Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5225/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatət ünvanlayaraq, 2(006)- 5225/2024 saylı mülki işin Nəsimi rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan e-2(006)-4406/2024 saylı mülki işlə birləşdirilərək birlikdə baxılmaq üçün hakim Ramin Xəlilovun icraatına göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə məhkəmənin hazırlıq iclasının başqa vaxta keçirməklə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" mülki iş məhkəmənin digər hakiminin icraatında olan e-2(006)- 4406/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, hazırki iş üzrə Cavabdeh "mülkiyyət hüququnun tanınması və sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbi ilə İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia əriəzəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4406/2024 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, tərəflərin icraatın birləşdirilməsinə etiraz etmədiklərini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" e-2(006)-5225/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Məmmədov Zı̇ yadxan Nəsı̇ b oğlunun cavabdeh tol̇ıP" İnşaat-A" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı mənzilə "mülkiyyət hüququnun tanınması və sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair dair e-2(006)-4406/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" e-2(006)- 5225/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Məmmədov Zı̇ yadxan Nəsı̇ b oğlunun cavabdeh tol̇ıP" İnşaat-A" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı mənzilə "mülkiyyət hüququnun tanınması və sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair dair e-2(006)-4406/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-4406/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(006)-5225/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5225/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver