Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-613/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, APPLE İMAC, APPLE İMAC üçün 5884 (beş min səkkiz yüz səksən dörd) manat ödənilməmiş hissə, 1788.4 (bir min yeddi yüz səksən səkkiz manat qırx qəpik) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG OLED TV üçün 2795.6 (iki min yeddi yüz doxsan beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 873 (səkkiz yüz yetmiş üç) manat dəbbə, ümumilikdə 11341 manat borc və 124.02 (bir yüz iyirmi dörd manat, iki qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11465.02 manat pulun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh APPLE İMAC, APPLE İMAC və LG OLED TV almış və nəticədə 11341 (on bir min üç yüz qırx bir) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 7434.5 (yeddi min dörd yüz otuz dörd manat əlli qəpik) manat (12 ay x 542 manat + 930.5 manat ilkin ödəniş) olan, APPLE İMAC üçün ümumilikdə 7672.4 (yeddi min altı yüz yetmiş iki manat qırx qəpik) manat olmaqla ondan 5884 (beş min səkkiz yüz səksən dörd) manat ödənilməmiş hissə, 1788.4 (bir min yeddi yüz səksən səkkiz manat qırx qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3495.6 (üç min dörd yüz doxsan beş manat altmış qəpik) manat (12 ay x 291.3 manat + 0 manat ilkin ödəniş) olan LG OLED TV üçün ümumilikdə, 3668.6 (üç min altı yüz altmış səkkiz manat altmış qəpik) manat olmaqla ondan, 2795.6 (iki min yeddi yüz doxsan beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 873 (səkkiz yüz yetmiş üç) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2250.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının tələbinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsullar tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin iddiaçı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirdi ki, ödəməyə imkanı olmaması səbəbindən o, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə öhdəlikləri icra etməmiş və onun borcu yaranmışdır, lakin müqavilələr üzrə iddia edilən cərimə borcunun azaldılmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24012672 nömrəli müqavilədən və ona əlavədən görünür ki, "xxxx" MMC 2 (iki) ədəd “Apple iMac 24 MJV93RU/A Blue” modelli əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən 2 (iki) ədəd “Apple iMac 24 MJV93RU/A Blue” modelli əşya Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyaları təhvil almışdır. Mülki işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23274963 nömrəli müqavilədən və ona əlavədən görünür ki, "xxxx" MMC “LG OLED55CXRLA” modelli əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən “LG OLED55CXRLA” modelli əşya Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı təhvil almışdır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 24012672 nömrəli müqavilə üzrə 5884 manat ödənilməmiş məbləğ, 1788.4 manat dəbbə borcu olmaqla, cəmi 7672.4 manat, xx.xx.2021-ci il tarixli 23274963 nömrəli müqavilə üzrə 2795.6 manat ödənilməmiş hissə, 873 manat dəbbə borcu olmaqla, cəmi 3668.6 manat, ümumilikdə 11341 manat borcu vardır. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 124.02 (bir yüz iyirmi dörd manat, iki qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24012672 nömrəli və xx.xx.2021-ci il tarixli 23274963 nömrəli müqavilələrə əsasən "xxxx" MMC 2 (iki) ədəd “Apple iMac 24 MJV93RU/A Blue” modelli və “LG OLED55CXRLA” modelli əşyaları Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə müvafiq olaraq 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 2250.5 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh hər iki müqavilə üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. lakin cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 24012672 nömrəli müqavilə üzrə 5884 manat ödənilməmiş məbləğ, 1788.4 manat dəbbə borcu (cərimə) olmaqla, cəmi 7672.4 manat, xx.xx.2021-ci il tarixli 23274963 nömrəli müqavilə üzrə 2795.6 manat ödənilməmiş məbləğ, 873 manat dəbbə borcu (cərimə) olmaqla, cəmi 3668.6 manat, ümumilikdə 11341 manat borcu yaranmışdır. Cavabdeh iddianı qəbul edərək, müqavilələr üzrə öhdəlikləri icra edə bilməməsi səbəbindən "xxxx" MMC-yə borclu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin tələbi müqavilələrə müvafiq olaraq, əsas borca münasibətdə təmin edilməli, dəbbə borcuna (cəriməyə) gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin (dəbbə pulunun) ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021-ci il tarixli 24012672 nömrəli müqavilə üzrə 1788.4 manat və xx.xx.2021-ci il tarixli 23274963 nömrəli müqavilə üzrə 873 manat dəbbənin (cərimənin) miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 300 (üç yüz) və 140 (bir yüz qırx) manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2021-ci il tarixli 24012672 nömrəli müqavilə üzrə 5884 (beş min səkkiz yüz səksən dörd) manat ödənilməmiş məbləğ, 300 (üç yüz) manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 6184 (altı min yüz səksən dörd) manat; - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2795.6 (iki min yeddi yüz doxsan beş manat, altmış qəpik) manat ödənilməmiş məbləğ, 140 (bir yüz qırx) manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 2935.6 (iki min doqquz yüz otuz beş manat, altmış qəpik) manat, ümumilikdə isə 9119.6 (doqquz min yüz on doqquz manat, altmış qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 124.02 (bir yüz iyirmi dörd manat, iki qəpik) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 24.02 (iyirmi dörd manat, iki qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5884 (beş min səkkiz yüz səksən dörd) manat ödənilməmiş məbləğ, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 6184 (altı min yüz səksən dörd) manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2795.6 (iki min yeddi yüz doxsan beş manat, altmış qəpik) manat ödənilməmiş məbləğ, 140 (bir yüz qırx) manat cərimə borcu olmaqla, cəmi 2935.6 (iki min doqquz yüz otuz beş manat, altmış qəpik) manat, ümumilikdə isə 9119.6 (doqquz min yüz on doqquz manat, altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 124.02 (bir yüz iyirmi dörd manat, iki qəpik) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 24.02 (iyirmi dörd manat, iki qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-613/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-613/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver