Məhkəmə qərarları › İş №e-2(006)-5151/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5151/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5151/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə (yekun məhkəmə iclasına gəlməmişdir), İddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********01826 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER , İmei kodu **********50041 SAMSUNG GALAXY S23 ULTRAmarkalı telefon,SAMSUNG 25W CHARGER, PLAYSTATİON 5, HUAWEİ FREEBUDS SE QULAQLİQ,SAMSUNG 35W CHARGER, CASİO SAAT almış və nəticədə 5982 (beş min doqquz yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2281.3 (iki min iki yüz səksən bir manat otuz qəp) manat (18 ay x 126.6 manat + 2.5 manat ilkin ödəniş) olan İmei kodu **********01826 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER üçün ümumilikdə 2341.11 (iki min üç yüz qırx bir manat on bir qəp) manat olmaqla ondan, 2152.11 (iki mi yüz əlli iki manat on bir qəp) manat ödənilməmiş hissə, 189 (yüz səksən doqquz) manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3710 (üç min yeddi yüz on) manat (18 ay x 206 manat + 2 manat ilkin ödəniş) olan İmei kodu **********50041 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon,SAMSUNG 25W CHARGER üçün ümumilikdə 2162.35 (iki min yüz altmış iki manat otuz beş qəp) manat olmaqla ondan 1853.35 (bir min səkkiz yüz əlli üç manat otuz beş qəp) manat ödənilməmiş hissə, 309 (üç yüz doqquz) manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1625.94 (bir min altı yüz iyirmi beş manat doxsan dörd qəp) manat (18 ay x 90.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilkdə 1308.3 (bir min üç yüz səkkiz manat otuz qəp) manat olmaqla ondan 1173.3 (bir min yüz yetmiş üç manat otuz qəp) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 181.92 (yüz səksən bir manat doxsan iki qəp) manat (12 ay x 15.16 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS SE QULAQLİQ,SAMSUNG 35W CHARGER üçün ümumilkdə 96.62 (doxsan altı manat altmış iki qəp) manat olmaqla ondan 74.12 (yetmiş dörd manat on iki qəp) manat ödənilməmiş hissə, 22.5 (iyirmi iki manat əlli qəp) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (6 ay x 14 manat + 36 manat ilkin ödəniş) olan, Casıo saat üçün ümumilkdə 73.62 (yetmiş üç manat altmış iki qəp) manat olmaqla ondan 41.3 (qırx bir manat otuz qəp) manat ödənilməmiş hissə, 32.32 (otuz iki manat otuz iki qəp) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2624.98 manat təşkil edir. İddiaçının tələbi: - xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01826 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER 2152.11 (iki mi yüz əlli iki manat on bir qəp) manat ödənilməmiş hissə, 189(yüz səksən doqquz) manat dəbbə; -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********50041 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon,SAMSUNG 25W CHARGERüçün 1853.35 (bir min səkkiz yüz əlli üç manat otuz beş qəp) manat ödənilməmiş hissə, 309 (üç yüz doqquz) manat dəbbə; -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5 üçün1173.3 (bir min yüz yetmiş üç manat otuz qəp) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə; -xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, HUAWEİ FREEBUDS SE QULAQLİQ,SAMSUNG 35W CHARGER üçün 74.12 (yetmiş dörd manat on iki qəp) manat ödənilməmiş hissə, 22.5 (iyirmi iki manat əlli qəp) manat dəbbə; -xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, CASİO SAAT üçün 41.3 (qırx bir manat otuz qəp) manat ödənilməmiş hissə, 32.32 (otuz iki manat otuz iki qəp) manat dəbbə. -Ümumilikdə 5982 manat borc və 79.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 03767831 saylı müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 2281.3 (iki min iki yüz səksən bir manat otuz qəp) manat (18 ay x 126.6 manat + 2.5 manat ilkin ödəniş) olan İmei kodu **********01826 SAMSUNG GALAXY S23 markalı telefon almışdır. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 03767831 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 16653202 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 3710 (üç min yeddi yüz on) manat (18 ay x 206 manat + 2 manat ilkin ödəniş) olan Samsung Galaxy S23 Markalı Telefon, Samsung 25w X8 almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 16653202 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 19601634 saylı müqaviləyə əsasən 1625.94 (bir min altı yüz iyirmi beş manat doxsan dörd qəp) manat (18 ay x 90.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 19601634 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 19611833 saylı müqaviləyə əsasən 181.92 (yüz səksən bir manat doxsan iki qəp) manat (12 ay x 15.16 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS SE QULAQLİQ,SAMSUNG 35W CHARGER almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 19611833 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 02026628 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (6 ay x 14 manat + 36 manat ilkin ödəniş) olan Casıo saat almışdır. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 02026628 nömrəli müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim Aktlarına əsasən cavabdeh tərəfindən müqavilədə göstərilən mallar qüsursuz halda təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, cavabdeh X4 iddiaçı "xxxx" MMC-yə ümumilikdə 5982 (beş min doqquz yüz səksən iki) manat borcu yaranmışdır xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzinə) əsasən, "xxxx" MMC cavabdeh X2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 79,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2024-ci il tarixlərindəki əşyanın alqı-satqısına dair müqavilələrə əsasən "xxxx" MMC müqavilədə göstərilən əşyaları X5 nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh X6 tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, cavabdeh X6 müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2024-ci il tarixli 03767831 nömrəli müqavilə üzrə 189 manat məbləğində deyil, 15 manat məbləğində, xx.xx.2023-ci il tarixli 16653202 nömrəli müqavilə üzrə 309 manat məbləğində deyil, 20 manat məbləğində, xx.xx.2023-ci il tarixli 19601634 nömrəli müqavilə üzrə 135 manat məbləğində deyil, 10 manat məbləğində, xx.xx.2023-ci il tarixli 19611833 nömrəli müqavilə üzrə 22,5 manat məbləğində deyil, 8 manat məbləğində, xx.xx.2024-ci il tarixli 02026628 nömrəli müqavilə üzrə 32,32 manat məbləğində deyil, 4 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 xx.xx.2024-ci il tarixli 03767831 nömrəli müqaviləyə əsasən, 2152,11 (iki yüz əlli iki manat on bir qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə; xx.xx.2023-ci il tarixli 16653202 nömrəli müqaviləyə əsasən, 1853,35 (bir min səkkiz yüz əlli üç manat otuz beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-ci il tarixli 19601634 nömrəli müqaviləyə əsasən, 1173,3 (bir min yüz yetmiş üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2023-ci il tarixli 19611833 nömrəli müqaviləyə əsasən, 74,12 (yetmiş dörd manat on iki qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, xx.xx.2024-ci il tarixli 02026628 nömrəli müqaviləyə əsasən, 41,03 (qırx bir manat üç qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə ümumilikdə 5351,18 (beş min üç yüz əlli bir manat on səkkiz qəpik) manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 79,82 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2024-ci il tarixli 03767831 nömrəli müqaviləyə əsasən, 2152,11 (iki yüz əlli iki manat on bir qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə; xx.xx.2023-ci il tarixli 16653202 nömrəli müqaviləyə əsasən, 1853,35 (bir min səkkiz yüz əlli üç manat otuz beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-ci il tarixli 19601634 nömrəli müqaviləyə əsasən, 1173,3 (bir min yüz yetmiş üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2023-ci il tarixli 19611833 nömrəli müqaviləyə əsasən, 74,12 (yetmiş dörd manat on iki qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, xx.xx.2024-ci il tarixli 02026628 nömrəli müqaviləyə əsasən, 41,03 (qırx bir manat üç qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə ümumilikdə 5351,18 (beş min üç yüz əlli bir manat on səkkiz qəpik) manat borc və dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddian qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar