Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-608/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 1600 manat məbləğində vurulmuş zərər və 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 1636 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FİAT 500” markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il noyabrın 06-da Cavabdeh idarə etdiyi “FİAT 500” markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobillə “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-NJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Səbail DYPŞ-i tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Səbail DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 104 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “TOYOTA LAND- CRUİSER-PRADO” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobilə 1600 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1600 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iddiaçının nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddianı müdafiə etdiyini, mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan X5 tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə “TOYOTA LAND- CRUİSER-PRADO” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin sığorta şirkətində sığortalanmış “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə YNH-də iştirak etmişdir. Nəzərə alınsa ki, zərərvuran avtomobil "xxxx" Şirkətində üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası üzrə sığortalanmışdır, avtomobilə dəymiş zərərlə bağlı müvafiq tədbir görülməsi xahiş edimişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan AD seriyalı 848452 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. Mülki işin materiallarında olan AC seriyalı 311542 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Mülki işin materiallarında olan Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 19:20 radələrində Neftçilər prospektində “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmasına görə Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 104 saylı qiymətləndirmə aktından görünür ki, “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 720 (yeddi yüz iyirmi) manat, görülən işlərə görə 880 (səkkiz yüz səksən) manat olmaqla, cəmi 1600 manat zərər dəymişdir. Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə icbari sığorta edilmiş, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci ildir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin PXA73522 saylı sığorta aktından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 19:45 radələrində Gəncə prospektində prospektində sığortalamış “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə və TOYOTA LAND-CRUİSER- PRADO” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Sığorta predmetinə dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən verilmiş akta əsasən 1600,00 (bir min altı yüz) manatdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün plastik kart (nömrə: 10000 12982, 16 rəqəmli xüsusi nömrə: 419841******6363, İBAN nömrəsi: AZ72HAJC********************) X2 təhvil verilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Neftçilər prospektində xx.xx.2020-ci il tarixdə saat 19:20 radələrində nəqliyyat vasitələrinin toqquşması baş vermişdir. Hadisənin baş verməsində təqsirli “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh (avtomobilin sahibi Cavabdeh özüdür), zərəçəkmiş şəxs isə “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r (avtomobili hadisə vaxtı – X5 özü idarə etmişdir). Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki,xx.xx.2020-ci il tarixdə 999u76q203530051 nömrəli sənəd üzrə AZ72HAJC********************, (0001,10000 Local) hesab nömrəsinə (Ödənişin təyinatı: PXA82114) 1600 (bir min altı yüz) manat sığorta ödənişi edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Binəqədi RPİ-də yazdığı izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 19:45 radələrində Gəncə prospekti “Panorama Park” yaşayış kompleksi qarşısındakı döngədən Zığ şossesi istiqamətində geri dönərkən eyni istiqamətdən hərkət edən “TOYOTA” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə kifayət qədər məsafə buraxmaması səbəbindən həmin avtomobilə çırpmışdır. O həmin avtomobilin sürücüsü ilə ünsiyyət qurmağa çalışsa da, həmin sürücü tərəfindən özünə qarşı qeyri-adekvat davranış gördüyündən polis əməkdaşlarının gələməyini gözləmədən hadisə yerini tərk etmişdir. Həmdə təcili getməsinin səbəbi ailə ilə bağlı vəziyyət olmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-1424 nömrəli bildirişdən görünür ki, Cavabdeh subroqasiya qaydasında dəymiş zərərin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 36 (otuz altı) manat rüsum ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan iddiaçı "xxxx" ASC tərəfindən sığorta müddətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmış “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmiş, həmin yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən 1600 (bir min altı yüz) manat sığorta ödənişi edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1600 (bir min altı yüz) manat məbləğində ziyan sığortaçı tərəfindən ödənildiyindən və sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 1600 (bir min altı yüz) manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı ödənilmiş 1600 (bir min altı yüz) manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanuni əsasla, yəni mülkiyyət hüququ ilə sahiblik etmək əsasında idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin onun Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və hadisə yerindən yayındığından, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC tərəfindən sığorta müddətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmış “FİAT 500” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə ödənilmiş 1600 (bir min altı yüz) manat məbləğində pul və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-608/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-608/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver