Məhkəmə qərarları › İş №e-2(006)-5079/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5079/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5079/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixli, ********* saylı bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “İphone" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 104 AZN olmaqla, cəmi 1247,90 AZN, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı- satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Hi-Fi” markalı airpods-a görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 391,30 AZN, ümumilikdə iki müqavilə üzrə 1639,2 AZN ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı alq-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 14 manat ödəmiş və 2 müqavilə üzrə qalıq qalmış 1299,2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğininin 1% dərəcəsi ilə gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 1947 AZN təşkil edir. Cavabdehin müqavilə üzrə hər günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1947 AZN təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 194,7 AZN "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə əsasən,1039,9 AZN əsas, 155,9 AZN cərimə, cəmi 1195,8 AZN, xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən, 259,3 AZN əsas, 38,8 AZN cərimə, cəmi 298,1 AZN olmaqla, ümumilikdə iki müqavilə üzrə olan borcu 1299,2 AZN əsas, 194,7 AZN cərimə, cəmi 1493,9 AZN təşkil etmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 1039,9 AZN əsas, 155,9 AZN cərimə, cəmi 1195,8 AZN, xx.xx.2022ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 259,3 AZN əsas, 38,8 AZN cərimə, cəmi 298,1 AZN olmaqla, ümumilikdə iki müqavilə üzrə olan borcu 1299,2 AZN əsas, 194,7 AZN cərimə, cəmi 1493,9 AZN və ödənilmiş 34,93 AZN dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə bildiriş göndərilmiş, lakin məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarının araşdıraraq bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “İphone" markalı telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 104 AZN, xx.xx.2024-cü il tarixində 103,99 AZN, ümumilikdə 1247,99 AZN ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Hi-Fi” markalı airpods-a görə 12 ay ərzində ödəniş cədvəli üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 33 AZN, xx.xx.2023-cü il tarixində 28,39 AZN, ümumilikdə 391,39 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 1039,9 AZN əsas, 1559 AZN cərimə, ümumilikdə 2598,9 AZN məbləğində borcu vardır. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 259,3 AZN əsas, 388 AZN cərimə, ümumilikdə 647,3 AZN məbləğində borcu vardır. Həmçinin, işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli, ********* və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2023cü il tarixli, ********* saylı bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “İphone" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 104 AZN olmaqla, cəmi 1247,99 AZN, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı- satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “Hi-Fi” markalı airpods-a görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 391,3 AZN olmaqla, ümumilikdə iki müqavilə üzrə 1639,2 AZN ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı alq-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 14 manat ödəmiş və 2 müqavilə üzrə qalıq qalmış 1299,2 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 34,93 AZN (otuz dörd manat doxsan üç qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 1039,9 AZN əsas, 155,9 AZN cərimə, cəmi 1195,8 AZN, xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 259,3 AZN əsas, 38,8 AZN cərimə, cəmi 298,1 AZN, iki müqavilə üzrə olan borcu 1639,2 AZN əsas, 194,7 AZN cərimə, cəmi 1493,9 AZN və ödənilmiş 34,93 AZN dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 1039,90 AZN əsas, 155,90 AZN cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 259,30 AZN əsas, 38,80 AZN cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1299,20 AZN əsas, 194,70 AZN cərimə, cəmi 1493,90 AZN borcun və ödənilmiş 34,93 AZN dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar