Məhkəmə qərarları › İş №e-2(006)-6022/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6022/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6022/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MTKnın Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilən iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı MTK Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli PBR 083 nömrəli və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 415C nömrəli mənzil üzrə cavabdehin 1.479,93 manat borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 34,8 manat pulun Cavabdeh alınaraq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı MTK-nın nümayəndəsi X1 “iddia tələbinin dəqiqləşdirilməsi barədə” “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, PBR 083 nömrəli və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə cavabdehin 1.339,84 manat borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 33,8 manat pulun, ümumilikdə 1.373,64 manat məbləğin Cavabdeh alınaraq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Hazırda İddiaçı MTK-nın nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, Cavabdeh iddia tələbi üzrə borcu tam şəkildə bağladığından iş üzrə icraatın və ödənilmiş 34,8 manat dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

4. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 34,8 (otuz dörd manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

5. Məhkəmə iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni və iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 13.4-cü maddə. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 114.1, 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 170.1-ci maddə. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər

7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

8. Hesab edirəm ki, İddiaçı MTK-nın Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

Nəticə:

9. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİM:

İddiaçı MTK-nın Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 34,8 (otuz dörd manat səksən qəpik) manat məbləğində pul İddiaçı MTK-ya geri qaytarılsın (qəbz №: **********19). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar