Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5187/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin aprel - 2025-ci ilin avqust ayı üçün ödənilməmiş 28.050 (iyirmi səkkiz min əlli) manat məbləğində kirayə haqqının İddiaçı1 xeyrinə, 2024-cü ilin aprel - 2025-ci ilin avqust ayı üçün ödənilməmiş 18.700 (on səkkiz min yeddi yüz) manat məbləğində kirayə haqqının isə İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qaldırılması üçün ödənilmiş 232 (iki yüz otuz iki ) manat məbləğində dövlət rüsumunun, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində ödənişin Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 30.600 (otuz min altı yüz) manat məbləğində kirayə haqqının İddiaçı1 xeyrinə, 2024-cü ilin aprel ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 20.400 (iyirmi min dörd yüz) manat məbləğində kirayə haqqının isə İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qaldırılması üçün ödənilmiş 244 (iki yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində ödənişin Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
3. Cavabdeh MTK “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işin Nəsimi Rayon Məhkəməsinin (hakim Həbibə Miriyevanın) icraatında olan 2(006)-272/2025 nömrəli mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinə əməl edilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-272/2025 nömrəli mülki iş hazırda Nəsimi Rayon Məhkəməsinin (hakim Həbibə Miriyevanın) icraatındadır. Həmin işlə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-5187/2025 nömrəli mülki iş bir-biri ilə əlaqəlidir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı2 mülki işin mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinə etiraz etmədi.
6. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili-nümayəndəsi Nümayəndə mülki işin mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinə etiraz etmədi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh «Azəri Tikinti Şirkəti” MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iddiaçının və vəkili-nümayəndəsinin izahatını dinləyib, Cavabdeh MTK-nın nümayəndəsinin vəsatətini nəzərdən keçirib, məhkəmənin icraatında hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən müqavilə ilə bağlı olan 2(006)-272/2025 nömrəli mülki iş üzrə iddia ərizəsini və hazırkı mülki işi araşdıraraq və həmin iddia ərizəsinin məhkəmənin icraatına daha əvvəl daxil olmasını nəzərə alaraq hesab edir ki, hazırkı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir.
Əsaslandırıcı hissə:
9. Belə ki, 2(006)-272/2025 nömrəli mülki iş üzrə iddia ərizəsindən və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Azəri Tikinti Şirkəti” MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma müqaviləsinə əsasən “ikinci tərəf” – Cavabdeh MTK-nın “birinci tərəf” – İddiaçı1 qarşısında onun mülkiyyət olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin təmin edilməsi və bununla da Cavabdeh MTK tərəfindən 170 kv.m olmaqla təmirli qeyri-yaşayış sahəsinin əvəzləşdirmə müqaviləsi bağlanılaraq İddiaçı1 sahibliyinə təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə onun köçürülməsinin təmin edilməsi, xx.xx.2018-ci il tarixli, 054 saylı Razılaşma müqaviləsinə əsasən “ikinci tərəf” – Cavabdeh MTK-nın “birinci tərəf” – İddiaçı2 qarşısında onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinin təmin edilməsi və bununla da Cavabdeh MTK tərəfindən həmin daşınmaz əmlakın əvəzində 226 kv.m sahəsi olan 2 ədəd təmirli mənzilin əvəzləşdirmə müqaviləsi bağlanaraq İddiaçı2 sahibliyinə təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsinə onun köçürülməsinin təmin edilməsi, həmçinin Cavabdeh MTK-dan iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət haqqı kimi ödənilmiş 320 manat pul vəsaitinin iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. 2(006)-272/2025 nömrəli mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, İddiaçı2 iddia tələbləri ilə yanaşı Azadlıq prospekti, ev 42 ünvanında (hazırda isə Nəsimi rayon, S.Zeynalov 26 ünvanındakı) zirzəmi mərtəbəsində yerləşən (70.7+85) = 155,7 m2 sahənin tikinti altı geri qalan 230 m2 sahəsi üçün ödənilməli olan 1.084,690 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, gələcəkdə xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsi üzrə Azadlıq prospekti, ev 42, 1-ci mərtəbədəki 6/7-ci, Azadlıq prospekti, ev 40, 2-ci mərtəbədəki 18/20 mənzillərin təmiri üçün hər m2 700 manat hesabı ilə hesablanıb, ümumilikdə, 396 m2 görə 277.200 manat pulun cavabeh Cavabdeh MTK-dan tutularaq İddiaçı2 xeyrinə ödənilməsi və təmirsiz sözügedən 4 mənzilin təhvil verilməsi, həmçinin Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-5187/2025 saylı mülki iş və 2(006)-272/2025 nömrəli mülki iş üzrə ödənilmiş, ümumilikdə, 2.521,06 manat məbləğində dövlət rüsumlarının Cavabdeh MTK-dan tutularaq İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə hər iki iş üzrə materialları araşdıraraq belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin tam, obyektiv, hərtərəfli, birdəfəlik və daha çevik həllinə nail olmağa imkan verəcəkdir. Hər iki işin materiallarından görünür ki, e-2(006)-5187/2025 nömrəli mülki iş üzrə iddiaçılar və cavabdeh 2(006)-272/2025 nömrəli mülki iş üzrə iddiaçılar və cavabdeh qismində iştirak edirlər, mübahisə predmeti eyni müqavilə ilə əlaqəlidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.
13. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MTK tərəfindən verilmiş vəsatət təmin edilməli, hazırkı mülki iş, məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinə əməl edilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-272/2025 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə 2(006)-272/2025 nömrəsi verilməlidir.
Nəticə:
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “kirayə haqqının ödənilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə e- 2(006)-5187/2025 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə öhdəliyinə əməl edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-272/2025 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(006)-272/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.
Hakim: Günay Abidova