Məhkəmə qərarları › İş №e-2(006)-5498/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5498/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5498/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, PBR131 nömrəli mənzil və 196 (37A) nömrəli avtomobil dayanacağı üzrə alqı-satqı müqaviləsinə əsasən 4.159,15 (dörd min yüz əlli doqquz manat on beş qəpik) manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 61,6 (altmış bir manat altmış qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4.220,55 (dörd min iki yüz iyirmi manat əlli beş qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 61,6 (altmış bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

4. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MTK-nın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İddiaçının nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək iddia tələbi üzrə əsas borcun məhkəmənin gedişində tam şəkildə ödənildiyini qeyd edərək hazırkı iş üzrə icraatın geri qaytarılmasını, İddiaçı MTK tərəfindən ödənilmiş 61,6 manat dövlət rüsumunun iddiaçının bank hesabına geri qaytarılmasını xahiş etmişdir.

5. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini (vəsatətini) nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə:

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Vəsatət təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 61,60 (altmış bir manat altmış qəpik) manat məbləğində pul İddiaçı MTK-ya geri qaytarılsın (qəbz №: **********61). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar