Məhkəmə qərarları › İş №e-2(006)-5511/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5511/2022

28.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5511/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmənin icraatında olan e-2(006)-5511/2022 saylı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan e- 2(006)-4373/2022 saylı mülki işə birləşdirilməsi üçün göndərilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində, hakim Natavan Tağıyevanın icraatında baxılır (İş №: e-2(006)- 4373/2022). Hazırki iş üzrə iddiaçıların Cavabdeh qarşı tələbi “iddiaçılara kompensasiya verilməklə onların mənzildən istifadə hüquqlarına xitam verilməsi”dir. Göründüyü kimi, hər iki mülki iş biri-biri ilə əlaqəlidir. Bu səbəbdən hesab edirlər ki, məhkəmənin icraatında olan e-2(006)-5511/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan e-2(006)-4373/2022 saylı mülki işə birləşdirilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin ərizəsini nəzərə alıb, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə e-2(006)-5511/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X1 icraatında olan iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə e-2(006)-4373/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4373/2022 saylı qərardadından (hakim Natavan Tağıyeva) görünür ki, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022ci il tarixə, saat 11:20-yə təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-5511/2022 saylı qərardadından (hakim Ceyhun Tağıyev) görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 14:30-a təyin edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçıların nümayəndəsi və vəkilinin işlərə birgə baxılmasına dair ərizəsini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq, hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) icraatında olan e-2(006)-4373/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) icraatında olan e-2(006)- 5511/2022 saylı mülki işdən daha əvvəl icraata götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə e-2(006)-5511/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X1 icraatında olan iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə e- 2(006)-4373/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar