Məhkəmə qərarları › İş №e-2(006)-595/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-595/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-595/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən “İphone 11 PRO MAX”, “Samsung Galaxy A20S” markalı telefonlar, “Braun” markalı blender, “Gorenje” markalı izqara və “Philips” markalı trimmer almış və nəticədə 3430 AZN borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3777 olan “İphone 11 Pro Max” markalı telefon üçün ümumilikdə 2517 AZN olmaqla ondan 2289 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 228 AZN cərimə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 655 AZN olan “Samsung Galaxy A20S” markalı telefon üçün ümumilikdə 594 AZN olmaqla ondan 540 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 206,40 AZN olan “Braun” markalı blender, “Gorenje” markalı izqara üçün ümumilikdə 189 AZN olmaqla, ondan 172 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 130,80 AZN olan “Philips” markalı trimmer üçün ümumilikdə 130 AZN olmaqla ondan 119 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 AZN təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1649,20 AZN təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində "Müştəri" mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “İphone 11 PRO MAX” markalı telefon üçün 2289 AZN ödənilməmiş hissə, 228 AZN cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A20S” markalı telefon üçün ödənilməmiş hissə, 54 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Braun” markalı blender, “Gorenje” markalı izqara üçün 172 AZN ödənilməmiş hissə, 17 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Philips” markalı trimmer üçün 119 AZN ödənilməmiş hissə, 11 AZN cərimə, ümumilikdə 3430 AZN borc və 54,30 AZN ödnilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 655 AZN olan “Samsung Galaxy A20S” markalı telefon Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 7 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 36 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 206,40 AZN olan “Braun” markalı blender, “Gorenje” markalı izqaranı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 17,20 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 130,80 AZN olan “Philips” markalı trimmeri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 10,90 AZN ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 10,90 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 3777 AZN olan “İphone 11 PRO MAX” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 915 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 159 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 540 AZN ödənilməmiş hissə, 54 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 172 AZN ödənilməmiş hissə, 17 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 119 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavil üzrə 2289 AZN ödənilməmiş hissə, 228 AZN cərimə, dörd müqavilə üzrə 3120 AZN ödənilməmiş hissə, 310 AZN cərimə olmaqla, ümumilikdə 3430 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A20S” markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Braun” markalı blender, “Gorenje” markalı izqara, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Philips” markalı trimmer və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “İphone 11 PRO MAX” markalı telefon almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə dörd müqavilə üzrə 3430 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə iki müqavilə üzrə azaldılmalı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 AZN, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 100 AZN məbləğində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 54,30 AZN (əlli dörd manat, otuz qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 540 AZN (beş yüz qırx manat) ödənilməmiş hissə, 30 AZN (otuz manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 172 AZN (bir yüz yetmiş iki manat) ödənilməmiş hissə, 17 AZN (on yeddi manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2289 AZN (iki min iki yüz səksən doqquz manat) ödənilməmiş hissə, 100 AZN (bir yüz manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 119 AZN (bir yüz on doqquz manat) ödənilməmiş hissə, 11 AZN (on bir manat) cərimə olmaqla, ümumilikdə 3278 AZN (üç min iki yüz yetmiş səkkiz manat) məbləğində borc və 54,30 AZN (əlli dörd manat, otuz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 540 AZN (beş yüz qırx manat) ödənilməmiş hissə, 30 AZN (otuz manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 172 AZN (bir yüz yetmiş iki manat) ödənilməmiş hissə, 17 AZN (on yeddi manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2289 AZN (iki min iki yüz səksən doqquz manat) ödənilməmiş hissə, 100 AZN (bir yüz manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 119 AZN (bir yüz on doqquz manat) ödənilməmiş hissə, 11 AZN (on bir manat) cərimə olmaqla, ümumilikdə 3278 AZN (üç min iki yüz yetmiş səkkiz manat) məbləğində borc və 54,30 AZN (əlli dörd manat, otuz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar