Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-533/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «kompensasiya və pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda mülkiyyətində olduğu ev məhrum anasından iddiaçıya vəsiyyət edilmişdir və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publi Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 32, 28 saylı mənzil onun tam mülkiyyətindədir. Həmin mənzildə iddiaçı ilə yanaşı qızı Cavabdeh və nəvəsi X16 qeydiyyatdadır. Artıq bir neçə aydır ki, qızı əri ilə birgə iddiaçını mənzildən çıxarmışlar, mənzilə daxil olmağa və mülkiyyət hüququndan istifadə etməyə maneələr törədirlər. Bununla yanaşı iddiaçını təhqir edirlər və mənzilə dair hüquqlarını əlindən alınması ilə hədə-qorxu gəlirlər. Göstərilənlərə əsasən Cavabdeh 10.000 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə və qızı Cavabdeh, nəvəsi X8 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Öz növbəsində, iddiaçı Cavabdeh İddiaçı qarşı «kompensasiya və pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, nə onun, nə də əri tərəfindən anası İddiaçı mənzilə gəlib getməsinə maneələr yaratmamışdır. Bunların hamısı yalan, cəfəngiyat və qəsdən uyduran şər böhtandır. Əksinə anası Ələkbərov Famil adlı bir şəxslə evləndiyi üçün həmin şəxsi evə gətirmək istəməsi onların arasında söz-söhbətə səbəb olmuşdur. Belə ki, anası 3 «b» psixi xəstədir. Əvvəllər spirtli içki aludəçisi olmuşdur. İddiaçı öz doğma anası X5rşı çox kobud davranaraq dəfələrlə onu döymüşdür. Mərhum nənəsi X11raciyər serrozu xəstəliyindən vəfat etmişdir.İddiaçı mərhum anası Anna Nazarkinaya qarşı kobud davranışı barədə kifayət qədər sübutlar, səs yazıları və foto şəkillər vardır. Mübahisəli mənzil əvvəllər X10 mülkiyyətində olmuşdur. O, ölən günə kimi Cavabdeh himayəsində yaşamışdır. Mərhum nənəsi Anna Nazarkinanın iki qız övladı olub. Onların heç biri anaları Anna Nazarkina xəstə olarkən ona normal övlad kimi qulluq göstərməmişdirlər. Hətta nənəsi Anna Nazarkina öləndə tabut ortalıqda qalmış, qızları gəlib çıxmamışlar. Gecəni səhərə kimi Cavabdeh mərhuməyə dəfn üçün lazımi ehtiyacları qarşılamışdır. X22 öləndən sonra İddiaçı vərəsəlik qaydasında yəqin həmin mənzili öz adına qeydiyyata aldırmışdır. Onun iki nüsxədən ibarət açarı olub. Cavabdeh ona qarşı heç vaxt hörmətsizlik etməmişdir. Əksinə İddiaçı dəfələrlə içkili olaraq Cavabdeh şiddət göstərərək ona qarşı işgəncələrə əl atmışdır. Bu faktları qonşular da təsdiq edə bilərlər. İddiaçı Cavabdeh deyirmiş ki, indiki evləndiyi şəxs Famil Ələkbərov əvvəllər adam öldürmə maddəsi ilə Rusiyada həbsxanada yatmış və pis vərdişləri var. Ona görə də Cavabdeh anası Natalya Vladimirovnaya evləndiyi şəxs Famil Ələkbərovu evə gətirməsindən narahat olduğunu, onun pis vərdişləri olması səbəbindən ona güvənmədiyini bildirərək Natalyanın deyil, Famil Ələkbərovun onlarla birlikdə yaşamasına narazılığını bildirdiyi üçün İddiaçı belə bir iddia qaldırmışdır. Cavabdeh İddiaçı tərəfindən ona ödənilməsini təklif etdiyi 10.000 manat kompensasiyanın məbləğindən narazıdır və həmin ərazidə iki otaqlı orta təmirli içərisində əşya olan mənzilin aylıq kirayə haqqı 450 manatdan başlayır. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Cavabdeh Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitdə müqayisədə oxşar yaşamq imkanını vermək üçündür. İddiaçı tərəfindən təklif olunan 10.000 manat kompensasiyanın məbləği cavabdehə və onunla birlikdə yaşayan azyaşlı uşağı ilə birlikdə Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanını verir. Hal-hazırda həmin ərazidə iki otaqlı mənzilin orta bazar qiyməti 80-100 min manatdır. Aylıq kirayə haqqı isə 450-500 manatdır. Kompensasiya isə ağlabatan müddət üçün müəyyən edildiyindən 3 il üçün kompensasiya ödəmək nəzərdə tutulur. Belə olan halda 36 ay x 500 manata = 18.000 manat edir. Nəzərə alsalar ki, İddiaçı iki nəfərin istifadə hüququna xitam verilməsini tələb edirsə, bu halda kompensasiyanın məbləği 36.000 manat müəyyən edilməlidir. İstifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə formalaşmış məhkəmə təcrübəsi kimi iddiaçı məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği ilə razılaşmayacağı təqdirdə iddia tələbi rədd edilir. İddiaçı da həmin qətnamədən narazı qaldığı halda yuxarı instansiya məhkəmələrinə şikayət edə bilmək hüququndan istifadə edə bilir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mülki iş üzrə cavabdeh ƏlNümayəndə2 Sergeyevna çıxarılması tələb edilən mənzilin təmiri üçün 6.000 manat pul xərcləmişdir. Belə ki, İddiaçı Famil Ələkbərov adlı şəxslə evlənərək Famil ilə çıxıb getdiyi və o evdə yaşamadığı üçün məcbur qalaraq evin damından su axdığına görə usta çağıraraq dama (bitum) tol və qır çəkdirmiş, qonaq otağında qonşuya səs getdiyi və teztez aralarında səs-küyə görə mübahisələri yarandığından 10 sm.enində otaq darlaşaraq kərpicdən ara divarı çəkmiş, savanmış, şpoklovka çəkildikdən sonra otağın bir tərəf divarına kağız oboyu, o biri divarına isə maye oboyu çəkdirmiş, iki ədəd mətbəx mebel və otaqdakı pəncərələri dəyişərək plastik pəncərə qoydurmuş, hamamı təmir etdirmiş, iki metr hündürlükdə kafel vurulmuş, yerinə metlağı və trapı dəyişdirərək yenilənmiş, ayaq yolu (tualet) metlağı və trapı yenilənərək izolyasiya çəkilərək dəyişdirilmişlər. Yataq otağı təmir edilərək oboylanmış, mətbəxə moyka şkafı alınaraq yenilənmiş, evin girişinə və yataq otağına şkaf alınmış, istilik sistemi hər otağa və mətbəxə yeni xətt çəkilərək radiatorları təzələnmiş, hamamın, mətbəxin krantları və şlanqları yenilənərək təzələnmişdir. Bu işlərin hamısını Cavabdeh hissə-hissə olmaqla təmir elətdirmişdir. Ona görə də onun barəsində qaldırılmış iddia tələbi məhkəmədə hazırki bazar qiyməti ilə müəyyən olunacaq kompensasiyanın məbləği ilə iddiaçı razılaşaraq cavabdehin özünə və qızına Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını tənzimləyərsə, həmin mənzilin təmirinə xərclənmiş 6000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyirlər. Göstərilənlərə əsasən ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, Cavabdeh ilə qızı X8 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları tələbi barədə 2(006)-5350/2022 saylı mülki iş üzrə məhkəmə tərəfindən Cavabdeh ilə qızı X8 da mənafeyi nəzərə alınmaqla onların hər ikisinə ağlabatan məbləğdə bazar qiymətinə uyğun kompensasiya məbləğinin müəyyən edilməsi, ünvan 2 ünvanında yaşayan və həmin mənzilin təmiri üçün Cavabdeh tərəfindən xərclənmiş 6000 manat pulun ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə isə cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Sonra ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki iş üzrə ekspert rəyinə əsasən ona məxsus mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 450 manat müəyyən edilmişdir. Məhz elə buna görə o, iddia tələbində göstərdiyi kompensasiya məbləğini artıraraq 16.200 manat kimi göstərmək istəyir. Göstərilənlərə əsasən Cavabdeh 16.200 manat məbləğində kompensasiya verilməklə (ödənilməklə), istifadə hüququna xitam verilməsi və qızı Cavabdeh, nəvəsi X8 iddiaçıya məxsus ünvan 3 ünvanında mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının (ilkin iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində həmin ərazidə kirayə haqqı 450 manat müəyyən edildiyinə görə iddiaçı kompensasiya məbləğinin 16200 manat ödənilməsini təklif etmiş, Cavabdeh qızına kompensasiya ödənilməsini təklif etməmişdir. Ona görə də təklif edilən kompensasiyasının məbləği ilə razılaşmırlar. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləği bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mülki iş üzrə cavabdeh ƏlNümayəndə2 Sergeyevnanın çıxarılması tələb edilən mənzilin təmiri üçün 6.000 manat pul xərcləmişdir. Belə ki, İddiaçı Famil Ələkbərov adlı şəxslə evlənərək Famil ilə çıxıb getdiyi və o evdə yaşamadığı üçün məcbur qalaraq evin damından su axdığına görə usta çağıraraq dama (bitum) tol və qır çəkdirmiş, qonaq otağında qonşuya səs getdiyi və tez-tez aralarında səs-küyə görə mübahisələri yarandığından 10 sm.enində otaq darlaşaraq kərpicdən ara divarı çəkmiş, savanmış, şpoklovka çəkildikdən sonra otağın bir tərəf divarına kağız oboyu, o biri divarına isə maye oboyu çəkdirmiş, iki ədəd mətbəx mebel və otaqdakı pəncərələri dəyişərək plastik pəncərə qoydurmuş, hamamı təmir etdirmiş, iki metr hündürlükdə kafel vurulmuş, yerinə metlağı və trapı dəyişdirərək yenilənmiş, ayaq yolu (tualet) metlağı və trapı yenilənərək izolyasiya çəkilərək dəyişdirilmişlər. Yataq otağı təmir edilərək oboylanmış, mətbəxə moyka şkafı alınaraq yenilənmiş, evin girişinə və yataq otağına şkaf alınmış, istilik sistemi hər otağa və mətbəxə yeni xətt çəkilərək radiatorları təzələnmiş, hamamın, mətbəxin krantları və şlanqları yenilənərək təzələnmişdir. Bu işlərin hamısını Cavabdeh hissə-hissə olmaqla təmir elətdirmişdir. Ona görə də onun barəsində qaldırılmış iddia tələbi məhkəmədə hazırki bazar qiyməti ilə müəyyən olunacaq kompensasiyanın məbləği ilə iddiaçı razılaşaraq cavabdehin özünə və qızına Bakı şəhərində həmin ərazidə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını tənzimləyərsə, həmin mənzilin təmirinə xərclənmiş 6000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsində Cavabdeh özü və qızı üçün hər birinə 18.000 manat olmaqla cəmi 36.000 manat məbləğində kompensasiya, 6000 manat isə mənzilə təmir üçün xərclədiyi pulun anası İddiaçı alınaraq ona ödənilməsini qeyd etmişdir. İddiaçı kirayə haqqı kimi 450 manat nəzərdə tutaraq 16200 manat kompensasiya təklif etsə də, qarşılıqlı iddia ərizəsi verərkən kirayə haqqının 450-500 manat arasında olmasına dair ev alqı-satqı ofislərindən arayış təqdim etmişlər. Hal-hazırda Cavabdeh başqa yaşayış evi olmadığı üçün hesab edirlər kirayə haqqı 500 manat hesablanaraq 18.000 manat olmalı və X12 da eyni qaydada 18.000 manat kompensasiya ödənilməlidir. Göstərilənlərə əsasən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddia tələbinin Cavabdeh və X12 hər birinə ayrı-ayrılıqda 18000 manat olmaqla 36000 manat kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddia iddiaçı Cavabdeh tərəfindən mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 6.000 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddia ərizəsini müdafiə edərək onun təmin edilməsinə, qarşlıqlı iddianı qəbul etməyərək onun təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, 2017-ci il tarixdə ilkin iddia üzrə cavabdeh özünə «AAAF Park» yaşayış kompleksindən özünə mənzil almışdır. Həmin mənzil çıxarışsız olmuşdur. Daha sonra həmin mənzil dəyəri ilkin iddia üzrə cavabdehə tam ödənilməklə başqa şəxsə satılmışdır. Bundan görünür ki, onun yaşamağa başqa bir yaşayış sahəsi olsa da, o, heç vaxt mübahisəli mənzildən çıxaraq mülkiyyətində olan mənzilə köçmək niyyətində olmamışdır. Bununda səbəbi o idi ki, o, bilirdi ki, bunu edərsə mübahisəli mənzilə olan hüquqlarını itirəcəkdir. Bundan başqa o, özünü mübahisəli mənzildən başqa yaşayış sahəsi, vəsatəti olmayan, həmin mənzilə ehtiyacı olan kimi göstərsə də, daha sonra özünə avtomobil belə almışdır, halbuki, həmin pulla başqa bir yaşayış sahəsi də əldə edilə bilərdi. Bundan başqa, mübahisəli mənzildə ilkin iddia üzrə cavabdehlə birlmkdə onun həyat yoldaşı da yaşayır ki, onun da adına Xaçmaz rayonunda torpaq sahəsi vardır. Bundan əlavə, qarşı tərəf mübahisəli mənzili təmir etdirdiklərini və nəticədə 6.000 manat xərcləri çıxdığını iddia etsələr də, AR X14 əldə etdiyi məlumata əsasən ilkin iddia üzrə cavabdeh və onun həyat yoldaşı uzun müddətdir ki, heç bir əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul deyillər. Onlar uzun müddət mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi və ilkin iddia üzrə cavabdehin nənəsi X10 aldığı pensiya ilə yaşamışlar. Mübahisəli mənzil 2022-ci ildə hüquqlarını müdafiə etdiyi şəxsə anasının vəfatı ilə əlaqədar vəsiyyətnamə ilə keçmişdir. İlkin iddia üzrə cavabdeh uşaqlığından bəri həmin evdə yaşamış, daha sonra həyat yoldaşı da həmin mənzilə köçmüşdür. Onlarda olan məlumata əsasən ilkin iddik üzrə cavabdeh hətta bir müddət mübahisəli mənzildə deyil, həyat yoldaşı ilə başqa yerdə yaşamış, lakin daha sonra ilkin iddia üzrə iddiaçı ilə aralarında mübahisəli mənzillə bağlı mübahisələr olduğundan, evin əlindən çıxacağından qorxaraq, həmin evə qayıtmışdır. Bütün bu qeyd edilənlərdən görünür ki, qarşı tərəfin mübahisəli mənzilə ehtiyacı olmamış, başqa yaşayış sahəsinə sahib olsa da və orada yaşamağa imkanı olsa da, qərəzli şəkildə mübahisəli mənzildən çıxmamışdır. Tərəflərdən kompensasiyanın verilməsinə səbəb isə bunun zəruri olması ilə bağlı deyil, ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdeh, yəni qızına qarşı olan humanizmin göstəricisidir. Göstərilənlərə əsasən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Əvvəlki məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında götərmişdir ki, 1981-ci ildə o, mübahisə predmeti olan evdə doğulmuşdur və həmin vaxtdan da 41 ildir ki, həmin evdə qeydiyyatda olmaqla yaşayır. 2016-cı ildə qızı dünyaya gəldikdən sonra o, da həmin evdə qeydiyyata düşmüşdür. Hazırki iş üzrə iddiaçı olan anası İddiaçı 2009-cu ildən həmin evdə yaşamır. Mərhum nənəsi onunla birlikdə qalmış və ona həyat yoldaşı və o, baxmışlar. Nənəsi həyatda olarkən həmin evin anası ilə onun arasında bölünməsini istəmişdir. İddia ərizəsində anasının həmin evə gəlməsinə maneə yaratması və onu evdən çıxarması isə tam yalandır. Onun öz açarı var. İstədiyi vaxt gəlir. Ona heç bir maneə yaradılmır. Göstərilənlərə əsasən ilkin iddia üzrə cavabdeh iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddi üzrə cavabdehin) nümayəndəsinin və vəkilin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Belə ki, iş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən X9 ilə X19 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanılmış və bu barədə Cəlilabad rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 466 saylı akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Əmirxanova soyadı verilmişdir.
12. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri 22 saylı dövlət notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilən və reyestrdə 3 nömrəli ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan qızı İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: X13 məxsus olan ünvan 3, Yeni qaydalarla: AZ 1111, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 42,47 kv.m.olan mənzildən ibarətdir.
13. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 3 - Yeni qaydalarla: AZ1111, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 42,47 kv.m. olan mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
14. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/9-02228 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi əmlak bölgüsü tələbi üzrə xx.xx.2022-ci il tarixdə saat 12.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, 57763854 nömrəli arayışın surətindən görünür ki, X16 və Cavabdeh Segeyevna Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, H.B.Əliyev küçəsində yerləşən 32 saylı evin 28 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar.
16. İş materiallarında olan «Daşınmaz Əmlak Agentliyi»nin direktoru İlqar İsmayılov tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış məlumatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Hüseynbala Əliyev küçəsində 2 otaqlı, orta təmirli və içərisində əşya olan mənzillərin aylıq kirayə haqqı 450 manatdan başlayır.
17. "xxxx" MMC tərəfindən tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən 32 saylı evin 28 saylı mənzilinin bazar dəyəri 95.000 manat təşkil edir. 18. İş materiallarında olan İddiaçı sifarişinə əsasən «Yeni Dövr» qiymətləndirmə mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 3, yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən mənzilin qiymətləndirmə tarixinə olan bazar dəyəri 79.250 manat və qiymətləndirmə obyektinin aylıq kirayə haqqı 340 manat müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4374 saylı, 07 avqust 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 32 saylı evin, ümumi sahəsi 42,47 kv.m. təşkil edən 28 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 450 manat müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.
20. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən «Kredo» Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş əmək müqaviləsi bildirişlərdən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək «Uğur-97» firmasında «menecer» vəzifəsində, X9 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMCdə «paltaryuyan» vəzifəsində işləmişlər.
21. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Kredo» Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********66 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Xudaş şəhərində ümumi birgə 2.6444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Xudat şəhərində ümumi birgə 0,08 ha torpaq sahəsinə verilmiş (6 nəfər ailə üzvü olmaqla) xx.xx.2002-ci il tarixli, JN-034A KOD 30202004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» aşkar edilmişdir. Yuxarıda qeyd olunan torpaq sahələrinin üzərində yüklülük qeydə alınmamışdır. Cavabdeh adına isə ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
22. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən «Kredo» vəkil bürosunun vəkili Nümayəndə2 ünvanlanmış xx.xx.2023cü il tarixli məktubundan və ona əlavə edilmiş arayışından görünür ki, Cavabdeh adına xx.xx.2018-ci il tarixdə «Mercedes Benz A190» markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur və etibarnamə ilə istifadəsinə nəqliyyat vasitəsi verilməmişdir. X4 adında etibarnamə ilə istifadəsində və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur.
23. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Kredo» Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X13 xx.xx.1990-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyasının növü xx.xx.2004-cü il tarixdən İİ dərəcə (orqanizmin funksiyalarının 31-60 faiz pozulması) əlilliyə görə əmək pensiyası növünə dəyişdirilmişdir. Vətəndaşın əmək pensiyasının ödənişi vəfat etməsi səbəbindən xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. A.Nazarkinanın vəfat etdiyi tarixə əmək pensiyasının məbləği 601,01 manat təşkil etmişdir.
24. İş materiallarında olan «Elektron notariat» X1 Çıxarışından görünür ki, Cavabdeh tərəfindən yazılmış və Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən o, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa etdiyi bina 2, 29,2 kv.m. sahəsi olan, 1 otaqlı, 187 nömrəli mənzil tipli mansardda olan pay hüququndn imtina edir, pay hüququnun və həmin mənzilin digər şəxsin adına sənədləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə, "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Onu payçılıqdan azad edilməsini xahiş etmişdir.
25. İş materiallarında olan "xxxx" MMC tərəfindən «Kredo» vəkil bürosunun vəkili Nümayəndə2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh və X4 adına daşınmaz əmlak qeydə alınmamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş bina 2, 187 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə alıcı Cavabdeh tərəfindən alınmışdır. xx.xx.2020-ci il tarixdə satıcı Cavabdeh və X4 razılıq ərizələri əsasında alıcı X2 adına xx.xx.2020-ci il tarixli, M-5705 nömrəli mənzil tipli mansardın alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir.
26. İş materiallarında olan «Satıcı» qismində "xxxx" MMC ilə «Alıcı» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, B/0130 nömrəli mənzil tipli mansardın alqı-satqısı haqqında müqaviləsinin surətindən görünür ki, «Cəmiyyət» Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanındyoxdur. Ga «AAAF- Park» yaşayış massivin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 29,2 kv.m. ibarət, 1 otaqlı 187 №-li mənzil tipli mansardı «Alıcı»ya təhvil verməyi, «Alı»cı isə bunun qarşılığında «Cəmiyyətə» razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür (bənd 1.1). Bu müqavilə üzrə 1 kv.m-lik sahəsinin qiyməti 450 manat olmaqla, müqavilənin qiyməti cəmi 13.140 manat müəyyən edilmişdir (bənd 2.1). «Alıcı» müqavilə qiymətindən 10.220 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 2920 manatlıq məbləği 1 ay müddətində ödəməyi qəbul etmişdir (bənd 2.2).
27. İş materiallarında olan X9 tərəfindən yazılmış və Abşeron rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli **********590 nömrəli ərizənin surətindən görünür ki, o, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa etdiyi bina 2, 29,2 kv.m. sahəsi olan, 1 otaqlı, 187 nömrəli mənzil tipli mansardın satılmasına və Cavabdeh pay hüququnun digər şəxsin adına sənədləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir maddi iradı və tələbi olmayacaq.
28. İş materiallarında olan X15 tərəfindən yazılmış və Abşeron rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli **********589 nömrəli ərizənin surətindən görünür ki, o, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa etdiyi bina 2, 29,2 kv.m. sahəsi olan 1 otaqlı, 187 nömrəli mənzil tipli mansardda olan pay hüququndan imtina edir, pay hüququnun və həmin mənzilin digər şəxsin adına sənədləşməsinə heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir maddi iradı və tələbi olmayacaq. Onu payçılıqdan azad edilməsini xahiş etmişdir.
29. İş materiallarında olan «Cəmiyyət» qismində "xxxx" MMC ilə «Alıcı» qismində X3 tərəfindən bağlanmış xx.xx.2020-ci il tarixli M-5705 nömrəli mənzil tipli mansardın alqısatqı müqaviləsinin surətindən görünür ki, «Cəmiyyət» Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2, mərtəbəmansard, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın çol hissəsindən hesablanmaqla) 29,2 kv.m. ibarət, 1 otaqlı 187 №-li mənzil tipli mansard «Alıcıya» təhvil verməyi, «Alıcı» isə bunun qarşılığında «Cəmiyyətə» razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür (bənd 1.1). Bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 450 manat olmaqla, müqavilənin qiyməti cəmi 13.140 manat müəyyən edilmişdir (bənd 3.1). «Alıcı» müqavilə qiymətindən 13.140 manatı şəxsi vəsaiti hesabına ödəmişdir (bənd 3.2).
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
30. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin 28 saylı mənzili İddiaçı anasının mülkiyyətində olmuş, anasının 2022-ci ildə ölümündən sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzil ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mülkiyyətinə keçmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı doğma qızıdır. Cavabdeh mübahisəli mənzildə doğulub yaşamışdır və . 2015-ci ildə Cavabdeh ailə həyatı qurmuş və həyat yoldaşının yaşadığı evinə gəlin köçmüşdür. 2017-2018-ci illərdə Cavabdeh öz adına daşınar və daşınmaz əmlaklar əldə etmişdir, sonra həmin əmlakları satmışdır. Hazırda Cavabdeh, öz qızı və həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Hazırda ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı könüllü surətdə kompensasiya verməklə ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan mənzildən çıxarılmısı, qarşılıqlı iddia üzrə iddiaçı isə kompensasiya məbləği ilə razılaşmadığından daha yüksək məbləğ tələb etməklə mənzilə onun tərəfindən çəkilmiş xərcidə tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
31. Məhkəmə ilk öncə verilmiş ilkin iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir.
32. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli mənzildə qeydiyyatda olmuş qızı Cavabdeh əri ilə birlikdə onu mənzildən çıxarmışlar, mənzilə daxil olmağa və mülkiyyət hüququndan istifadə etməsinə maneçilik törədirlər. Bu səbəbdən o, Cavabdeh 16.200 (on altı min iki yüz) manat məbləğində kompensasiya verilməklə (ödənilməklə), istifadə hüququna xitam verilməsi, qızı Cavabdeh və nəvəsi Leyli Əmirxanovanın ona məxsus ünvan 3 ünvanında mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
35. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh mübahisəli mənzildə doğulduğundan, onun həmin mənzilə dair hüquq münasibətləri xx.xx.2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, ilkin iddia üzrə iddiaçının irəli sürdüyü tələbə, yəni cavabdehin istifadə hüququna xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir.
36. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2013cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
37. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir.
38. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
39. Qeyd edilən Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
41. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
42. Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin qüvvəyə mindiyi tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından istifadə hüququ əldə etmiş ailə üzvünün istifadə hüquqlarına xitamı qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından həll edilməlidir.
43. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları,o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
44. Lakin məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdehin əvvəlki Mənzil Məcəlləsinin 123-cü madəsinin tələbinə əsasən istifadə hüququ mövcud olmuş olsada o, 2015-ci ildə ailə həyatının qurmasından və daimi yaşamaq üçün həyat yoldaşının yaşadığı Cəlilabad rayonunda yerləşən evinə gəlin köçməsindən, mübahisəli mənzildə uzun müddət ərzində yaşamadığından, 2017-ci ildə daşınmaz əmlakın əldə etməsindən və öz adına rəsmiləşdirilməsindən, daha sonra onu satılması səbəbindən hazırda cavabdehin mübahisəli mənzilə hər hansı istifadə hüququnun qalmasındanda söhbət gedə bilməz.
45. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin mübahisəli mənzilə artıq istifadə hüququnun qalmadığından, iddiaçının mübahisəli mənzil üzrə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələbi təmin edilə bilməz. Yəni mövcud olmayan hüquqa xitam verilməsi qanuni hesab edilə bilməz.
46. Bununla belə məhkəmə ilkin iddia üzrə cavabdehin mənzildən istifadə etməsinə son qoyulması və onun mənzildən çıxarılması ilə əlaqədar 16.200 (on altı min iki yüz) manat pulun iddiaçı tərəfindən könüllü qaydada təklif edilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb təmin edilməlidir. Yəni qanunvericilik yalnız istifadə hüququna xitam verilərkən onun ədalətli kompensasiyasını nəzərdə tutsa da, məhkəmə mülkiyyətçinin iradə ifadəsinə uyğun cavabdehə kompensasiya verilməklə mənzildən çıxarılmasını qanuna zidd tələb kimi hesab etmir. Bu halda həmçinin məhkəmə hesab edir ki, istifadə hüququ mövcud olmadığıdan və kompensasiyanın miqdarının ədalətli olubolmamasının yenidən məhkəmə qaydasında araşdırılmasına zərurət qalmamışdır (mülkiyyətçi tərəfindən könüllü qaydada verilən vəsait olduğundan).
47. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə kompensasiyanın verilməsi və onun mənzildən çıxarılması hissəsində qətnamə eyni vaxtda icra olunmalıdır (hər iki tərəfin qanuni mənafelərinin qorunmasının və hüquqdan sui-istiadənin qarşısının alınması məqsədil).
48. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən, bu halın özü onun mübahisəli mənzil üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır.
49. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir.
50. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mübahisəli mənzildə qeydiyyatda olmaqla öz ailəsi ilə birlikdə yaşayır. O, həmin mənzilin təmiri üçün 6000 (altı) manat pul xərclənmişdir.Hal-hazırda onun başqa yaşayış yeri olmadığı üçün kirayə haqqı 500 (beş yüz) manat hesablanaraq 18.000 (on səkkiz min) manat olmalı və onun qızına da eyni qaydada 18.000 (on səkkiz min) manat kompensasiya ödənilməlidir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ona qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddia tələbinin ona və X12 hər birinə ayrı-ayrılıqda 18000 (on səkkiz min) manat olmaqla 36000 (otuz altı min) manat kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi, onun tərəfindən mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 6.000 (altı min) manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
51. Məhkəmə qeyd edir ki, bu qətnamənin 31-46-cı bəndlərindəki hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının sözügedən mənzildə əvvəl yaranmış istifadə hüququ artıq aradan qalxdığından (mövcud olmadığından) yenidən müvafiq kompensasiyanın verilməsi tələbindən söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi 36000 (otuz altı min) manat kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməməlidir.
52. Məhkəmə qarşılıqlı iddia tələbinin mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 6000 (altı min) manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz.
53. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzildə təmir edilməsi üçün 6000 (altı min) manat məbləğində xərc çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
54. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki ilkin iddia üzrə cavabdeh sözügedən mənzildən uzun müddət istifadə etmiş , əgər edilən təmirin (varsa əgər) onun tərəfindən edilməsi (sübuta yetirilə bilmir) halından belə öz şəxsi istifadəsinin daha əlverişli hala gətirilməsi üçün təmir etmişdir ki, buda könüllü qaydada həyata keçirilmişdir. Bu halın özüdə qarşılıqlı iddianın təmir xərcinin tutulması hissəsini daha əsassız hesab edilməsinə gətirib çıxarmışdır.
55. Bu səbəbdən məhkəmə hesab edir ki, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 6000 (altı min) manat pulun tutulması hissəsində tələb təmin edilməməlidir.
56. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
59. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
60. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair ilkin iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 16.200 (on altı min iki yüz) manat pul verilməklə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin 28 saylı mənzilindən (Yeni qaydalarla: AZ111, ünvan 6) Cavabdeh və onun qızı X16 çıxarılmalı, qətnamə Cavabdeh 16.200 (on altı min iki yüz) manat pul verilməklə mənzildən çıxarılması hissələrində eyni vaxtda icra edilməli, ilkin iddia tələbi Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin 28 saylı mənzili (Yeni qaydalarla: AZ111, ünvan 6) üzrə istifadə hüquqlarına xitam verilməsi hissəsində onun həmin mənzilə istifadə hüquqları müəyyən edilmədiyindən təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «kompensasiya və pul» tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilməməlidir.
61. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
62. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ13ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ10NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülməlidir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair ilkin iddia tələbləri qismən təmin edilsin. Cavabdeh 16.200 (on altı min iki yüz) manat pul verilməklə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin 28 saylı mənzilindən (Yeni qaydalarla: AZ111, ünvan 6) Cavabdeh və onun qızı X16 həmin mənzildən çıxarılsınlar. Qətnamə Cavabdeh 16.200 (on altı min iki yüz) manat pul verilməklə mənzildən çıxarılması hissələrində eyni vaxtda icra edilsin. İlkin iddia tələbi Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin 28 saylı mənzili (Yeni qaydalarla: AZ111, ünvan 6) üzrə istifadə hüquqlarına xitam verilməsi hissəsində onun həmin mənzilə istifadə hüquqları müəyyən edilmədiyindən təmin edilməsin. Bu qətnamə Cavabdeh və X8 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 32 saylı evin 28 saylı mənzil (Yeni qaydalarla: AZ111, ünvan 6) üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «kompensasiya və pul» tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ13ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ10NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov