Məhkəmə qərarları › İş №e-2(006)-5433/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5433/2022

25.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5433/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 14 nömrəli notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh1 qarşı (X10, X6, X11, X8, Həsənov Fərhad şahid oğlu, X1, X12, X2, X3, X7, X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 14 nömrəli notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh1 qarşı (X10, X6, X11, X8, Həsənov Fərhad şahid oğlu, X1, X12, X2, X3, X7, X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, pay hüququnun tanınması” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanaraq məhkəməyə verilmişdir. Belə ki, ərizə imzalanmış, ərizəni imzalayan Nümayəndə iddia ərizəsinə etibarnamə əlavə etmişdir. Lakin iddia ərizəsini imzalayan şəxsin iddiaçı ilə yaxın qohumluq əlaqəsi və ya vəkillik fəaliyyəti ilə məşğul olması ilə bağlı ərizəyə hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Beləliklə, iddia ərizəsini imzalayan şəxsin iddiaçı ilə yaxın qohumluq əlaqəsi və ya vəkillik fəaliyyəti ilə məşğul olması ilə bağlı ərizəyə hər hansı sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 14 nömrəli notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh1 qarşı (X10, X6, X11, X8, Həsənov Fərhad şahid oğlu, X1, X12, X2, X3, X7, X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğ ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar