə ünvanlanmış xx.xx.2023-cü il tarixli “açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, tərəflərə xx.xx.2023-cü il tarixdə keçiriləcək açıq hərracda iştirak etmələri üçün dəvət olunmaları onlara bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “hərracın baş tutmamasına dair” protokoldan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən 4 otaqlı 93,2 kv.m ümumi, 63.6 kv.m yaşayış , 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evi və 0.0623 ha torpaq sahəsinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 12 dekabr 2023-cü il tarixinə, saat 10:00-a təyin edilmişdir. 12 dekabr 2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 12 dekabr 2023-cü il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarına əlavə olunmuş İddiaçı və digər şəxslərə ünvanlanmış xx.xx.2023-cü il tarixli “təkrar hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, tərəflərə 12 dekabr 2023cü il, saat 10:00-a təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmaması və bununla əlaqədar olaraq təkrar hərracın xx.xx.2023-cü il tarixə təyin edilməsi, keçiriləcək açıq hərracda iştirak etmələri üçün dəvət olunmaları onlara bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “hərracın baş tutmamasına dair” protokoldan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən 4 otaqlı 93,2 kv.m ümumi, 63.6 kv.m yaşayış , 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evi və 0.0623 ha torpaq sahəsinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 29 dekabr 2023-cü il tarixinə, saat 10:00-a təyin edilmişdir. 29 dekabr 2023-cü il, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 29 dekabr 2023-cü il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin "xxxx" ASC-yə edilmiş “ipoteka predmetinin əldə edilməsi” barədə təklifindən görünür ki, Banka İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən 4 otaqlı 93,2 kv.m ümumi, 63.6 kv.m yaşayış , 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evi və 0.0623 ha torpaq sahəsini təkrar hərracdaki satış qiymətindən 25 faiz az olmayan qiymətə əldə etməkləri təklif edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Cavabdeh MMC-yə ünvanladığı 09 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.0623 ha torpaq sahəsində yerləşən ü/s 93,2 kv.m olan 31/1 nömrəli fərdi yaşayış evinə dair təklifi 45900 manat olmaqla bank tərəfindən qəbul edilməsinə razılıqlarını bildirmişdirlər. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 09/24 saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokoldan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 183/2022 saylı icra vərəqəsinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən 4 otaqlı 93,2 kv.m ümumi, 63.6 kv.m yaşayış , 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evi və 0.0623 ha torpaq sahəsi 45.900 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən "xxxx" ASC-yə satılmışdır. Mülki iş materiallarına Cavabdeh MMC-nin reyestri, həmçinin zərflərin və xəbərnamələrin sürətləri əlavə edilmişdirlər. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanunu Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən 31/1 nömrəli fərdi yaşayış evi və 0.0623 ha torpaq sahə ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə qeyd edir ki, hərrac təşkilatı iddiaçı X5 bildirişlərin göndərildiyi halda onun həmin ünvanda olmaması və ya bildirişin şəxsən onun tərəfindən alınmaması halı hərrac təşkilatının məsuliyyətini yarada bilməz. Ümumiyyətlə bu məsələ ilə bağlı “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında müəyyən edilən hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mənzilə tutma yönəldilməsi barədə qətnamənin çıxarılmasından məlumatlı olsa da, Banka olan borcun ödənilməsi və mənzilə tutma yönəldilməməsi istiqamətində heç bir addım atmamışlar. Halbuki, o, hərracın nəticələri ilə maraqlanmaq barədə subyektiv öhdəlik daşımışdır. Beləliklə məhkəmə həmçinin hesab edir ki, iddiaçının İddiaçı «Əmlak Hərrac Mərkəzi” MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi Kororğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.metr ümumi, 63.6 kv.metr yaşayış, 29.6 kv. metr yardımçı sahədən ibarət olan 31/1 nömrəli fərdi yaşayış evi və 0.0623 ha torpaq sahəsinin açıq hərracda satılması barədə 12 yanvar 2024-cü il tarixli, 09/24 saylı hərracın yekunları barədə protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması tələbi əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə "hərracın yekunları barədə protokolunun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması tələbinə dair" iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə "hərracın yekunları barədə protokolunun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-507/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-507/2025
28.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver