Məhkəmə qərarları › İş №e-2(006)-5437/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5437/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5437/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclas katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Toshiba markalı paltaryuyan, LG markalı soyuducu, 2 ədəd Samsung markalı TV, Hansa markalı plitə, LG LED markalı TV, Gorenje markalı aspirator, Diamond-yataq-çarpayı, Marselyataq-4 qapılı dolab, Diamond-yataq-surgulu dolab, Diamond-yataq-sag tumba, Marselyataq-çarpayı-bazalı, Marsel-yataq-tumba, Apple Watch ultra 2 qol saatı, İmei kod **********65959 İPAD PRO markalı planşet, Gree markalı kondisioner, 2 ədəd matras-lotus almış və nəticədə 8190.48 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 12233.03 manat (yəni 24 ay x 467.46 manat + 1013.99 manat ilkin ödəniş) olan Toshiba markalı paltaryuyan, LG markalı soyuducu, 2 ədəd Samsung markalı TV, Hansa markalı plitə, LG LED markalı TV, Gorenje markalı aspirator üçün ümumilikdə 4611.85 manat olmaqla, ondan 4192.59 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 419.26 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4170 manat (yəni 24 ay x 173.75 manat + 0 manat ilkin ödəniş) olan Diamond-yataq-çarpayı, Marsel-yataq-4 qapılı dolab, Diamond-yataq-surgulu dolab, Diamond-yataq-sag tumba, Marsel-yataqçarpayı-bazalı, Marsel-yataq-tumba üçün ümumilikdə 1537.03 manat olmaqla, ondan 1397.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 139.73 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 6623.96 manat (yəni 18 ay x 340.22 manat + 500 manat ilkin ödəniş) olan Apple Watch ultra 2 qol saatı, İmei kod **********65959 İPAD PRO markalı planşet üçün ümumilikdə 1122.33 manat olmaqla, ondan 1020.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102.03 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1133.76 manat (yəni 24 ay x 47.24 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd matras-lotus üçün ümumilikdə 414.81 manat olmaqla, ondan 377.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37.71 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1851 manat (yəni 12 ay x 154.25 manat + 0 manat ilkin ödəniş) olan Gree markalı kondisioner üçün ümumilikdə 504.46 manat olmaqla, ondan 458.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.86 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 18565.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçının tələbi: xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Toshiba markalı paltaryuyan, LG markalı soyuducu, 2 ədəd Samsung markalı TV, Hansa markalı plitə, LG LED markalı TV, Gorenje markalı aspirator üçün 4192.59 manat ödənilməmiş hissə, 419.26 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Diamond-yataq-çarpayı, Marsel-yataq-4 qapılı dolab, Diamond-yataq-surgulu dolab, Diamond-yataq-sag tumba, Marsel-yataqçarpayı-bazalı, Marsel-yataq-tumba üçün 1397.3 manat ödənilməmiş hissə, 139.73 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Apple Watch ultra 2 qol saatı, İmei kod **********65959 İPAD PRO markalı planşet üçün 1020.3 manat ödənilməmiş hissə, 102.03 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2 ədəd matras-lotus üçün 377.1 manat ödənilməmiş hissə, 37.71 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Gree markalı kondisioner üçün 458.6 manat ödənilməmiş hissə, 45.86 manat cərimə; ümumilikdə 8190.48 manat borc və 101.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04253331 saylı müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 12233.03 manat (yəni 24 ay x 467.46 manat + 1013.99 manat ilkin ödəniş) olan Toshiba markalı paltaryuyan, LG markalı soyuducu, 2 ədəd Samsung markalı TV, Hansa markalı plitə, LG LED markalı TV, Gorenje markalı aspirator almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli, 04253331 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04253332 saylı müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 4170 manat (yəni 24 ay x 173.75 manat + 0 manat ilkin ödəniş) olan Diamond-yataq-çarpayı, Marsel-yataq-4 qapılı dolab, Diamond-yataq-surgulu dolab, Diamond-yataq-sag tumba, Marsel-yataq-çarpayı-bazalı, Marsel-yataq-tumba almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli, 04253332 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10786477 saylı müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 6623.96 manat (yəni 18 ay x 340.22 manat + 500 manat ilkin ödəniş) olan Apple Watch ultra 2 qol saatı, İmei kod **********65959 İPAD PRO markalı planşet almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli, 10786477 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10786476 saylı müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1133.76 manat (yəni 24 ay x 47.24 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd matras-lotus almışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli, 10786476 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03228974 saylı müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1851 manat (yəni 12 ay x 154.25 manat + 0 manat ilkin ödəniş) olan Gree markalı kondisioner almışdır. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli, 03228974 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. Alqı-satqı müqavilələrinə əlavə olunmuş əşyaların təhvil-təslim aktlarına əsasən cavabdeh tərəfindən müqavilələrdə göstərilən mallar qüsursuz halda təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdehnın iddiaçı "xxxx" MMC-yə yuxarıda göstərilən müqavilələrə əsasən ümumilikdə 8190,48 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 101.91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanılmış (MM m.601.1), həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyanın alqısatqısına dair müqavilələrə əsasən "xxxx" MMC müqavilələrdə göstərilən əşyaları Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə nəzərdə tutulan müddətlərə olan aylıq ödənişləri etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2023-cü il tarixli, 04253331 saylı müqavilə üzrə 419.26 manat məbləğində deyil, 20 manat məbləğində, xx.xx.2023-cü il tarixli, 04253332 saylı müqavilə üzrə 139.73 manat məbləğində deyil, 10 manat məbləğində, xx.xx.2023-cü il tarixli, 10786477 saylı müqavilə üzrə 102.03 manat məbləğində deyil, 10 manat məbləğində, xx.xx.2023-cü il tarixli, 10786476 saylı müqavilə üzrə 37.71 manat məbləğində deyil, 5 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 03228974 saylı müqavilə üzrə 45.86 manat məbləğində deyil, 5 manat müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Ona görə də, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 04253331 saylı müqaviləyə əsasən 4192.59 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2023-cü il tarixli, 04253332 saylı müqaviləyə əsasən 1397.3 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2023-cü il tarixli, 10786477 saylı müqaviləyə əsasən 1020.3 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2023-cü il tarixli, 10786476 saylı müqaviləyə əsasən 377.1 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2024-cü il tarixli, 03228974 saylı müqaviləyə əsasən 458.6 manat ödənilməmiş hissə, 5 manat cərimə; ümumilikdə 7495.89 manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 101.91 manat dövlət rüsumunun 92 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh: -xx.xx.2023-cü il tarixli, 04253331 saylı müqaviləyə əsasən 4192.59 manat ödənilməmiş hissə, 20 manat cərimə; -xx.xx.2023-cü il tarixli, 04253332 saylı müqaviləyə əsasən 1397.3 manat ödənilməmiş hissə, 10 manat cərimə; -xx.xx.2023-cü il tarixli, 10786477 saylı müqaviləyə əsasən 1020.3 manat ödənilməmiş hissə, 10 manat cərimə; -xx.xx.2023-cü il tarixli, 10786476 saylı müqaviləyə əsasən 377.1 manat ödənilməmiş hissə, 5 manat cərimə; -xx.xx.2024-cü il tarixli, 03228974 saylı müqaviləyə əsasən 458.6 manat ödənilməmiş hissə, 5 manat cərimə; ümumilikdə 7495.89 manat borc və ödənilmiş dövlət rüsumunun 92 manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddian qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar