Məhkəmə qərarları › İş №e-2(006)-6072/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6072/2024

20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6072/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh4 MMCyə, Cavabdeh5 MMC-yə və Cavabdeh3 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh4 MMCyə, Cavabdeh5 MMC-yə və Cavabdeh3 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx", "Manset.az", Cavabdeh1, Cavabdeh4 rəsmi xəbər saytları, həmçinin “konkret.az” xəbər agentlyinin redaktoru Cavabdeh3 və baku.ws xəbər agentliyinin redaktoru Azad Əliyevdən hər birinin üzərinə ona dəymiş olan 5000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Əvvəla qeyd edilməlidir ki, iddia ərizəsinə nəzər yetirdikdə Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC və Cavabdeh3 cavabdeh qismində cəlb edildiyini, lakin mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin təkcə cavabdeh qismində cəlb edilmiş şəxslərə qarşı deyil, eləcə də baku.ws xəbər agentliyinin redaktoru Azad Əliyevə qarşı yönəldiyini də müəyyən etmək mümkün olmuşdur. Bununla da cavabdeh qismində cəlb edilmədiyi halda Azad Əliyev adlı şəxsə qarşı iddia tələbinin irəli sürülməsi ilə iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinin pozulmasına yol verilmişdir. İddia ərizəsinə yenidən nəzər yeirdikdə müəyyən etmək olur ki, İddiaçı ona vurulmuş mənəvi zərərə görə hər bir cavabdehdən 5000 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin irəli sürülmüş tələbə mütənasib məbləğdə (tələb edilən məbləğdə) dövlət rüsumu ödənilməmişdir. Halbuki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3-cü maddələrinin tələbinə görə, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Habelə, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh4 MMCyə, Cavabdeh5 MMC-yə və Cavabdeh3 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar