Məhkəmə qərarları › İş №e-2(006)-5094/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5094/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5094/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən olan X1 üçün 97.02 (doxsan yeddi manat iki qəpik) manat ödənilməmiş hissə, 9.98 (doqquz manat doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Qabyuyan Bosch üçün 200 (iki yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 327 (üç yüz iyirmi yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1, Qabyuyan Bosch almış və nəticədə 327 (üç yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 520.02 (beş yüz iyirmi manat iki qəpik) manat (18 ay x 28.89 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 107 (yüz yeddi) manat olmaqla ondan, 97.02 (doxsan yeddi manat iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 9.98 (doqquz manat doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1800 (bir min səkkiz yüz) manat (18 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan Qabyuyan Bosch üçün ümumilikdə, 220 (iki yüz iyirmi) manat olmaqla ondan, 200 (iki yüz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 20 (iyirmi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2023 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 520.02 (beş yüz iyirmi manat iki qəpik) manat (18 ay x 28.89 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 107 (yüz yeddi) manat olmaqla ondan, 97.02 (doxsan yeddi manat iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 9.98 (doqquz manat doxsan səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 1800 (bir min səkkiz yüz) manat (18 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan Qabyuyan Bosch üçün ümumilikdə, 220 (iki yüz iyirmi) manat olmaqla ondan, 200 (iki yüz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 20 (iyirmi) manat cərimə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun İddiaçı MMC-yə xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 327 (üç yüz iyirmi yeddi) manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı əşyanın alqı-satqısına dair müqavilələrə əsasən İddiaçı MMC əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə aylıq ayrı-ayrılıqda 100 manat və 28.89 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən olan X1 üçün 97.02 (doxsan yeddi manat iki qəpik) manat ödənilməmiş hissə, 9.98 (doqquz manat doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Qabyuyan Bosch üçün 200 (iki yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 327 (üç yüz iyirmi yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən olan X1 üçün 97.02 (doxsan yeddi manat iki qəpik) manat ödənilməmiş hissə, 9.98 (doqquz manat doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Qabyuyan Bosch üçün 200 (iki yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; Ümumilikdə, 327 (üç yüz iyirmi yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar