Məhkəmə qərarları › İş №e-2(006)-5095/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5095/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5095/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən aldığı “Hp” markalı noutbuk, səsucaldıcı və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 89.00 manat olmaqla, cəmi 1586,10 manat; xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “TCL” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 28.00 manat olmaqla, cəmi 489,90 manat; xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Hp” markalı noutbuk və aksesuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 76.00 manat olmaqla, cəmi 1364,10 manat; xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Sony” markalı oyun konsulu və aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 99.00 manat olmaqla, cəmi 1765,20 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022ci il tarixli ********* nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 89.60 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 28.00 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 36.50 manat və xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 99.00 manat ödəniş etmiş, həmin müqavilələrə müvafiq qalıq qalmış 339.00 mamat, 405.90 manat, 983.20 manat və 1269.50 manat borcu qaytarmamışdır. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilələrinin şərtlərini pozması nəticəsində "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 339.00 manat ödənilməmiş əsas, 508.00 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu; xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 405.90 manat ödənilməmiş əsas, 608.00 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu; xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 983.20 manat ödənilməmiş əsas, 1474.00 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu; xx.xx.2022ci il tarixli ********* nömrəli müqavilə üzrə 1269.50 manat ödənilməmiş əsas, 1904.00 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu olmaqla, cəmi 2997.6 manat əsas, 449.4 manat cərimə borcu, ümumilikddə 3447 manat borc yaranmışdır. Qeyd edilən müddətli (nisyə) alqı-satqı müqavilələrinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. İddiaçı MMC tərəfindən cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90 %, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə tələb edilən 508.00 manat cərimə məbləği 50.8 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə tələb edilən 608.00 manat cərimə məbləği 60.8 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə tələb edilən 1474.00 manat cərimə məbləği 147.4 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə tələb edilən 1904.00 manat cərimə məbləği 190.4 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 339.00 manat ödənilməmiş əsas, 508.00 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 405.90 manat ödənilməmiş əsas, 608.00 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 983.20 manat ödənilməmiş əsas, 1474.00 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu və xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1269.50 manat ödənilməmiş əsas, 1904.00 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu olmaqla, cəmi 2997.6 manat əsas, 449.4 manat cərimə borcu, ümumilikddə 3447 manat borcun və 54.47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və müqaviləyə 1 №-li Əlavədən görünür ki, İddiaçı MMC “HP” markalı noutbuku Cavabdeh satmış, Cavabdeh isə alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür, məhsul həmin tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə həmin tarixə əsas borcun qalığı 339 manat, cərimənin məbləği 508.00 manat olmaqla, cəmi 847.00 manat borcu vardır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və müqaviləyə 1 №-li Əlavədən görünür ki, İddiaçı MMC “TCL” markalı televizoru Cavabdeh satmış, Cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür, məhsul həmin tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə həmin tarixə əsas borcun qalığı 405.9 manat, cərimənin məbləği 608.00 manat olmaqla, cəmi 1013.90 manat borcu vardır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və müqaviləyə 1 №-li Əlavədən görünür ki, "xxxx" MMC “HP” markalı noutbuku Cavabdeh satmış, Cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür, məhsul həmin tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə həmin tarixə əsas borcun qalığı 983.2 manat, cərimənin məbləği 1474.00 manat olmaqla, cəmi 2457.20 manat borcu vardır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və müqaviləyə 1 №-li Əlavədən görünür ki, İddiaçı MMC “Sony PlayStation 5” markalı oyunu Cavabdeh satmış, Cavabdeh isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür, məhsul həmin tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə həmin tarixə əsas borcun qalığı 1269.5 manat, cərimənin məbləği 1904.00 manat olmaqla, cəmi 3173.50 manat borcu vardır. Xəbərdalıqdan görünür ki, Cavabdeh müqavilələr üzrə yaranmış borcunun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 54.47 (əlli dörd manat qırx yeddi qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ********* nömrəli, xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2022-ci il tarixli ********* nömrəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli tarixli müqavilələr bağlanmış, müqavilələr və onlara əlavəyə əsasən, iddiaçı müxtəlif məhsulları cavabdehə satmış, cavabdeh isə alınmış əşyaların əvəzində həmin müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə əlaqədar hesab edir ki, İddiaçı MMC-nin tələbi əsas borc hissəsində təmin edilməli, cərimə borcu hissəsində isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki: xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 50.80 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 manat; xx.xx.2023-cü il tarixli ********* müqavilə üzrə 60.80 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 manat; xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 147.40 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 50 manat; xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 190.40 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 65 manat məbləğinədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 574-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: xx.xx.2022-ci il tarixli müqavilə üzrə 339 (üç yüz otuz doqquz) manat əsas borc, 20 (iyirmi) manat cərimə, cəmi 359 (üç yüz əlli doqquz) manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 405,9 (dörd yüz beş manat doxsan qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə, cəmi 425,9 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 983,2 (doqquz yüz səksən üç manat iyirmi qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə, cəmi 1033,2 (bir min otuz üç manat iyirmi qəpik) manat; xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1269,5 (bir min iki yüz altmış doqquz manat əlli qəpik) manat əsas borc, 65 (altmış beş) manat cərimə, cəmi 1334,5 (bir min üç yüz otuz dörd manat əlli qəpik) manat olmaqla, ümumilikdə 3152,6 (üç min yüz əlli iki manat altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 54.47 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 4.47 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh: xx.xx.2022-ci il tarixli müqavilə üzrə 339 (üç yüz otuz doqquz) manat əsas borc, 20 (iyirmi) manat cərimə, cəmi 359 (üç yüz əlli doqquz) manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 405,9 (dörd yüz beş manat doxsan qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə, cəmi 425,9 (dörd yüz iyirmi beş manat doxsan qəpik) manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 983,2 (doqquz yüz səksən üç manat iyirmi qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə, cəmi 1033,2 (bir min otuz üç manat iyirmi qəpik) manat; xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1269,5 (bir min iki yüz altmış doqquz manat əlli qəpik) manat əsas borc, 65 (altmış beş) manat cərimə, cəmi 1334,5 (bir min üç yüz otuz dörd manat əlli qəpik) manat olmaqla, ümumilikdə 3152,6 (üç min yüz əlli iki manat altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar